Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə29/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   25   26   27   28   29   30   31   32   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
63 
Qoşa keçən ömrümüzün mənası, 
Ürəyimin odlu səsi - sədası, 
Sevinc dolu bir məhəbbət dünyası, 
Təkcə sənsən, təkcə sənsən, təkcə sən [11]. 
 
“Səbuhi” ədəbi məclisinin poeziya bulağından su içən, gözəl, maraqlı şeirlər müəllifi olan Su-
rağat Qurbaninin ədəbi irsi inanırıq ki, gələcəkdə tədqiqatçılar tərəfindən hərtərəfli tədqiq edilərək 
Azərbaycan poeziya gülüstanında öz əbədiyaşar yerini tutacaqdır. Hansı ki, şair seirlərindən birində 
özünü ellərə yadigar kimi təqdim edərək yazmışdır. 
 
Qurbaniyəm, çoxdan bəxtiyaram bil, 
Katexdən ellərə yadigaram bil,  
Balakən elində mən də varam bil, 
Şeir adlı neməti çox görmə mənə [3, s. 16]. 
 
 
Xülasə 
 
Kamil Adışirinovun “Surağat Qurbaninin folklor görüşləri” məqaləsində Surağat Qurbaninin folklorla 
bağlı baxışlarının özünəməxsus xüsusiyyətlərindən bəhs olunur. Məqalədə  şairin lirik əsərlərinin  əsas 
mövzusu, mahiyyəti, janrları analiz olunur. Bundan başqa onun sənətkarlıq xüsusiyyətləri, zəngin ideyaları, 
çoxcəhətli mövzuları bədii obrazlar baxımından araşdırılır.  
 
Резюме 
 
В  статье  Камиля  Адиширинова  «Фольклорные  взгляды  Сурагата  Курбани»  говорится  об 
основных чертах фольклорных взглядов Сурагата Курбани. Анализируется лирика поэта, сущность и 
жанры в его лирических произведениях. В статье также утверждается особенности мастерства поэта, 
его насыщенная идея, разнообразные темы с точки зрения художественных образцов.  
 
Summary 
 
 The article “Suragat Gurbany’s folklore thoughts” by Adishirinova Kamil deals with the characteristic 
features of literary activities of Suragat Gurbany. It is evaluating the poet’s lyrics’ theme, content and genre 
direction’s quality. Deep lyrics of Suragat Gurbany’s particular perfection are approved by the literary 
example. 
 
Ədəbiyyat: 
 
1. Hümmətov N. Surağat Qurbani. “Nuxa fəhləsi”, qəz., Şəki, 1947, 17 mart  
2.Qurbani S. Məni unutmayın, dağlar: şeirlər, Bakı: “Asel” çap evi, 2009, 68s.  
3.Qurbani S. Ana hədiyyəsi: şeirlər: Bakı: Yazıçı,1983, 63s. 
4.Qurbani S. Yarpaqlar pıçıldaşır: şeirlər. Bakı, Azərnəşr,1966 
5.Qurbani S. Olmasa: şeir (əlyazması ) 
6. Qurbani. S. Deyərlər: şeir ( əlyazması ) 
7. Qurbani. S. Kəndim: şeir ( əlyazması ) 
8. Qurbani. S. Saz : şeir ( əlyazması ) 
9.Qurbani.S. Səndən ötrü. şeir (əlyazması) 
10.Qurbani. S. Baxa-baxa. şeir (əlyazması ) 
11.Qurbani.S. Təkcə sənsən, təkcə sənsən, təkcə sən. şeir (əlyazması) 
 12.Qurbani. S. Dedim – dedi: şeir (əlyazması ) 
 
 
  
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
64 
İKİNCİ BÖLMƏ 
Azərbaycan folklorunun etnik-lokal rəngarəngliyi 
 
Ləman Vaqifqızı (Süleymanova), filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutu, aparıcı elmi işçi  
Azərbaycan, Bakı 
 
AZSAYLI XALQLARIN FOLKLORUNDA BAYATI 
 
Açar sözlər: bayatı, Ahısqa türkləri, ləzgi, avar, saxur, inqiloy, kürd 
Ключевые слова: баяты, тюрки Ахыска, лезгин, аварец, цахурец, ингилой, курд 
Key words: bayati, ahisga turks, lezghin, inqiloy, kurd, avar, sakhur 
 
Azərbaycanın bir sıra bölgələrindən Azərbaycan türkləri ilə yanaşı azsaylı xalqların da nüma-
yəndələrindən müəyyən qədər bayatı nümunəsi toplanaraq nəşr olunmuşdur [Azərbaycan folklor 
antologiyası. XIII kitab], [Azsaylı xalqların folkloru], [Babaların hikmət xəzinəsi]. 
Bayatının öz coğrafiyası var. Bu coğrafiya siyasi sərhədlərə sığmır. Bu, bir mədəniyyət hadi-
səsidir. Bizim mədəniyyətimizin bayatı qatı var. O, necə yaranır, necə yaşayır, bunu araşdırmaq la-
zımdır. Bir ucu Balkanlardan, bir ucu Doğu Türkistandan, bir ucu bu gün Orta Asiya adlandırılan 
Türkistandan başlamış, Türkiyə, Azərbaycan da daxil olmaqla türkün yaşadığı və türk mədəniyyəti-
nin təsirinin olduğu hər yerdə bayatı janrı çox geniş yayılmışdır. Azərbaycanda yaşayan Ahısqa 
türklərinin
14
 də folklorunda bayatı bütün türksoylu xalqlarda olduğu kimi olduqca aktiv janrdır. Ək-
sər folklor janrlarında olduğu kimi, bayatı da xalqın həyatında baş verən hadisələrə etinasız qala bil-
mir. Onların məzmununa nəzər saldığımız zaman Ahısqa bayatılarının xalqın keçdiyi enişli-yoxuşlu 
yolları necə əks etdirdiyinin şahidi oluruq. Folklorun əksər janrları kimi, bayatı da xalqın tarixini bu 
və ya digər dərəcədə  əks etdirmək baxımından qiymətlidir. Aşağıdakı bayatılarda
15
 ahısqalıların 
1944-cü il 14 noyabr sürgünü öz əksini tapmışdır:  
 
Qartopu sayamadım, 
Qazana qoyamadım. 
Stalinin gözü çıxsın, 
Vətəndən doyamadım. 
 
 Sallanıb girdim bağa, 
 Başım degdi yaprağa. 
 Bən ki vətən görmədim, 
 Nəsil girem toprağa? 
 
 Qolanın bədənləri, 
 Çəvürün gedənləri. 
 Ah etsin, qan tüfürsün
 Bizi vətəndən edənləri və s. 
 
Türk xalqları tarixin yaddaşında döyüşkən, bütün ömrü-günü müharibələrdə keçən xalq kimi 
qalmışdır. Bu, Ahısqa türklərinin folklorunda da öz əksini tapmışdır. Onlardan toplanmış bayatıla-
rın bir qismində əsgərlikdən və əsgərlərdən bəhs olunur: 
 
 
                                                            
14
1988-ci il Özbəkistanda baş vermiş olaylar üzündən Ahısqa türklərinin bir qismi Azərbaycana köçərək müxtəlif 
bölgələrimizdə yerləşmişlər. Məqalədə istifadə etdiyimiz materialların bir qismini 1988-ci ildə Beyləqan rayonun 
Türklər kəndinin orta məktəbinin dil-ədəbiyyat müəllimi Bağırova Zeynəb  Şirin qızı  həmin kənddə  məskunlaşmış 
ahısqalılardan qeydə almışdır və 2015-ci ilin mart ayında bizə vermişdir. Həmin materialları zamanında topladığı və 
bizə təqdim etdiyi üçün Zeynəb xanıma minnətdarıq. 
15
 Qeyd  edək ki, yalnız bayatılar deyil, Ahısqa türklərindən qeydə alınmış digər folklor nümunələri də  həmin 
sürgünlə bağlı xatirələri özündə daşıyır. 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə