Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə32/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   28   29   30   31   32   33   34   35   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
70 
Yeşüldür başın, ördək, 
Qaradür başın, ördək. 
Cift getdin, tək gəldin, 
Nerdədür eşin, ördək? 
 
Su gəlir, arxa nə var? 
Dolanır, çarxa nə var? 
Mən səni istəyirəm, 
Bilmirəm xalxa nə var? 
 
Qızılgül oyum-oyum, 
Dərib qoynuma qoyum. 
Yağış yağıb, yer doymur
Mən səndən necə doyum? 
 
Dağlar qarala qaldı, 
Otu sarala qaldı. 
Abdulmecidin dağı 
Yenə marala qaldı və s. 
 
Bu bayatıların nəinki avar və saxurların yaşamadıqları qonşu rayonlarda, bütün Azərbaycan-
da, bütün türk dünyasında saysız-hesabsız variantları ilə rastlaşırıq. Əgər avar, saxur və yaxud hər 
hansı bir xalq Azərbaycan dilində bayatı söyləyirsə, bu, Azərbaycan folklorudur. Əgər öz dilində 
bayatı deyirsə, bu zaman həmin bayatı o xalqın folklor nümunəsi sayılır. Amma bu halda da, burada 
Azərbaycan folklorunun təsiri, şəksiz-şübhəsiz, vardır. Yazımızın əvvəlində də söylədiyimiz kimi, 
bayatı türk təfəkkür tipinin yaratdığı folklor janrıdır. Avar və yaxud saxur düşüncə tipi bayatı yarat-
mır. Bu xalqların dillərinin və düşüncə tipinin qanunauyğunluqları bayatı yaratmağa imkan vermir. 
Amma bu heç də digər dillərin türk dilindən zəif olmasını söyləməyə əsas vermir. Hər dilin öz gö-
zəlliyi var və bu dillərdə də heç şübhəsiz ki, gözəl folklor nümunələri vardır. Yəni burada məqsədi-
miz hansı dilin üstünlüyün və yaxud zəifliyini nəzərə çarpdırmaq deyil. Sadəcə olaraq, bayatının 
türk təfəkkür tərzinin yaratdığı bir janr olduğunu, həmin kitabdakı qüsuru vurğulamaqdır.  
Bir sıra dünya xalqlarında bu kimi hallar mövcuddur. Bir misal çəkməklə kifayətlənəcəyik. 
Məsələn, rus folklor janrı olan çastuşkanı qeyd edək. Çastuşka yalnız rus folkloru üçün xarakterik-
dir. Başqa sözlə desək, çastuşkanı ancaq rus təfəkkür tipi yarada bilər. Digər xalqların düşüncə tərzi 
və dil qanunauyğunluqları buna imkan vermir. 
Azsaylı xalqların (həmçinin o bölgələrimizdə yaşayan Azərbaycan türklərinin də!) söylədiklə-
ri bayatılar, əslində, ümumtürk bayatılarının həmin bölgələrimizdəki variantlarıdır. Sadəcə olaraq, 
bu bölgələrimizdə yaşayan insanlar ümümtürk bayatılarına həmin bölgələrə aid yer-yurd adlarını, 
bəzən şivə sözlərini, bəzən də digər etnik qrupların dillərindən alınma sözləri salaraq bu bayatıları 
“özünküləşdirmişlər”. Fil.ü.f.d. Mətanət Yaqubqızının fikirləri bu baxımdan yerinə düşür: “Çox 
maraqlı faktdır ki, milli etniklərin kompakt yaşadığı bu ərazidə  (Şəki-Zaqatala bölgəsi nəzərdə 
tutulur – L.S.) qədim adət-ənənələrimizi milli azlıqlar öz folklor nümunələrində qoruyub 
saxlamışlar. Regiondan toplanmış örnəklərdə bu özünü göstərir. Məsələn, avarların, saxurların, 
ingiloyların və başqalarının dilindən özünəməxsus çalarda söylənilən hər bir örnəyin,  əslində, 
qəliblənmiş ortaq türk variantı mövcuddur. Bir bayatıda: 
 
O qızın ağ şalı var, 
Ağ şala oxşarı var. 
Özü avar balası 
Muğala oxşarı var. 
 
Başında ağ şalı var, 
Ağ şala oxşarı var. 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
71 
Özü ləzgi balası 
Muğala oxşarı var. 
 
Qəlib variant isə budur: 
 
Başında ağ şalı var, 
Yanağında xalı var. 
Özü ceyran balası 
Gör kimə oxşarı var? 
 
Belə nümunələr saysız-hesabsızdır” [2, səh.19-20]. 
Bütün bu deyilənlər bayatı janrının hal-hazırda xalq arasında hansı formada yaşamasını gös-
tərməklə  bərabər, həm də azsaylı xalqlara necə keçdiyini əks etdirir. Ölkəmizdə yaşayan azsaylı 
xalqlar türk mədəniyyəti çevrəsinə daxil olduqları üçün onların türk folklorundan bəhrələnmələri 
olduqca normaldır. Böyük mədəniyyətlər adətən, kiçik xalqların mədəniyyətinə təsir edir.  
 
 
Xülasə 
  
Məqalədə türk xalqlarının folklorunda aktiv janrlardan sayılan bayatının Azərbaycanda yaşayan azsay-
lı xalqların folklorundakı yerindən bəhs edilir. Azərbaycanda yaşayan Ahısqa türklərinin də folklorunda ba-
yatı janrı çox geniş yayılmışdır. Əlimizdə olan bayatılara əsasən deyə bilərik ki, Ahısqa bayatıları forma və 
məzmun baxımından da olduqca rəngarəngdir. Azərbaycanda yaşayan digər xalqlardan da toplanmış mate-
rialları araşdırarkən bayatı janrının olduqca yayğın olduğunu görürük. Amma digər xalqlardan qeydə aldığı-
mız bayatıların çox böyük əksəriyyəti Azərbaycan türkcəsində söylənilir. Avar, saxur, kürd dilində deyilmiş 
bayatı nümunələrinə də az-az rast gəlirik. 
  
Резюме 
  
В  статье  рассказывается  о  баяты,  который  является  одним  из  активных  жанров  фольклора 
тюркских народов. Этот жанр имеет свое место и в фольклоре малочисленных народов, проживаю-
щих  в  Азербайджане.  Этот  жанр  широко распространëн  и  в  фольклоре  тюрков  Ахыска,  проживаю-
щих  здесь.  Опираясь  на  те  баяты,  которые  мы  имеем  в  наличии  можно  сказать,  что  баяты  тюрков 
Ахыска очень разнообразны по своей форме и содержанию. Из фольклорных образцов, собранных в 
Азербайджане, со слов иных малочисленных народностей, можно прийти к выводу, что баяты являет-
ся  широко  распространëнным  жанром,  и  что  большая  половина  из  них  рассказана  на  азербайджан-
ском языке. Не часто можно встретить баяты, сказанное на языке таких малочисленных народностей, 
как авары, цахурцы, курды. 
 
Summary 
 
In the article the place of ethnic minority’s folklore which is living in Azerbaijan is investigated. 
Bayati is also popular in Ahisga Turks’ folklore living in Azerbaijan. We can say that ahisqa bayati’s content 
is very interesting and different. Bayati is also popular in other ethnic minority in Azerbaijan. But great 
majority of bayaties in the Azerbaijani Turkish language which are we gathered. The bayati examples are 
also met in the avar, sakhur and kurt languages. 
 
Ədəbiyyat: 
 
1. Azərbaycan folkloru antologiyası. XIII kitab. Şəki-Zaqatala folkloru. Toplayıb tərtib edənlər: 
Abbaslı İ., Əliyev O., Abdullayeva M. Bakı, Səda, 2005 
2. Azsaylı xalqların folkloru. I kitab. Tərtibçi: Mətanət Yaqubqızı. Bakı, 2014 
3. Babaların hikmət xəzinəsi. Milli azlıqların folkloru. Toplayıb tərtib edən: Əli Süleymanov,  
 Bakı, 2011  
 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə