Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   2   3   4   5   6   7   8   9   ...   26

16 

halda bank risklərinin səviyyəsi azalır, onların fəaliyyəti stabil xarakter alır, likvidlik 

dərəcəsi yüksəlir. 

qtisadi  böhran  vəziyyətində  tənəzzül  baş  verir,  inflyasiya,  maliyyə 

vəsaitlərinin  çatişmamazlığı,  sabitliyi  pozan  amillərə  çevrilir.  Bu  şəraitdə  banklar 

üçün vəsaitlərin cəlb edilməsi çətinləşir, onların apardığı əməliyyatların həcmi ciddi 

surətdə  azalır,  risklərin  səviyyəsi  yüksəlir,  Belə  hallarda  banklar  demək  olar  ki, 

uzunmüddətli  kreditləşməni  dayandırırlar.  nflyasiya  bankların  malik  olduqları 

kapitalı  qiymətdən  salır.  Büdcə  çatışmamazlığı  əlavə  pul  kütləsinin  emissiyasını 

labüd edir ki, bu da çox hallarda vəziyyəti daha da gərginləşdirir. 

5.  Siyasi  amillər.  Ən  vacib  siyasi  amillərdən  biri  ölkədə  aparilan  siyasətin 

inkişaf  istiqamətləridir.  Əgər  ölkədə  bazar  iqtisadiyyatının  inkişafina  imkan 

yaradılarsa,  şəxsi  mülkiyyət  inkişaf  etdirilirsə,  bu  halda  bank  kapitalının  həcminin, 

bankların  və  ümumiyyətlə,  kredit  təşkilatlarının  sayının  artması,  bank  sisteminin 

möhkəmlənməsi,  onun  iqtisadiyyatdaki  mövqeyinin  daha  da  möhkəmlənməsi  üçün 

müsbət zəmin yaradır. 

Siyasi  aləmdə  qeyri-müəyyənlik  baş  verdikdə  isə  bank  sisteminin  inkişafi 

ləngiyir, valyutanın ölkədən xaricə axını baş verir. Eyni zamanda, ölkə rəhbərliyinin 

dəyişməsi də bank sisteminin inkişafina təsirsiz qalmır.  

6.  Mövcud  banklararası  rəqabətin  səviyyəsi.  Bazar  iqtisadiyyati  şəraitində 

çoxsaylı  müstəqil  bankların  meydana  gəlməsi,  onları  yeni  müştəri  uğrunda 

mübarizəyə  sövq  edir,  göstərilən  xidmət  növlərinin  çoxalmasına,  xidmətin 

keyfiyyətinin yüksəlməsinə, yeni xidmət sahələrinin yaradılmasına məcbur edir. 

7. Ölkənin iqtisadi siyasətindəki dəyişikliklər, iqtisadi inkişafm səviyyəsi;  

Bank sisteminin inkişafina təsir edən amillərdən biri də ölkənin iqtisadi siyasətindəki 

dəyişikliklər iqtisadi inkişafın səviyyəsi və dövlətin cari iqtisadi siyasətidir. Dövlətin 

iqtisadi  siyasətinin  həyata  keçirilməsini  təmin  edən  orqanlardan  biri  də  Mərkəzi 

Bankdır.  Mərkəzi  banklar  dövlətin  iqtisadi  siyasətində  baş  verən  istiqamət 

dəyişiklikləri  ilə  əlaqədar  dərhal  öz  strukturlarında  dəyişiklik  edir.  Qanunvericilik 

ə

sasında  Mərkəzi  banklar  təkcə  ayrı-ayrılıqda  kommersiya  banklarına  deyil,  eyni 



zamanda  bütövlükdə  bank  sisteminə  təsir  edə  bilir.  Bank  sistemi  fəaliyyətinin 


17 

sabitləşməsini  həyata  keçirərək  Mərkəzi  banklar  kommersiya  banklarında  öz 

ehtiyatlarını  artırmağı,  kreditlər  verilməsini  tələb  edən,  mərkəzləşdirilmiş  kredit 

ehtiyatlarından  istifadəyə    görə    faiz    dərəcələrini      dəyişə    bilər.  Azərbaycan 

Respublikasında faiz dərəcələrinin dəyişmə dinamikasını aşağıdakı qrafik 1. də aydın 

izləmək olar.Eyni   zamanda  yeni   filiallar yaradılmasını gecikdirə və ya sürətləndirə 

bilər, bu və ya digər pozuntulara görə lisenziyaları geri ala bilər.  

2013-ci ildə dövlət büdcəsinin gəlir və xərclərinin 

qeyri-neft ÜDM-ə nisbəti(%-lə

                                                                                                    

Qrafik.1

 

 

                             Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı

 

8. Mövcud vergi siyasəti.Bank sisteminin inkişafına təsir edən amillərdən biri 



də  mövcud  vergi  siyasəti,  vergi  dərəcələri  və  növləri,  kifayət  dərəcədə  bank 

kapitalının  olmaması,  ixtisaslı,  peşəkar  kadr  potensialı,  xidmət  olunan  müştərilərin 

vəziyyəti və digər səbəblərdir. 

 

          1.3 Bank sistemi və onun fəaliyyətinin həyata keçirilmə istiqamətləri 

        


Bank  sistemi  anlayışı  öz  məzmununa  görə  sistem  anlayışına  uyğun  olmaqla 

müvafiq elementlərin məcmusudur, bu elementlər birlikdə müəyyən tamlığa malikdir, 

bu elementlər qarşılıqlı surətdə əlaqəlidir.Konkret olaraq isə bank sistemi- bankların, 

bank  infrastrukturu,  bank  qanunçuluğu  və  bank  bazarının  məcmusudur. qtisadi 

sistemin tərkib hissəsi olmaqla bank sistemi cəmiyyətdəki iqtisadi münasibətləri əks 

etdirir.  




18 

         Bank sistemini digər sistemlərdən fərqləndirən bir neçə xüsusiyyətləri var.Bank 

sistemi  bir  məqsədə  xidmət  edən  müxətlif  hissələrin,  elementlərin  vəhdəti  kimi 

təsəvvür  edilir.Bank  sisteminin  özünəməxsusluğu  onun  tərkibinə  daxil  olan 

elementlərin  və  onların  qarşılıqlı  münasibəti  ilə  müəyənləşdirir.Bu  zərurət  olduqda 

sistemin elementlərinin bir-birini əvəz edə bilməsi deməkdir.Əgər hər hansi səbəbdən 

banklardan  biri  bağlanarsa  və  ya  ləğv  edilərsə  sistem  öz  fəaliyyət  qabiliyyətini 

itirmir.Onun  funksiyalarını  digər  banklar  yerinə  yetirir,  zərurət  olduqda  isə  təzəsi 

yaranır.Beləliklə sistemin bütövlüyü pozulmur.  

       Azərbaycan  Respublikasında  bank  sisteminin  formalaşması  çox  da  uzaq  dövrə 

təsadüf  etmir,  onun  tarixi  böyük  deyil.  Keçmiş  SSR -nin  tərkibində  olarkən 

Azərbaycanda  da  bütün  SSR -də  olduğu  kimi  mərkəzləşdirilmiş  və  birpilləli  sovet 

bank sistemi fəaliyyət göstərirdi. 1990-cı ildə SSR  Dövlət Bankı və bank fəaliyyəti 

haqqında  qanun  qəbul  olundu.  Bu  qanunla  ikipilləli  bank  sisteminə  keçid  reallaşdı. 

1996-cı  ildə  yeni  bank  qanunları  hazırlanıb  qəbul  olundu  və  əvvəlki  qanunlar  öz 

qüvvəsini  itirdi.  Azərbaycan  Respublikasında  hazırda  ikipilləli  bank  sistemi  tətbiq 

olunur.  Azərbaycan  Respublikasının  bank  sistemi  Mərkəzi  Bankdan  və 

Respublikanın  kredit  təşkilatlarından  ibarətdir.    Bank  sisteminin  ən  mühüm  tərkib 

hissəsi isə, Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Mərkəzi Bank respublikanın 

mərkəzi  bankı  statusundadır  və  bütövlükdə  dövlət  mülkiyyətindədir.  O,  hüquqi 

şə

xsdir,  möhürü  var  və  mərkəzi  bankın  bütün  vəzifələrini  yerinə  yetirir.    Mərkəzi 



Bank  fəaliyyətində  mənfəət  güdmür,  bütün  vergidən  azaddır,  lakin  xərcləri  öz 

gəlirləri hesabına ödəyir.  

          Respublikamızın  müasir  bank  sisteminin  strukturu  4  amilin  təsiri  altında 

formalaşmışdır: 

Birinci  amil,  kredit  idarələrinin  iki  funksiyasının  olmasıdır.Bildiyimiz 

kimi,banklar  emissiya  və  kredit  funksiyalarını  həyata  keçirirlər.Bankların 

ixtisaslaşması  ona  gətirib  çıxarmışdır  ki,tarixən  emissiya  funksiyası  Mərkəzi 

Bankda,xalq  təsərrüfatının  və  əhalinin  kreditləşməsi  isə  işgüzar  kommersiya 

banklarında  cəmləşmişdir.Nəzəri  cəhətdən  bankların  ixtisaslaşmasında  belə  bölgü 

özünü doğruldur.Buna görə də respublikada pul nisbətlərini təhlil və pul dövriyyəsini 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə