Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

22 

edir. Bankın xüsusi vəsaiti dedikdə müxtəlif fondlar nəzərdə tutulur. Bu fondlar bank 

tərəfindən  onların  maliyyə  sabitliyinin,  kommersiya  və  təsərrüfat  fəaliyyətinin, 

həmçinin  cari  və  ötən  illərin  fəaliyyəti  nəticəsində  əldə  edilən  gəlirin  təminatı 

məqsədilə yaradılır. 

Kommersiya banklarının inkişaf dinamikasına nəzər saldıqda ilk nəzərə çarpan 

ə

lamət odur ki, onların hamısı mənfəətin artırılması istiqamətində fəaliyyət göstərir. 



Onların mənfəəti gəlirlər və xərclərin arasındakı fərqlə müəyyən edilir.    Bankların 

mənfəətinin bir hissəsi müxtəlif fondların yaradılmasına yönəldilir ki, bu da onların 

formalaşması  deməkdir.Fondlar  müəyyən  məqsədə  xidmət  edib,  müxtəlif  şəkildə 

formalaşmaq  qabiliyyətinə  malikdirlər.  Buraya  nizamnamə  fondu,  ehtiyat  fondu, 

xüsusi  təyinatlı  fond,  iqtisadi  stimullaşdırma  fondları,  yığım  fondu,  gəlir  fondu, 

təhlükəli kreditlər üzrə itkilərin örtülməsi üçün nəzərdə tutulan fond və s. Daxildir. 

Banklar adətən xərclər smetasında  “ sair xərclər ” - ə aid etdikləri iki ehtiyat 

fondu yaradır : 

      - ssudalar üzrə mümkün itkilərə yönəldilmiş ehtiyat fondu; 

      - qiymətli kağızlarla qoyuluşların təminatına yönəldilmiş ehtiyat fondu; 

Bu  fondlar  əsasən  bankların  fəaliyyətinin  sabitləşdirilməsi,  likvidliyinin 

yüksəldilməsi  məqsədi  ilə  yaradılır.  Bu  isə  öz  növbəsində,  bütövlükdə  bank 

sisteminin və ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir. Bu fondların 

yaradılması mənfəətin azalmasına səbəb olur.  

Bu fondlara ayırmaların məbləği kommersiya bankı tərəfindən aparılan kredit 

siyasətindən,  bankın  maliyyə  vəziyyətindən,  kredit  portfelindən  qiymətli  kağızlar 

portfelinin  və  kapitalın  struktur  vəziyyətindən  asılı  olur.  Bu  parametrlərdən  asılı 

olaraq  bank  ya  fondlara  ayırmaları  artıraraq  mənfəəti  azaldır,  yaxud,  əksinə 

ayırmaları azaldaraq mənfəəti çoxaldır.  

Nizamnamə  fondu –  bankların  hüquqi  mülkiyyət  forması  kimi  təşkilinin 

iqtisadi  əsasını  yaradır.  Onun  həcmi  Mərkəzi  Bankın  normativ  aktları  ilə  müəyyən 

olunur. 

Ehtiyat fondu – bankın fəaliyyəti dövründə baş verən itkiləri aradan qaldırmağa 

imkan  verir  və  sabitliyi  təmin  edir.  Bu  fond  bankın  sabit  fəaliyyətini  və  kapitalın 




23 

odekvatlılığını  təmin  edir.  Bütün  banklar  tərəfindən  yaradılması  mütləq  olan  fond 

hesab  edilir.  Fondun  həcmi  mövcud  nizamnamə  kapitalının  faizləri  əsasında 

qanunvericilik qaydasında müəyyən olunur. 

 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kreditlər üzrə mümkün 

itkilərin  ödənilməsinə  yönəlmiş  ehtiyat  fonduna  ayırmaların  normativləri  müəyyən 

edilmişdir.Ümumən,  ehtiyat  fondu  təminatın  vəziyyətindən  və  qaytarılma 

müddətindən  asılı  olaraq  hər  rübdə  bir  dəfədən  tez  olmayaraq  dəqiqləşdirilir. 

Kreditlər  qaytarılma  müddətindən  ötən  vaxt  həcmindən  asılı  olaraq  şübhəli, 

təminatsız,  ümidsiz  kimi  qruplara  ayrılır.  Kreditlər  ümidsiz  kreditlər  qrupuna  aid 

edildikdə  o,  balansdan  əvvəlcədən  yaradılmış  ehtiyat  fondu  hesabına  silinir.  Əgər 

ehtiyat fondu ümidsiz kreditlərin məbləğindən az olarsa, onda fərq bankın zərərlərinə 

aid edilir. Ehtiyat fondunun mümkün itkilərə silinməsi yalnız o halda həyata keçirilir 

ki, kreditlərin qaytarılması üçün bütün mümkün tədbirlər həyata keçirilmiş olsun.  

kinci ehtiyat fondu qiymətli kağızlara qoyuluşların təminatına yönəldilmişdir. 

Bu  fond  üzrə  əməliyyatlar  qiymətli  kağızlar  bazarda  dəyərinin  dəyişməsi  ilə 

ə

laqədardır.  



Beynəlxalq təcrübəyə əsasən, hesabat dövrünün ilk günündə bank öz qiymətli 

kağızlarının  real  bazar  dəyərinin  yenidən  qiymətləndirilməsini  aparır.  Bu,  satıcının 

qiyməti ilə alıcının qiymətinin orta həddi kimi müəyyən edilir.  

 Kommersiya  bankları  pul  bazarında  xüsusi  borc  öhdəlikləri  sataraq  vəsaitlər 

cəlb edə bilər. Bankların cəlb olunmuş vəsaitlərinin bir hissəsini təşkil edən bu borc 

öhdəlikləri qiymətli kağızlar şəklində emissiya edilir. Depozitlərdən fərqli olaraq bu 

vəsaitlər bazarda satış yolu ilə əldə olunur. Onların cəlb olunması təşəbbüsü banklara 

məxsusdur və adətən belə əməliyyatları iri banklar aparırlar. Kommersiya bankları öz 

passivlərini  formalaşdırmaq  üçün  səhm,  istiqraz,  veksel  kimi  qiymətli  kağızların 

emissiyasından  istifadə  edir.  Bu  qiymətli  kağızların  hər  bir  növünü  buraxmaqla 

kommersiya  bankları  əlavə  kapital  cəlb  edir,  sonrakı  fəaliyyətini  təmin  etmək  üçün 

mənbə yaradır.  

        Müasir  şəraitdə  bankların  fəaliyyət  göstərmələri  üçün  bir  neçə  şərtləri  özündə 

birləşdirməlidirlər: 




24 

1. 


Bank  statusuna,  lizenziyaya,  bank  əməliyyatlarını  yerinə  yetirmək  hüququna 

malik  olmalıdır.  Mükəmməl  oyun  qaydalarını  özündə  cəmləşdirməlidir.  Bütöv  bir 

orqanizm kimi fəaliyyət göstərə bilmə xüsusiyyəti olan bir təşkilat olmalıdır. 

2. 


Ümumi  və  xüsusi  qanunlarla,  cəmiyyətin  hüquqi  normativləri  ilə  fəaliyyət 

göstərməlidir. 

3. 

Ə

traf  mühitdəki  dəyişikliklərə  tez  bir  zamanda  uyğunlaşaraq  özünü 



tənzimləməyə, inkişafa və mükəmməlliyə qadir olmalıdır. 

4. 


Bank sisteminin başqa elementləri ilə qarşılıqlı əlaqədə olmalıdır. 

        Yerinə  yetirdiyi  əməliyyatlara  görə  banklar  universal  və  ixtisaslaşdırılmış 

banklara  ayrılırlar.  Universal  banklar  ele  bir  banklardır  ki,  onlar  bütün  bank 

ə

məliyyatlarını  və  xidmətlərini  göstərməyə  qadirdirlər.  Universal  banklar 



məhdudiyyətsiz fəaliyyət tipi ilə xarakterizə olunurlar: 

 

stehsalın  ayri-ayrı  sahələri  üzrə;  Müştərilərin  tərkibi  üzrə;  Kəmiyyət 



baxımından; Regionlar üzrə. 

Universal  banklar  ilə  ixtisaslaşdırılmış  banklar  arasında  əsəs  fərqlər  ondan 

ibarətdir  ki,  universal  banklar  müxtəlif  növ  sahələri  kreditləşdirə  bildiyi  halda, 

ixtisaslaşdırılmış  banklar  müəyyən  bir  sahənin  kreditləşdirilməsi  ilə  məşğuldurlar. 

Universal  banklar  həm  fiziki,  həm  də  hüquqi  şəxslərə  xidmət  göstərdiyi  halda, 

ixtisaslaşdırılmış  banklar  yalnız  ayrı-ayrı  şəxslərin  xidmətlərinə  yönələn  fəaliyyətlə 

məşğuldurlar.  Bunlardan  başqa  universal  bankların  fəaliyyət  dairəsi  daha  genişdir, 

onlar  qiymətli  kağızlarla  əməliyyat  yerinə  yetirə  bilərlər.  Bu  banklar  açıq  bazar 

ə

məliyyatları zamanı qiymətli kağız bazarında hüquqi iştrakçı kimi çıxış edə bilər, öz 



kapitallarını başqa müəssisələrə yatıra bilərlər. Universal banklar həm ölkə daxilində, 

həm  də  ölkə  xaricində  özlərinin  bir  çox  filiallarına  malik  olurlar,  bir  neçə  regionda 

fəaliyyət göstərə bilirlər. Hərdən universal və ixtisaslaşdırılmış bankları bir-birindən 

ayırmaq  çətin olur. Çox  vaxt iri  ixtisaslaşdırılmış  ipoteka  bankları özlərinin xaricdə 

filiallarına malik olurlar, müştərilərə yüzdən çox xidmət növü göstərirlər  ( EÖ-lər də 

bu rəqəm təqribən 300-ə yaxındır). 

xtisaslaşdırılmış  bankların  fərqləndirici  xüsusiyyəti  ondadır  ki,  onlar  daha 

məhdud sayda xidmət təqdim edirlər.  xtisaslaşma daha cox funksional (innovasiya, 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə