Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə163/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   159   160   161   162   163   164   165   166   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

495

 

deyək ki, bizim üçün, həm də ümumən bütün türk xalqları üçün 



“Kitab”ın Drezden nüsxəsi əvəzedilməz bir mənbədir. Ən azı ona 

görə ki, bu möhtəşəm abidəyə söykənməklə  qədim türk tarixinin 

bir sıra gizli məqamlarına işıq salmaq mümkündür... “Kitab” və-

rəqləndikcə qədim türk tarixinin bir parçası göz önündə canlanır: 

türk anadan döyüşçü kimi doğulub, hərb sənətinin sirlərinə at 

belində yiyələnib, yay-oxla, qılıncla, süngü ilə silahlanaraq at 

belində düşmən üzərinə  şahin kimi şığıyıb, dünyanın böyük bir 

hissəsini at belində  qılıncla fəth edib, ilk atlı döyüşçü statusu da 

məhz ona məxsusdur... Amma bu da var ki, türk atı özünə sirdaş, 

qardaş biləndə də, qılıncının itiliyinə güvənəndə də, sağına-soluna 

iki qoşa yay çəkəndə  də “Bu dünyayı  ərənlər  əqllə bulmuşlar” 

(“Kitab”) kimi deyimlərin məna yükünü də unutmayıb... 

“Kitab”ın dilindəki silah adlarına etnolinqvistika, sosio-

linqvistika və psixolinqvistika kontekstində yanaşma qədim türk 

hərb tarixi və etnoqrafiyası ilə bağlı bir sıra qaranlıq məsələlərə də 

işıq sala bilər. Konkret desək: “ilk yay kirişi qurd (canavar) dama-

rından düzəldilib” – qənaəti tutarlı faktlarla qüvvətləndirilə bilər; 

“ox”dan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadənin ilkin  kon-

turları  müəyyənləşər; yay-ox, qılınc, süngü və digər döyüş silah-

larının türkün atributları statusunda çıxış etməsi bir daha, həm də 

əlavə faktlarla təsdiqlənir; qədim döyüş geyimlərinin ümumi mən-

zərəsi konkret faktlarla canlandırıla bilər; düşmən bayrağını  qı-

lınclayaraq yerə salan türk ərənlərinin, eyni zamanda türk qadın-

larının  şücaəti ilə bağlı dolğun təəssürat yaranar; “qurulu yaya 

bəηzər çatma qaşlum”, “buynızı  almas cida kibi”, “qılıcına toğ-

ranmaq”, “oxına sancılmaq” kimi obrazlı ifadələrin silahla yatıb, 

silahla duran, silahına and içən türkün poetik təfəkkürü ilə yoğrul-

ması və bunun “Kitab”a ötürülmə səbəbləri aşkarlanar... Bu məsə-

lələrin hər birini ayrılıqda, həm də aşağıdakı sistem üzrə araşdır-

mağı məqsədəuyğun hesab edirik: 

− silah və döyüş geyimi istehsalı; 

− silahlanma, silahlandırılma, silahla tanınma; 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

496

 

− “ox”dan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadə, ox 



yarışı, ox düşən yerdə gəlin otağı qurma; 

− ovda və döyüşdə silahdan istifadə; 

− silah adları türk poetik təfəkküründə. 

 

 



Silah və döyüş geyimi istehsalı 

 

“Kitab”a bu prizmadan yanaşma heç də təsadüfi deyil. Belə 

ki, “Kitab”ın dilində  işlənmiş bir sıra söz və ifadələrdə silah və 

döyüş geyimlərinin istehsalına açıq şəkildə işarə edilir: “Əgni bək 

dəmür tonuη maηa vergil//Yeηi yaqa dikdirəyim sənüηçün” (D-

245) tipli cümlələrdə “yeni dəmir yaxanın tikdirilməsi” konkret 

olaraq ifadə olunub. Yaxud Beyrəyin dilində  işlənmiş “...əlimdə 

qıl kişlim” ifadəsində yay kirişinin at qılından düzəldilməsi poetik 

şəkildə canlandırılıb. Üçüncü nümunəyə diqqət yetirək: “...Bir 

dəxi urdı, dəvə ayağı üzərində turımadı, yıqıldı. Basub eki yerdən 

boğazladı. Arqasından eki qayış  çıqardı. Təkuruη öginə  bıraqdı. 

Aydır: “Aqınçılarıη tirkəşi bağı, üzəngisi qayışı üzülür,  dikməgə 

gərək olur” (D-189). Bu parçada oxqabı bağının  dəvənin arxa-

sından çıxarılmış qayışla (dar uzun dəri ilə) tikilməsi elə  təsvir 

edilib ki, başqa arqumentlər gətirməyə ehtiyac qalmır. Belə ki, 

mətndə istehsal prosesi bütün çılpaqlığı ilə canlandırılıb. Semantik 

dinamikaya  diqqət yetirək: dəvənin kəsilməsi → arxasından  dar 

uzun dərinin (qayışın) çıxarılması → oxqabı bağının tikilməsi. Bu 

proses bəsit görünsə də, müasir fabriklərdə görülən işlərlə üst-üstə 

düşür. Burada istər-istəməz suallar yaranır: yay-ox, qılınc, süngü 

kimi silahların, eləcə də dəmir don, dəmir yaxa kimi döyüş geyim-

lərinin ilk istehsalçısı hansı xalqdır? Qədim türklər bu müstəvidə 

istehsalçı, yoxsa istehlakçı statusundadır? Bu tip sualların yalnız  

bir cavabı var: təkcə  qədim türklərə yox, eyni zamanda başqa 

xalqlara aid bütün sanballı  mənbələrdə türklər ilk silah və döyüş 

ləvazimatları istehsal edən xalq kimi dəyərləndirilir. Digər tərəf-

dən, qədim türklərin bu üstünlüyü həmin mənbələrə istinadən  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

497

 

söylənilmiş fikirlərdə xüsusi olaraq qabardılır. Məsələn, “türkütlər 



tarix səhnəsinə  dəmir çıxarıb  əridənlər kimi daxil olmuşlar”, - 

deyən Ə.Rəcəbli yazır: “Altayda aparılmış arxeoloji qazıntılar za-

manı VI-IX əsrlər  türk metallurgiyasına aid edilən  şurf (mədən 

yataqlarını axtarmaq üçün quyu) və mədən quyuları (şaxtanın sadə 

forması) tapılmışdır... Yüksək keyfiyyətli dəmirdən türkütlər bir 

tiyəli bıçaq, kərki, balta, üzəngi, dəhnə (yüyən ağızlığı), qılınc, əy-

ri qılınc, nizə  və ox ucluğu ... düzəldirdilər... türkütlər Mərkəzi 

Asiyada  dəmiri sənaye üsulu ilə çıxaran və emal edən ilk xalq ol-

muşlar...”

1

. Yaxud “bütöv qədim və orta əsrlər boyu silahçılıq 



işində türklərlə müqayisə oluna biləcək xalq tapmaq çətindir”, –  

deyən  Ə.Əsgər göstərir: “Bizim eranın 5-ci əsrində Bizanslı Pri-

koppios türk tayfalarından biri olan sabirlər haqqında belə deyir: 

“Yerin üzərində insanlar yaşayandan bəri nə yunanların və nə də 

iranlıların  başından sabirlərin işlətdiyi silahlar çıxmamışdır...” Si-

lah dəmirdən hazırlanır. Qədim türklərin dəmir istehsalı sahəsində 

qazandığı uğurlara müasir metallurgiya sənayesi qibtə edə bilər... 

Hun dövründən bu tərəfə türk yay-oxları müəyyən təkmilləşməyə 

məruz qalsa da, biri o birinin varisidir. Bu yaylar daha çox sümük-

dən düzəldilirdi. Kirişi isə at qılından hazırlanırdı”

2

. Bu fikirlər 



belə bir həqiqəti söyləməyə imkan yaradır: dəmirdən yaxa tikdirən 

də (Yeηi yaqa dikdirəyim sənüηçün), at qılından yay kirişi düzəlt-

dirən də (...əlümdə  qıl kişlim), dəvə  dərisindən oxqabı bağı ha-

zırladan da ... bunlara sözdən heykəl ucaldan da qədim türkdür. O 

türk ki, həm yaratdığı yay-oxu ilə, qılıncı ilə, həm də “Kitab” kimi 

möhtəşəm abidəsi ilə bütün dünyanı heyrətləndirməyi bacarıb. 

“Kitab”da silah  və döyüş  geyimləri ilə bağlı  işlədilmiş  

söz və ifadələrə mətn daxilində nəzər salaq: 

“yay”la bağlı:  

qurt siηirli qatı yay (kirişi qurd damarından bərk yay). 

“Dərsə xan qurt siηirli qatı yayı əlinə aldı” (V-12); 

                                                            

1

  Ə.Rəcəbli. Ulu tgürklər. Bakı, 2003, səh.136. 



2

  Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə