Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə161/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   157   158   159   160   161   162   163   164   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

489

 

ğa” (tuğulğa – Ə.T.), “tuğulğa”nın da qarşısında “ışık” (işıq – 



Ə.T.) yazıb (bu, müəllifin həmin sözlərlə bağlı verdiyi şərhlərin 

bir qismidir) (İstanbul, 2000, səh.225, 295); dördüncüsü, hər ikisi 

döyüşçünün başını zərbələrdən qoruyan geyimin adıdır. 

Dizcik. “Kitab”da bir dəfə  işlənib: “...geyimin geydi. 

Dizcik, qarucıq bağlandı” (D-261). O.Ş.Gökyay “dizcik” sözünün 

izahını verməyib, daha dəqiqi,  həmin sözün qarşısında “dizcik 

bağlanmak” ifadəsini yazmaqla kifayətlənib (İstanbul, 2000, 

səh.197). M.Erginə görə, “dizcik” diz bağı, dizlik mənasındadır 

(Ankara, 1963, səh.94). Zeynalov-Əlizadə nəşrində belə sadələşdi-

rilib: “Dizlərinə, qollarına zireh qapaqlar bağlandı” (Bakı, 1988, 

səh.210). “KDQ-nin izahlı lüğəti”ndə geniş bir izahata rast gəlinir:  

“Dizcik=dizlik. Döyüş zamanı  zərbədən qorunmaq üçün dizlərə 

geyilən hərbi forma” (Bakı, 1999, səh.76). Bu izahlardan üçüncü-

sü (Zeynalov-Əlizadə) daha məntiqlidir: “dizcik” “dizlərə bağla-

nan zireh qapaq” mənasındadır. 



Qarucıq. “Kitab”da cəmi bir dəfə həm də “dizcik” sözün-

dən sonra işlənib: “...Dizcik, qarucıq bağlandı” (D-261). O.Ş.Gök-

yayın fikrincə, qarucıq bağlanmaq “qolbağı taxmaq”, “bazubənd 

bağlamaq” mənasındadır (İstanbul, 2000). Zeynalov-Əlizadə nəş-

rində “...qollarına zireh qapaqlar bağlandı” şəklində sadələşdirilib 

(Bakı, 1988,səh.210). Hər iki izahda “qarucıq”un “döyüşçü ge-

yimi” mənasında verilməsi düzgündür. Amma “qarucıq” sözünə 

başqa bucaqlardan da yanaşmaq mümkündür: birincisi,“qaru-

cıq”sözünün kök morfemi Orxon-Yenisey abidələrində “karağ” 

şəklindədir, əl, qol, qolun qarısı mənasını ifadə edir

1

; ikincisi, “qa-



rı” sözü Azərbaycan dilinin qərb şivələrində “qol”, “qolun qarısı” 

mənasında işlənməkdədir; üçüncüsü, “Azərbaycan dilinin izahlı 

lüğəti”ndə belə bir şərh verilib: “Qədim zamanlarda müharibələr-

də  qollara taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlan-

mış geyim, qolu zərbədən qorumaq üçün ona keçirilən, ya sarılan 

hər cür qoruyucu. Polad qolçaq qoluna //Dəlilər sağu soluma... 

                                                            

1

 Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.130. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

490

 

(“Koroğlu”)... Dəyərlidir qollarında olan  polad qolçaqlar (A.Səh-



hət)”

1

. Bu mənada “Kitab”da işlənmiş  “qarucıq” sözü “qolçaq” 



mənasında sadələşdirilə bilər ki, bu da təkcə mətnin asan qavranıl-

ması deyil, həm də tarixi leksikologiya baxımından  əhəmiyyət-

lidir. 

Yaqa.İlk olaraq tərkibində “yaqa” sözü olan ifadələrin mə-

nasına diqqət yetirək: yaqa tutmaq (yaxasından tutmaq, əlbəyaxa 

olmaq). “Yaqa tutub kafərlə uğraşayım səniη içün” (D-130); yaqa 

tutmaq (bir-birinə  həsrət qalanların qucaqlaşması, bir-birinin pal-

tarının yaxasından tutaraq sığallama). “Babasilə Yegnək gizli yaqa 

tutuban yiləşdilər” (D-212); yaqa yırtmaq (paltarın yaxasını cırma, 

həddindən artıq qəmlənmə, həyatda yaşamaq belə istəməmək). 

“Tartdı, yaqasın yırtdı” (D-91); “Yaqanla boğazından tutayınmı?” 

Bu misrada iki ifadənin sintez şəklində təzahürü müşahidə olunur: 

yaqadan tutmaq (inadla tələb etmək,  əl çəkməmək), boğazından 

tutmaq (qısnamaq, çıxılmaz vəziyyətə salmaq, məcbur etmək). Bu 

ifadələr müasir ədəbi dilimizdə, demək olar ki, eynilə  işlənir: 

yaxasından tutmaq, boğazından yapışmaq (tutmaq); “Uruz gen 

yaqadan sügisin sancdı, turdı” (D-132). A.Əlizadə bu cümlədəki 

“yaqa” sözünü  belə  səciyyələndirir: “bir şeyi yaxaya keçirmək, 

qılıncı, bıçağı yaxaya sancmaq”

2

. Bu fikirlər mətnin semantik yü-



kü ilə ziddiyyət təşkil edir: birincisi, ona görə ki, mətndə “qılıc” 

və “bıçaq” sözləri yox, “sügü” sözü işlənib; ikincisi, mətndə aydın 

şəkildə ifadə edilir ki,  süngü yaxaya yox, yerə sancılıb. 

Göründüyü kimi, yuxarıdakı ifadələrin  heç birində döyüş 

geyimi anlamlı “yaqa” (yaxa) sözündən söhbət getmir.  Amma 

Drezden nüsxəsinin 129-cu səhifəsindəki “yaqa” sözü döyüşçü 

geyimi, daha doğrusu, dəmir yaxa mənasındadır: “Əgni bəg dəmür 

donum saqlardım bu gün içün//Güni gəldi, yeη-yaqalar dikdürə-

yim səniηçün” (D-129). Sonuncu cümlədəki “yeη-yaqa” (əslində, 

yeηi yaqa) ifadəsi Zeynalov-Əlizadə  nəşrində “qolçaq-yaxa” 

                                                            

1

 Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1964, səh.543 



2

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.98. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

491

 

şəklində sadələşdirilib. Qeyd edək ki, bu cür sadələşdirmə Drez-



den nüsxəsinin 246-cı  səhifəsindəki “yeηi-yaqa” ifadəsinə  də 

tətbiq olunub: “Əgni bəg dəmür tonuη maηa vergil//Yeηi yaqa 

dikdirəyim sənüηçün!” – “Əynindəki dəmir donunu mənə ver. 

Qolçaq, yaxa tikdirim mən səninçin!” (Bakı, 1988, səh.70, 107, 

168, 205). Fikrimizcə, “yeηi yaqa” ifadəsinə tam başqa prizmadan 

yanaşmaq  lazımdır.  İlk olaraq qorqudşünaslıqdakı fikirləri saf-

çürük edək: O.Ş.Gökyayın fikrincə, həmin yazılış  şəkli geyimin, 

paltarın qolu anlamlı “yeη” sözüdür (İstanbul, 2000, səh.310); 

V.V.Bartold isə sonuncu nümunədəki “yeηi yaqa” ifadəsini belə 

tərcümə edib: “новый  ворот” (yeni yaxa) (göstərilən mənbə: 

səh.86); “KDQ-nin izahlı lüğəti”ndə O.Ş.Gökyayın fikirləri

demək olar ki, eynilə təkrarlanıb: “yeη – paltarda qolun ağzı, aşağı 

tərəfi... Güni gəldi, yeη – yaqalar dikdürəyim səninçün...” (Bakı, 

1999, səh. 107). Bəri başdan deyək ki, V.V.Bartoldun tərcüməsi 

(новый ворот – yeni yaxa) mətnin semantik tutumu ilə daha çox 

səsləşir. Belə ki, “dəmir dondan tikiləcək yeni dəmir yaxa” yeni 

döyüşə, qələbəyə işarədir. Bu cəhət Bəkil oğlu Əmranın dilindən 

verilmiş parçada obrazlı şəkildə ifadə olunub: Əmran atası Bəkilə 

görə al ayğırı qan tərləyənə  qədər çapmağa, süngünü düşmən 

köksünə sancmağa, oxu bir igiddən digərinə keçirməyə, başlar 

kəsməyə hazır olduğu kimi, atası  Bəkilə yeni dəmir yaxa tikdir-

məkdə  də israrlıdır: “yeηi yaqalar dikdirəyim səniηçün”. Bütün 

bunlar onu deməyə  əsas verir ki, “yeηi yaqa” birləşməsindəki 

“yeηi” sözü təzə, köhnənin ziddi mənasındadır. Maraqlıdır ki, 

“Kitab”ın dilində “sağır nun”la yazılmış “yeηi” sözü ədəbi dili-

mizdə “yeni” şəklində sabitləşsə də, şivələrimizdə ilkin forma və 

semantikasını eynilə saxlamaqdadır. Məsələn, Azərbaycan dilinin 

qərb  şivələrində: yeηi il=yeni il; yeηi paltar=yeni paltar; yeηi 

söz=yeni söz... 

Cövşən. Fars mənşəli “cövşən” sözü “Kitab”da cəmi bir 

dəfə həm də təhkiyəçi dilində işlənib: “Kim atın binər, kim cövşən 

geyər” (D-142). Zeynalov-Əlizadə  nəşrində “cövşən” sözü belə 

tərcümə edilib: “zirehli paltar” (Bakı, 1988, səh.172). “Cövşən”lə 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə