“Dədə Qorqud”un möcüzələr dünyası
480
xüsusiyyətlərindən bəhs etməyib; M.Erginin nəşrində “çevgen”
şəklindədir (Ankara, 1958, səh.98); Zeynalov-Əlizadə nəşrində
“çokan” formasındadır (Bakı, 1988, səh.49); S.Əlizadənin nəşrin-
də “çovkan” oxunuş forması əsas götürülüb (Bakı, 2000, səh.47);
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”nə “çovkan” sözü daxil
edilməyib (Bakı, 1999)... “Çövkən”lə (çovkanla) bağlı fikirləri
saf-çürük etdikdə bəlli olur ki, S.Əlizadənin transkripsiya və şərh-
ləri mətnin semantik tutumuna daha çox uyğun gəlir: “çovkan-
çövkan – burada qoyunları tutmaq üçün istifadə edilən, bucaqvari
ucluğu olan uzun ağac (Bakı, 1988, səh.141)...
“Çovkan” sözü “Kitab”ın dilində çox az, dəqiq desək, cəmi
bir dəfə Qaraca çobanın dilində işlənib: “Qılıcıηı nə ögərsən, mərə
kafir//Əgri başlu çovkanımca gəlməz maηa!” (D-41). Burada əyri
başlu çövkən kafir qılıncından üstün tutulur ki, bu da obrazlılığın
qüvvətləndirilməsindən başqa bir şey deyil. Bu mənada “çovkan”
sözünün silah adları sırasında verilməsini şərti olaraq qəbul etmək
lazımdır.
“Çövkən”lə bağlı bir cəhəti də xatırlatmağı gərəkli hesab
edirik: bu söz “Kitab”ın dilində “çovkan”, M.Kaşğarinin “Di-
van”ında “çögən” (ol çögən əgtürdi = o, çovkan əydirdi. I cild,
səh.263) şəklindədirsə, müasir Azərbaycan ədəbi dilində “çövkən”
şəklində sabitləşib.
Dəpər. “Balta” anlamlı “dəpər” sözü “Kitab”da üç dəfə
işlənib: dəpər. “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala (D-84); də-
pərə tutub çalmaq, təpərlə (balta tipli silahla) bərk vurmaq, başına
vurmaq. “Ol altmış batman gürzlə Qazılıq qocaya dəpərə tutıb
çaldı (D-209); Ol altmış batman gürz ilə Tondarı dəpərə tutub
çaldı (D-209).”Kitab”ın dilində işlənmiş basmaq, vurmaq anlamlı
“dəpmək”, “dəpələmək” feilləri də “dəpər” (balta) sözü ilə əlaqə-
ləndirilir (Kitabi-Dədə Qorqud Ensiklopediyası. II cild, Bakı,
2000, səh.85).”Dəpər” sözünün semantik tutumu bir sıra qorqud-
şünaslar, o cümlədən S.Əlizadə tərəfindən düzgün izah edilib:
“orta əsrlərdə balta tipli silah” (Bakı, 1988, səh.154). Bu izah
“KDQ” ensiklopediyasında, əsasən, eynilə təkrarlanıb: “...dəpər
“Dədə Qorqud”un möcüzələr dünyası
481
baltaya verilən addır və bu silah döyüşçünün yanında saxladığı
döyüş alətlərindən biridir” (Bakı, 2000, səh.85). Rus dilindəki
balta anlamlı “топор” sözünün türk mənşəli “dəpər” sözünün
fonetik deformasiyaya uğramış variantı olduğu göstərilir. Burada
M.Təkləlinin rus mənbələrinə istinadən söylədiyi fikirləri xatırlat-
maq yerinə düşür: “Qədim Rusda, I Pyotradək çar taxtının hər iki
tərəfində mühafizəçilər çiyinlərində topor durardılar. Onlar daha
çox yüksək sənətkarlıq nümunəsi sayılmışdır. Rus dilində onlara
“səfir toporları” deyərdilər. Çünki təntənəli qəbullarda əlində
qızılla işlənmiş toporlar olan mühafizəçilər görünərdilər”
1
. Bu fakt
da yuxarıda söylədiklərimizi arqumentləşdirir.
Mancılaq. Qurğu, dəzgah anlamlı “mancılaq” sözü “Ki-
tab”da iki dəfə işlənib: “Mancılağı ağır taşdan qızıldayub qatı
enən” (D-188); “Ağır mancılaq taşla atam, derdim” (D-233). Bi-
rinci nümunədə Qanturalının igidliyi, mərdliyi qabardılır: Manca-
naq daşıtək qıjıldayıb yerə enən... İkinci nümunədə igidliyin,
mərdliyin tərənnümü yox, bir məkr, hiylə müşahidə olunur: Man-
canaqla ağır daşlar atım, − deyirdim // Göydən başıma düşən daşla
ölüm, − deyirdim...
“Kitab”dakı döyüşlə bağlı parçalarda “mancılaq” sözünün
işlənməsinə təsadüf olunmur. Yuxarıdakı nümunələrdə işlənmiş
“mancılaq” isə poetik mənanı qüvvətləndirməyə xidmət edir. Bir
sıra tarixi mənbələrdə “mancanaq” mühasirə aləti, müharibədə
hasarın içinə daş atmaq üçün istifadə olunan alət, böyük sapand
və s. mənalarda izah olunur. Bu mənada “Kitab”dakı “mancılaq”
sözünün döyüş silahları sırasında verilməsini məqbul hesab etmək
olar.
Taraqa. “Kitab”da cəmi bir dəfə “taraqa çatlatmaq” ifadəsi
daxilində işlədilib: “Yüz adam seçilün, taraqa çatladıη, oğlanu
qorqudıη” (D-247). “Taraqa”nın semantik yükü ilə bağlı qorqud-
şünaslıqdakı izahlara nəzər salaq: gurultu etmək, yalandan gurultu
etmək... patıltı etmək (O.Ş.Gökyay); patlama, çatlama, patlama və
1
M.Təkləli. Rus dilində türk sözləri. Bakı, 2002, səh.190.
“Dədə Qorqud”un möcüzələr dünyası
482
çatlama səsi (M.Ergin); gurultu qoparmaq (Zeynalov-Əlizadə);
partlayış səsi (A.Məmmədova)... Bu şərhlərin hər birini düzgün
hesab etmək olar.
E.Əzizov “Kitab”ın dilindəki “taraqa” sözünün şivələrimiz-
də mühafizə olunduğunu göstərir: “Şuşa şivəsində taraqqa şəklin-
də eyni mənada işlənir: - Bayramda taraqqa atardıx... Ordubad şi-
vəsində “içərisində barıt qoyulmuş kağız, fişəng” mənasında mü-
şahidə edilmişdir”
1
. Bununla yanaşı, müəllif diqqəti Y.V.Çəmən-
zəminlinin “Həyatımızın 20 ili” əsərindəki “taraqqa” sözünə yö-
nəldir: “Sonra tonqal qalayıb üzərindən atılırdıq, fişəng – taraqqa
atardıq, toran qovuşanda da anam kiçicik piy şamlar yandırıb evin
iç və dış divarlarına yapışdırar, işıq aləmə yayılardı”. Bütün bunlar
onu deməyə əsas verir ki, “Kitab”ın dilindəki “taraqa” müasir
Azərbaycan dilində “taraqqa” şəklində işlənir. Deməli, müasir di-
limizdəki “taraqqa” “Kitab”dakı formasından yalnız bir “q” sami-
tinin artıq işlənməsinə (ikinci hecadakı “q” nəzərdə tutulur) görə
fərqlənir.
Qorqudşünaslıqda “taraqa” sözünün kök və şəkilçi mor-
femlərinə, demək olar ki, münasibət bildirilməyib. Bu mənada
bəzi detalları aydınlaşdırmaq lazım gəlir. Heç şübhəsiz ki, “fi-
şəng” anlamlı “taraqa” sözü “taraq+a” modeli daxilində öyrənil-
məlidir. Bu modeldə isə “taqqıltı, tıqqıltı” anlamlı “taraq” təqlidi
söz, -a təqlidi sözlərdən isim düzəldən şəkilçidir: taraq+a=taraqa”.
Yeri gəlmişkən, “taraq” sözünə müasir ədəbiyyatımızda da rast
gəlinir: Taraq-turuq atlılar, Atlılar qanadlılar (A.Şaiq) ...
Xəncər. Fars mənşəli “xəncər” sözünün intensivliyi çox
azdır. Daha dəqiqi, mətnlərdə cəmi iki dəfə təhkiyəçi dilində iş-
lənməsi müşahidə olunur: “Basatın xəncəri vardı”. Ədügini yardı,
içindən çıqdı” (D-226); “Dəpəgöz Basatın üzərinə qodı, xəncərdə
çaldı-kəsdi, sıçradı geη yerdə turdı” (D-229). Bu cümlələrin
semantik tutumu “xəncər”i bir döyüş silahı kimi səciyyələndirmə-
yə imkan verir. Şübhəsiz ki, “bıçaq” sözünə bu kontekstdə yanaş-
1
Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.253.
Dostları ilə paylaş: |