Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə70/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   66   67   68   69   70   71   72   73   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

214

 

bir sıra dilçilər tərəfindən izah olunub. Məsələn, İ.Tahirov “yenə” 



sözünü düzgün olaraq “hərəkət, proses və hadisələrin zaman 

daxilində təkrarlılığını ifadə edən sözlərdən” biri hesab edir

1

.  


 

Temporal isimlər  

 

Bu tip vahidlərin səciyyəvi cəhətlərini aşağıdakı kimi ümu-



miləşdirmək olar: 

“Kitab”da üstün mövqedə görünən temporal isimlər (zaman 

məzmunlu isimlər), əsasən, bunları əhatə edir: ay, gecə, gün, güz, 

yil, zəman və s.; 

“Kitab”dakı temporal isimlərin  əksəriyyəti türk mənşəlidir: 

ay, gün, yil... Ərəb-fars mənşəli temporal isimlərə isə az rast 

gəlinir: zəman, məhəl, dəm...;  

“Dastan”ın dili baxımından səciyyəvi olan temporal isimlə-

rin əksəriyyəti müasir Azərbaycan ədəbi dilində eynilə, bir hissəsi 

isə cüzi fonetik dəyişmələrlə sabitləşib: ay, gün, gecə, yaz, qış, 

yil... Müasir ədəbi dilimiz üçün arxaizm hesab olunan temporal 

isimlərin əksəriyyəti şivələrimizdə, əsasən, “Kitab”dakı forma və 

semantikasına uyğun işlənir: güz, öylən, ekindü...; 

“Kitab”dakı türk mənşəli temporal isimlər digər qədim türk 

abidələrinin dili üçün də  səciyyəvidir: “Kitab”da: ay, yil, güz, 

qış...; Orxon-Yenisey abidələrində: ay, yıl, küz, kış...; M.Kaşğari-

nin “Divan”ında:  ay, yıl, küz, kış...; Yusif Xas Hacibin “Qutadğu 

Bilig” poemasında: ay, yıl, güz, kış... Bu sözlərin hər birində qə-

dim türkün tarixi yaşayır; 

“Kitab”dakı zaman anlayışlı isimlərin leksik-semantik qrup-

ları rəngarəngliyi ilə fərqlənir: günün (24 saat  mənasında) hissələ-

rinin adı kimi çıxış edən sözlər: dün (gecə) gündüz, ekindü...; fəsil 

adları: yaz, yay, güz, qış; vaxtın, zamanın hesablanmasını ifadə 

edən sözlər: ay, gün, yil... Aydındır ki, gün (günəş) nə çıxır, nə 

                                                            

1

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 



səh.120. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

215

 

də ki batır. Yer isə öz oxu və günəş  ətrafında fırlanır. Dəqiq 



desək, yerin öz oxu ətrafında fırlanma dövrü bir gün, Günəş 

ətrafında fırlanma dövrü isə bir ulduz ilidir. Amma qədim 

türkün, ümumən qədim dövrlərdə yaşamış insanların düşün-

cəsinə görə, gün (günəş) doğur (çıxır) və batır. Yəni qədim döv-

rün  insanları işıq və qaranlığı daha çox Günəşin hərəkət trayek-

toriyası ilə (Günəşin hərəkət trayektoriyası: bu birləşmə sonrakı 

səhifələrdə də şərti olaraq verilir) əlaqələndirməyə çalışıblar. Bu, 

eynilə müasir dilimizdə  də yaşamaqdadır: Gün çıxdı, hava işıq-

landı: Gün batdı, hava qaraldı. Bu mənada Günəşin bir gün ər-

zində (bir gecə və bir gündüz = 24 saat) görünmə vəziyyətinə görə 

günün hissələrinin adlandırılmasını “Kitab”ın dili kontekstində nə-

zərdən keçirək. Bəri başdan qeyd edək ki, “Kitab”ın dili bu müstə-

vidə daha zəngin görünür. İlk olaraq günün hissələrinin  adlarını 

zaman kəsiklərinə uyğun şəkildə sıralayaq: 

“Taη ötdi, gün toğdı” (D-90) = dan vaxtı, üfüq qızaran vaxt, 

gün çıxan vaxt, gündüz; 

“Mərə qocalar, ekindü vəqti munı maηa çevirəsiz, yiyəm” 

(D-226) = ekindü vəqti = günün ikinci yarısı, günorta; 

“Qaranqu axşam olanda qayğılu çoban” (D-40) = axşam, 

qaranlıq olanda, şər qarışanda;  

“Arxu beli, Ala tağı dünin aşdın” (D-186); 

“Dün uyxusından kafər otağa qoyuldı” (D-90) = dün//dünin 

gecə; 


“...dün burcuğında Qazan bəgiη ordısına gəldi” (D-38) = dün 

burcuğı = gecə yarısı. 

Bu cümlələrdə işlənmiş günün hissələrinin adlarını aşağıdakı 

kimi sistemləşdirmək olar:  

gün toğdı (gün çıxan vaxt, gündüz) → ekindü vəqti (günün 

ikinci yarısı, günorta) → qaranqu axşam (axşam, şər qarışanda) → 

dün//dünin (gecə) → dün burcuğı (gecə yarısı) → gün toğdı (gün 

çıxan vaxt, gündüz = bir gün (bir gecə və bir gündüz = 24 saat). 

Bu sistemdəki söz və birləşmələrin semantikası onu deməyə əsas 

verir ki, qədim türk bir gün ərzindəki konkret zaman kəsiklərini 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

216

 

Günəşin hərəkət trayektoriyasına (əslində, yerin öz oxu ətrafında 



fırlanmasına) uyğun  şəkildə adlandırıb. S.Xəlilov yazır: “Cisim 

mərkəz kimi götürüldükdə buna məkanın (mühitin) dəyişməsi ki-

mi də baxmaq olar. Yəni cisim fəzada (astronomik məkanda) nisbi 

yerini  dəyişmir, amma zaman hər halda keçir; bir məkan – mühit 

başqası ilə əvəzlənir. Mexanikada və ya həndəsi təsəvvürlərə görə

əgər cisim (nöqtə) yerini dəyişməyibsə, deməli, hərəkət etməmiş-

dir və ya başqa sözlə, zaman keçməmişdir”

1

. Müəllifin fikirləri də 



yuxarıda təqdim etdiyimiz sistemə daxil olan dil vahidlərinin 

təsadüfi olmadığını əsaslandırır. 

Günəşin “gün” (24 saat mənasında) adlandırılmasını M.Fü-

zuli “Leyli və Məcnun” poemasında poetik şəkildə canlandırıb: 

 

                        Gün şərti demişlər afitabı 



                        Billah ki, bu nüktədir hesabı, 

                        Hər gün ki, görünməz afitabım. 

                        Mən gün deməzəm, budur hesabım. 

Bu misralarda şair obrazın həyəcanlı, sarsıntılı anlarını 

Günəşin “gün” adlandırılması, daha dəqiqi, “afitab (günəş) = gün 

şərti”  kontekstində təqdim edir: əgər afitab (günəş) görünmürsə, 

deməli, Məcnun üçün həmin gün hesabda yoxdur. 

Nəsiminin  şeirlərində bir beyt daxilində zaman məzmunlu 

isimlərin ardıcıl sıralanması ilə poetik mənanın gücləndirilməsi 

müşahidə olunur:  

 

              Ruzumü şəbüm, ayü yilim, həftəvü günüm 



              Novruzumü eydüm, diləgüm, qədrü bəratum. 

Göründüyü kimi, şairin lirik “mən”i üçün ən müqəddəs gün 

bəratdır.  Ərəb mənşəli “bərat” sözünün beytdəki mənası isə be-

lədir: “...islam dininə görə: Məhəmmədə peyğəmbərlik xəbərinin 

verilməsi, qızı Fatimənin toyu, 12-ci imam Mehdinin anadan olan 

                                                            

1

 Əbu Turxanın hikmət dünyası. Prof. Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, 



2012, səh.104. 


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə