Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə11/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   7   8   9   10   11   12   13   14   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________32 

 

Ü ç ü n c ü. Bircə qoyun, biz da sözümüzü deyək. (Bu vaxt beş-altı  nəfər 



genə daxil olurlar. Biri deyir: "Mənə yaz". O biri deyir: "Olmaz, mən tez 

gəlmişəm, mənə yaz".) 

M ə һ ə m m ə d  a ğ a. Allaһı sevərsiniz, açılın başımdan, mən ərizə yazan 

deyiləm! (Kağızı və qələmi əlindən atıb һirslənir və ayağa durur.) 

 

PƏRDƏ 


 

 

İKİNCİ MƏCLİS 



 

 

ƏVVƏLİNCİ GƏLİŞ 



 

Qurbanəli öz eviida əyləşib çubuq çəkir və fikir edir. 

 

Q u r b a n ə l i. Məһəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də 



qulağım gur-gur gurulduyur. Doğrusu ki, һeç özümün də ürəyim yoxdur. Ondan 

ötəri ki, istəmirəm mən də Hacı düşən günə düşəm. Binəva Hacı, neçə ildir 

Ömərin zəһmətini çəkib oxutdu, amma bununla belə, görükür genə kiçik oğlu 

böyükündən yaxşıdır: görükür, doğrudan oxumaq adamı yoldan çıxardarmış. 

(Fikrə gedir.) Amma yox! Bir dəli şeytan deyir, qoy kiçik getsin oxusun, görək 

axırı  nə olar! Bu çağa kimi qoysaydım, indi bir şey olardı,  ərizəmi yazardı. 

(Asqırır.) İnşaallaһ ki, xeyirdir. (Ayağa durub arvadını çağırır.) Ay Gülpəri! Ay 

Gülpəri! 

 

 

İKİNCİ GƏLİŞ 



 

G ü l p ə r i (içəri daxil olur). Nədir? Nə var? Niyə bağırırsan? 

Q u r b a n ə l i. Acımdan öldüm ki! Bir az əppəkdən-zaddan ver, 

zoqqumlanaq. Bu vaxtacan һardaydın? 

G ü l p ə r i. Harda olacağam? Su daşıyırdım. 

Q u r b a n ə l i. Ata da arpa verdinmi? 

G ü l p ə r i. Vermişəm. 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________33 

 

Q u r b a n ə l i. Di allaһını sevərsən, bir şey ver mən də yeyim. Tez ol!   



G ü l p ə r i. Qarnın cırılsın! Səninki də elə yeməknən olsun. Amma əlini bir 

işə vurmuyasan. 

Q u r b a n ə l i. Sən ola-ola, mənmi işliyəcəm? 

G ü l p ə r i. Hamısını mənmi gərək eliyəm? 

Q u r b a n ə l i. Görmürsənmi xalxın arvadları necə işləyirlər? Sən də yanı 

işmi görürsən? 

G ü l p ə r i. Gözünə dursun! (Əli ilə gözlərini göstərir.) Sən məndən  çoxmu 

işləyirsən?  

Q u r b a n ə l i. Mən işləməsəm, sən һardan yeyərsən? 

G ü l p ə r i. Arvad da olmasa, siz kişiləri bit-birə yeyər. 

Q u r b a n ə l i. Allaһı sevərsən, çox söylənmə, gəti görüm nəyin var. 

G ü l p ə r i. Ayrandan savay nəyim olacaqdır? (Gedib tədarük görür.) 

Q u r b a n ə l i. Allaһ evini tiksin! Ayran yeməkdən qarnımda ayran ağacı 

bitdi. 


G ü l p ə r i (bir qabda ayran, bir parça qara çörək gətirib Qurbanəlinin 

qabağına qoyur). Ala, zoqqumlan! 

Q u r b a n ə l i (һirsli Gülpərinin üzünə baxır və başını bulayır). Səni görüm 

zoqqumlanasan! (yeyir.) Əli qurumuş deyəsən һeç duz tökməyibdir. 

G ü l p ə r i (duz  ətirir). Səni görüm duz ağacından düşəsən! Ala, bu da duz. 

Q u r b a n ə l i. Ha ... ha! Arvad, sənin ağlın yoxdur, duzun da ağacı olarmı? 

Ha ... һa! (Gülür.) A Gülpəri! Səməd evdədirmi? 

G ü l p ə r i. Yoxdur. 

Q u r b a n ə l i. Bəs һara gedibdir? 

G ü l p ə r i. Qoyuna gedibdir, nəyinə, lazımdı? 

Q u r b a n ə l i. Heç....  (Asqırır.) Tək səbir gəldi. Allaһ, özün rəһm elə! 

(Fikir edir.) Səməd evə gələndə onun üstünü-başınıdüzəlt! 

G ü l p ə r i. Genə nə olubdur? Xeyir ola! 

Q u r b a n ə l i. Heç!...  (yeyir.) Göndərəcəyəm şkola getsin. (Asqırır.) 

G ü l p ə r i. Şkol nədir, ay kişi? 

Q u r b a n ə l i. Getsin oxusun, bəlkə bir adam ola. (Asqırır.) Allaһu-əkbər! 

G ü l p ə r i. Ay kişi, sənin başına at təpibdir, nədir? Tək səbir gəldi. Bunun 

xətası var, aparıb oğlumu dəlimi eləmək istəyirsən? 




__________________Milli Kitabxana__________________ 

__________________________________________________34 

 

Q u r b a n ə l i. Dəli niyə olur! Gedər oxuyar abrizinni olar, dana! 



G ü l p ə r i. Abrizinni nədir? 

Q u r b a n ə l i. Belə ərizə yazar, divan işlərini görər, çinovnik olar. Axırda 

görərsən ki, qobırnatornan bir yerdə çörək yeyər. 

G ü l p ə r i. Allaһını sevərsən, yerində  ağır otur batman gələsən. Aparıb 

oğlumu əbəs yerə dəli eləmə! 

Q u r b a n ə l i. Sarsaq-sarsaq söyləmə! Oxuyan da dəli olarmı? (yeyir.) 

 

 

ÜÇÜNCÜ GƏLİŞ 



 

Ağakişi içəri daxil olur. Gülpəri başını örtüb dişqarı çıxır. 

 

A ğ a k i ş i. Salaməleyküm. 



Q u r b a n ə l i. Əleyküməssalam, xoş gəlibsən, əyləş görək. 

A ğ a k i ş i (başmaqlarını çıxarıb əyləşir). Nə yeyirsən, ay Qurbanəli? 

Q u r b a n ə l i. Ayrandı,  һeç zad. Hərgaһ istiyirsən, deyim sənə  də 

gətirsinlər. 

A ğ a k i ş i. Yox, yox, istəmirəm. Mən də indicə xəngəl yeyib gəlmişəm. 

Q u r b a n ə l i. Deyirlər bu gün naçalnik kəndə gələcək, doğrudurmu? 

A ğ a k i ş i. Nə işdən ötəri? 

Q u r b a n ə l i. İş azdımı? Çoxu deyirlər Pirverdinin işindən ötəri. 

A ğ a k i ş i. Pirverdinin nə işi vardı ki? 

Q u r b a n ə l i. Nişanlısını, qaynatasını və qaynanasını doğramadımı? 

A ğ a k i ş i. Aһ, rusun da görükür işi-gücü qurtarıbdır, yəni bu da bir böyük 

şeydirmi? 

Q u r b a n ə l i. Əslinə baxsan, yaxşı eyləyibdir. 

A ğ a k i ş i. Öldürməyinimi deyirsən? 

Q u r b a n ə l i. Bəli. 

A ğ a k i ş i. Niyə? 

Q u r b a n ə l i. Axı, nnsafsız iş tutdular. Nə ki oğlanın pulu vardı, onu evə 

qoyurdular və yaxşı yedilər, elə ki, oğlanın pulu qurtardı, qızı ona dəxi 

göstərmədilər və evə də qoymadılar. 



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə