Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

________________Milli Kitabxana________________ 
260 
 
 
Xançoban elə bildi ki, yaxşı üzməyi bacaran Saranı heç zaman boz-bulanıq 
sellər biryolluq batıra bilməz! Bəlkə, Sara Arpaçayı uzunu üzə-üzə arana 
enmişdir? Bəlkə, Arpaçay Araza tökülən yerdə Sara atılıb bir qırağa çıxmışdır, 
Arazın tutac qamışlığında çılpaq üşüya-üşüyə, dona-dona qalmışdır. Özü də bir 
dar ayaqda kimi gözləyir? Ata-anadan, qardaş-bacıdan da qabaq Xançobanı! Sara 
gözləyir ki, Xançoban onun harayına çatacaqdı. Xançobanı birdən görəcəkdi... 
Görəcəkdir ki, indicə Xançoban necə də özünü ona çatdırdı. Necə də çiynindəki 
saçaqlı yapıncısını çevirdi, üryan Saranı öz yapıncısına bürüdü, qızı qüvvətli 
qollarının arasına aldı, onu nəfəsiylə  qızdırdı, qolları üstündə  Ağgölə çatdırdı, 
qızı  ağ alaçığına apardı. Sara tezcənə alaçıqda öz allı-güllü geyiminə girdi, 
dönüb Xançobandan yadigar verdiyi sazı soruşdu: 
" -   Haradadır saz, Xançoban? 
- Sənin yadigarın buradadır, Sara! 
- Bəs çoban tütəyin? 
- Çoban 
tütəyini Qaragölə atdım. 
- Nə üçün? 
- Bu 
gündən aşıq olmağa, saz çalıb söz qoşmağa başlamağım üçün. 
- Ay 
səni, mənim Xançobanım! 
- Necə yəni, Sara? 
- Yamanca 
sınaqdan çıxdın! 
- Necə yamanca sınaqdan çıxdım, Sara? 

Heç bir aşiq öz məşuqəsinin cəfalı yolunda mənim Xançobanım kimi 
sınaqdan çıxmamışdır! 
- Çoban 
həmişə cigərli olur, Sara! 
- Mən öz cigərli çobanıma öz ürəyimlə cavab verirəm!" 
Xançoban gedə-gedə xəyalat aləminə qapıldı, yenə tezcə özünə qayıtdı, yenə 
də Arpaçayı aşağı axtara-axtara Araz qırağına sallandı. Saranın sazını qoltuğuna 
alıb Araz nəhrinin yaxası ilə, üzüaşağı yıxıla-dura addımladı, hər necə ac-susuz 
olsa da, öz axtarışından qayıtmadı. Göz qoyub görənlər dedilər, bəs bu necə 
aşıqdır ki, heç bir kəndə-kəsəyə, elə-obaya dönmür? Hey Araz aşağı gedir, 
gözünü Arazdan çəkmir. 
Bəli, Xançoban qoltuğunda güllü-köynəkli saz, əlində çoban çomağı  ağ 
köpüklü dalğalara baxa-baxa, "indicə Sara Arazdan çıxacaqdır" ümidilə Arazın 
yaxasiylə gedirdi. 
  
 
 


________________Milli Kitabxana________________ 
261 
 
 
Araz geniş vadidən çıxıb dərin dərələrə düşürdü. Birdən də baş-başa gələn 
uca dağlar, sıldırım qayalar arasından xam at kimi boğulunca kişnəyirdi
görünməzin kişnərti qoparırdı. Bu kişnərtidən gələn səs-səda dağa-daşa düşürdü. 
 
Gedin, deyin Xançobana,  
Gəlməsin bu il Muğana!  
Muğan batıb nahaq qana.  
Apardı sellər Saranı,  
Bir ala gözlü balanı! 
 
Külli-aləm bu müsibəti səsi dolusu oxuyur. Saranın selə düşüb getdiyini 
yanıxa-yanıxa deyirdi... Arpaçayı "qan-qan" deyə  qıjıltı qopararaq axınından 
qalmırdı. Araza qovuşunca oranın özündən belə səda qayıdırdı: 
 
"Gedin, deyin Xançobana,  
Gəlməsin bu il Muğana!" 
 
Sarasız Xançoban Muğana gedə bilərdimi? Getsə  də Muğanda özünə yer tapa 
bilərdimi? Xançoban hansı üzlə Saranın ata-anasının, ağqoyunluların, 
qaraqoyunluların üzlərina çıxa bilərdi? Yox, nəinki bu ili, gələn ili də Xançoban 
dönə bilməzdi! Bu, nakam məbəbbətə görə adamların üzünə baxa bilməzdi! Ona 
deyilməzdimi, Xançoban, sən qumral hörüklü Saraya üzməyi öyrətməsəydin, o 
da Ağgöldə üzə-üzə üzgüçülüyə alışıb Arpaçaya getməzdi, orada daşqına düşüb 
batmazdı. Gərək bircə göz qırpımı da olsa, sən Xançoban öz Saranı nəzərindən 
qoymayaydm. 
Düzü, Xançoban istəyirdi ki, Saranı seldən xilas edə bilməsə  də, hamının 
gözü qabağında onunla qoşalıqda axaydı, nə adamlardan, nə dağlardan-
daşlardan, nə  də Arpaçaydan, nə  də gur-gur guruldayan Arazdan belə danlağı 
eşidəydi: 
 
"Gedin, deyin Xançobana,  
Gəlməsin bu il Muğana!" 
 
Nə bu ili, nə də altdakı ili, nə də sonrakı ili Xançoban Sara olmayan Muğana 
dönəsi deyildi! 
  
  
 
 


________________Milli Kitabxana________________ 
262 
 
 
Bəli, Xançoban heç zaman Muğana gedəsi, orada qalası, adam olanın üzünə 
çıxası deyildi! Onun Muğanda heç bir itiyi itmomİşdİ. Onun Sarası Arpaçaymda 
itmişdi, Araz nəhrinə çağlayıb calanan Arpaçayı Saranı Araza qovuşdurmuşdu! 
Araz da Saranı götürüb arana aparmışdı. Bəlkə  nə Arpaçayı, nə  də Araz nəhri 
Saraya güc gələ bilməmişdi? Sara özü üzə-üzə arana getməkdədir?! Bəlkə  də, 
Araz axmmca üzən Sara Xançobanı harayına çağınr, onu gözləyir ki, Xançoban 
özünü çatdırsın, güclü axına düşən qızı qurtarsın? Onlar birlikdə Muğana dön-
sələr, dəvələr ağzı arana yatıb quyruq doğulduğıma görə  Ağqoyunlu, 
Qaraqoyunlu elini də yuxan yaylaqda deyil, Muğanda görsünlər. Onlar hər iki 
elatı Muğanda salamlasınlar, onlann hər ikisini qohumlaşan, birləşən elat bağrına 
bassın, olmazın, görünməzin, eşidilməzin möcüzəyə sevinsinlər, özünü Araza 
atıb Saranı xilas edən  əfsanəvi bahadırı - Xançobanı  tərifləsinlər, alqışlasınlar! 
Tütək tütəyə, ncy neyə, saz saza, söz sözə qarışsın, iki clatm birləşən toyu 
təmtəraqla başlasın, yallı  dəstələri Xançobanla Saranı araya alsınlar,  əvvəlcə 
onlar ikilikdə, sonra da yallı  dəstələrində oynasınlar, gecənin bir aləmində 
göylərə qaldınları məşəllərin alovlu işıqlarında onlara təzəcə düzələn toy-alaçığı, 
içi xalılı-gəbəli, mexmər mütəkkəli, məxmər döşəkli, qanovuz yorğanlı yataq 
yeri göstərsinlər? Cavanlar öz arzularına, kamlarına çatsınlar. Aylar ötüb, illər 
dolanınca onlann bir-birindən gözəl, qıvrımsaç qızları, qarasaç oğlanları hər iki 
elata təzə  nəfəs gətirsinlər, boy atıb qalxsınlar, yaşa dolan Xançobanla Sara öz 
eşq-məhəbbətlərinin, iztirab və  həyəcanlarının bəhrələrilə sevinsinlər; 
şadlansınlar! 
Yox, bu belə olmayacaqdı, bu ancaq xəyal idi! Olan olmuşdu, Sara 
Arpaçayının selinə düşüb Araz aşağı axmışdı. Özü də biryolluq axıb getmişdi. 
Saranı bu axından qurtaran, ona nəfəs verib həyata qaytaran, onun zərif 
dodaqlarını  tərpədib, azacıq da olsa güldürən heç bir qüdrət görünmürdü. 
Xançobanın varlığında nə vardısa, zərrəciyinə qədər yerli-dibli yoxa çıxmışdı. 
Xançoban üçün geriyə dönüb dəvələr üzü arana dönüncə, quyruq doğunca 
özünü aran adamına qatsın-qatmasın bir idi, onun üçün daha heç nə yox idi. 
Onun aləmində bir fəlakət vardı, faciə bir idi, Sara yox idi! 
Demək, Xançobanın  əli bütün dünyada misli-bərabəri olmayan Sarasından, 
öz eşqindən, məhəbbətindən üzülmüşdür! Bəs o nə üçün Arazdan uzaqlaşmır, 
Saranı axtarmaqdan qalmır, Muğandan baş götürüb 
 
 
 


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə