Milli Kitabxana



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix28.06.2018
ölçüsü2,27 Mb.
#52385
1   ...   85   86   87   88   89   90   91   92   93

________________Milli Kitabxana________________ 
278 
 
sən! Bəlkə burada güləydin, bax beləcə, indiki kimi orada gülmiyeydin... Onda 
mən heç zaman pəjmürdə olmazdım, bunca təşvişə düşməzdim! 
- Bəlkə, şah məsləhətə qulaq asa, öz baş hərəmindən, onun bütün sirlərini 
soruşa?.. 
- O 
mənə hər nə desə də, balığın niyə və nəyə güldüyünü deyə bilməz! 
- Bəlkə dedi? 
- Yox, 
əsla! 
- Bəlkə, sirr çox üzdədir, şahım? 
- Yox, 
sirr 
dərindədir, balıq, dərya qədər dərində! Yoxsa, sən o dərin 
dəryadan çıxmaz, məlun qocanın qırışıq  əli ilə bu mis teştə salınmaz, saraya 
gətirilməz, mənim səltənətimi belə tir-tir titrətməzdin?! 
- Demək,  şah mənim baş  hərəminin barigahında niyə  və  nəyə 
güldüyümün səbəbini, camaat qarşısında açılmağını qeydsiz-şərtsiz istəyir? 
Razıdır? 
- Bəli, bəli, mən bu sirri mütləq, hər nəyin bahasına olur olsun bilmək 
istəyirəm! Axı niyə  mənim fateh qılıncıma məmləkətlər baş  əyən zaman mən 
belə aciz olmuşam?! 
Şah çox deyib, çox təkid edəndən sonra onlar sabaha yaxın  şərtləşdilər. 
Balığın  şərtinə görə  məmləkətin hər yerindən, hər bir yanından xeyli adam 
çağırıldı. Saray əhlindən də beli əzilən vəzir-vəkildən başqa hamı toplandı. 
Şeypur çalındı, qoşun səf-səf dayandı, qoca balıqçı həmin teştə qoyulan balığın 
yanında əsə-əsə durdu. "Balıq niyə və nəyə güldü?" - sirrinin açılacağı hamının 
ürəyini aramsız döyündürməyə başladı. Yüz mindən yuxarı göz balığa və 
padşaha zilləndi. 
- Hamı mənim əmrimə əməl etməlidir! - deyə balıq teştin içindən dikəlib 
hakim səslə dilləndi. 
Şah onun qarşısında əyildi: 
- Bəli, burada hamı, hər kəs, qoşunun hər bir nəfərinə  qədər bu balığın 
əmrinə əməl etməlidir! 

Onda and için! 
- And 
içirik, 
balıq! 
 
IV 
 
Hamı səs-səsə verdi. Balıq buyuranın hamısına əməl edəcəklərinə and içdilər. 
- Onda 
tərpənirik, baş hərəmin barigahına tərəf! 
  
 
 
 


________________Milli Kitabxana________________ 
279 
 
 
- Bəli, yeriyirik baş hərəmin barigahına tərəf! 
Padşahın rəngi sapsarı saraldı. 
- Bəlkə, şahım, peşman olursunuz? 
- Xeyr, 
mən öz andıma əməl edirəm, balıq! 
- Mənim bütün şərtlərimə! 
- Bəli, camaat qarşısında balığın bütün şərtlərinə əməl edirəm! 
- Bəs rəngin niyə saraldı, şahım?.. Bəlkə bu ziyanın yarısından... 
- Camaat 
qarşısında ölüm də olsa, mən fateh sözümdən qayıtmaram! 
- Ölümdən betər olsa, necə? 

Yüz ölüm də olsa mən boyun əyərəm! 

Əgər, yüz ölüm cəzasını özünüz-özünüz üçün qazanmış olsanız, necə? 
- Hər kimsə qoy öz əkdiyini biçsin, balıq! 
- Sən öz əkdiyini indi çox tez biçəcəksən, şahım. 
- Mən əkdiyimi çox tez də biçib qurtarmaq istərəm, balıq! 
Doğrudan da peşman olan şah balığın üstünə cumdu. Ancaq balıq 
çəkinmədən amiranə əmr etdi: 
- Sən peşmansan,  şahım, görürəm, artıq necə peşmansan! Mən  əmr 
edirəm öz andını pozan şahın qolu tez, cəld bağlansın! Şahın taxt-tacına çoxdan 
göz dikənlərdən bir neçəsi birdən töküldü, hər birisi öz qurşağını tezcə açıb şahın 
qolunu belinə bağlamağa çalışdı. 
- Heç 
de 
yaxşı deyil ki, camaat qarşısında öz tüpürdüyünü yalıyasan, 
gəda! 
- Vurulmalı boyun sizinmiş, əyan-əşrəf! 
- Artıq gecdir, çərənləmə, gəda! Qoy görək, axı bu balıq, sənin baş 
hərəminin barigahında niyə və nəyə gülübdür?! 
Balığın əmri ilə baş hərəmin barigahının qapıları taybatay açıldı, ancaq bilən 
olmadı xacə Təbarək hansı cəhənnəmdə gizləndi. Baş hərəm saçlarından çəkilib 
ortaya atıldı. Xanımın nazla yeridiyi fərşlər bircə-bircə qaldırıldı, döşəmələr 
tərpədildi. Fərş döşənən, aşağıdan, lağımlardan qırx nəfər bığıburma yad adam 
dartılıb bu yana atıldı. 
Balıq daha ucadan gülə-gülə dilləndi: 
- Bax, 
mən buna gülmüşəm ki, ölkəni başdan-baha zindana çevirən bu 
qolu bağlı caninin baş hərəmi əyləşdiyi, gəzindiyi bu fərşlərin 
altında görün nə  qədər də yad-yadırğa adam vardır. Bunlar, bu gözlərindən 
qan damanlar, xəzinəni talayıb bu daş-qaş içində itən xanımın 
  
 
 


________________Milli Kitabxana________________ 
280 
 
 
atası evinə lağımla xəlvətcə yeridənlərdir. Bu zəngin imarətdə əlini ağdan-qaraya 
vurmayan, özünü axmaq şah ərinin gözündə sədaqətli göstərən bu qadın, ölkənin, 
xalqın malını bir görün necə talan edir. Bax, məni güldürən də şahın gicliyi, şah 
arvadının bicliyi oldu. 
Hamı heyrət etdi, ayaq üstə ölən padşah ayaq altına salınıb, cəsədi tapdaq 
altına düşdü. Camaat mis teşti əl üstünə aldı: 
- Bizə başçı təklif et, balıq! 

Bax bu qoca balıqçını sizin məmləkətə başçı təklif edirəm, camaat! 
- Qoca 
balıqçıdan məmləkət başçısı olarmı? 

Əgər bu qoca balıqçı  məmləkətin ağıllı-kamallı, insaflı, biləndə 
şəxslərini öz başına toplaya bilsə, ondan böyük məmləkət başçısı olar! 
- Axı, sənin etiqadın nəyədir, balıq? 
- Etiqadım bunadır ki, zəhmət adamı, zəhmətkeşin qanını gecəli-gündüzlü 
eyş-işrətdə  zəlisayağı sormaz, xalq malına qənaət edər, zülmkar padşahın 
gördüyü işləri görməz, görmədiyi işləri görər! 
Eldən, obadan tökülüb gələn adam padşah tərəfinə  həmlə edib güc gəldi. 
Nahayət, qoca balıqçını məmləkətin başçısı seçdilər. Yan-yörəsini də balıq deyən 
kimi ağıllı-kamallı vəzir-vəkillə bərkitdilər. Nəhayət, balığa üz tutdular: 

İndi biz sənə necə qulluq edə bilərik? 

Heç bir qulluq gərək deyildir, ancaq sizdən bircə təvəqqem vardır! 
- Biz 
hamımız canla-başla sənin sərəncamını yerinə yetirərik! 
- Siz 
yenə də məni su ilə dolu bir mis teştin içində aparın, həmin yerdən 
dəryaya buraxın! 
- Yox, 
biz 
səni sarayda saxlarıq, balıq! Bax orada, qızıl hovuzda üzərsən, 
özü də qulluğuna neçə-neçə qulluqçu desən, qoyarıq! 
- Deyərlər el içində, öl içində. Mənimki dəryadır, balıqdır. Daha balığın 
sözünü döndərən olmadı. Məmləkət başçısı qoca balıqçı  məyus olsa da balıq 
buyurana əməl etdi. Onlar mis teşti götürüb axın-axın yeridilər, mis teşt bu əldən 
o ələ keçdi. Balığı apardılar, həmin yerdən dəryaya buraxdılar... Göz qoydular... 
Balıq köpüklü dalğalarla üzə-üzə uzaqlaşdı, yenə  də  dəryaya, yar-yoldaşının 
yanına getdi, qıraqdan boylanan min-min adamın gözündən itdi... 
 
fevral 1963-cü il 
 
  
 
 


________________Milli Kitabxana________________ 
281 
 
 
OVQAN VƏ İLAN 
 
Aran ölkəsinin Muğan elində Ovqan adil bir çoban vardı. Ovqan çox 
əliaçıqdı. Ağartısızlara ağartı verir, əlacsız dul arvadlara, yoxsullara qoyunun 
dişisindən damazlıq paylayırdı. Ovqan qışda öz qoyun bölüyünü aranda otarır, 
yayda yuxarıya, başı buludlara dayanan yaylaqlara qaldırırdı. El yolu üstündə 
taxıl zəmilərini dağlara qalxan tərəkəmə köçərilərinin sürülərindən qoruyan, əli 
dəyənəkli, toqqası  xəncərli qoruqçular Ovqanla xoş-beşlə görüşür, daha 
başqalarına olduğu kimi, ona tumturş sifət göstərmir, hələ taxıl arası  şırım 
otlaqda onun bölüyünə yer də verirdilər. Ovqan çüban öz iş-peşəsini xaqanlıqdan 
da yuxarı tutur, zoğal  şivindən kəsib, tonqalda ütüb düzəltdiyi başı toppuzlu 
çomağına söykənir, ota yayılan bölüyünə tütək çalır, hava qoşub quşları dilə 
gətirir, istəyəndə  mələşdirirdi. Ovqan çübanın  şöhrəti el-obaya yayılır, bir tək 
Muğam deyil, bütünlükdə Aran ölkəsini tuturdu. Ovqanın adı-sanı bir gün gedib 
Loğmana da çaldı. Loğman yelqanadlı  qızıl boz atını minib, özünü Aran 
ölkəsinin Muğan elinə yetirdi. Axtarıb Ovqan çobanı bölüyünün başında tapdı. 
Loğman tanışlıq verməsə də, Ovqan qərib qonağı xoş sifətlə qarşıladı, bacardığı 
hörmətdən elədi. Ovqan çoban qonağına xınaquyruq  əmlik kəsib, ocaqda 
qızartdı, cam-cam süd içirtdi, öz qarğı  dəyəsinin yuxarı başında yataq yeri 
düzəltdi. Düz bir ay Loğman çobanın əziz qonağı oldu. Loğman gözü ilə görüb 
inandı ki, Ovqan deyilmişkən varmış. Ovqanın geyimi-kecimi özünə yaraşan idi: 
çiyinlərində saçaqlı yapıncısı, başında saçaqlı papağı, ayaqlarında quşburnu 
çarığı,  əlində isə deyildiyi kimi girvənkə başlı toppuz çomağı vardı. Onun üz-
gözündən nur yağır, yanaqları solub-saralmır, gecə  də, gündüz də köz kimi 
qızarırdı. "Tək bircə anaş qoyunla, bircə buynuzuburma qoç qalsa, mənə bəsdir", 
-deyə Ovqan əsla ürəyini sıxmır, dünya görən Loğmanı heyrətə salırdı. 
- Bu qoyun ki var, ömründə qurtarası deyildir, - deyə Ovqan qonağına söz 
açırdı. - Əgər bu bölükdo ürəklə zəhmət çəksan, qoyunu halallıqla becərsən, sən 
bir verəndə, yerinə ikisi gələr, onda qoyun əkiz doğar, üçəm doğar, dişi doğar. 
Vay ondadır ki, bu bölüyə haram qatasan, başqasının sürüsündən bir axsaq 
toğlunu bölüyə qarışdırasan, onda elə bil ki, quyunun dibinə daş atdın, 
damazlığını dibindən kəsdin. Onda qoyun nə  əkiz doğar, nə  də üçəm! Onda 
qoyuna azar düşər, görərsən ki, bir həftənin içində batıb... 
  
 
 


________________Milli Kitabxana________________ 
282 
 
 
Loğman diqqət yetirir, getdikcə Ovqanın ağlına, kamalına, səxavətinə daha 
artıq heyran olurdu. Ələlxüsus da Loğman Ovqanın sap-sağlam olduğuna, heç 
bir azar-bezarı eyninə  gətirmədiyinə teəccüb edirdi. Hər necə olsa da, ayrılıq 
zamanı Loğman dostu Ovqanı toqqadan yuxarı soyundurub canını yoxladı, 
ürəyinə qulaq verdi. Loğman gördü ki, canı-başı sağ-salamat olmaqla Ovqanın 
misli-bərabəri, bəlkə  də, bütün dünyada az-az tapılar. Necə deyərlə, onun canı 
buz baltası kimidir! Loğman çoxlarının dərdini müəyyən edib dərman eləmişdi, 
amma Ovqanda heç bir dərd tapmadı. Durub mənalı  nəzərlə intehasız bozaq 
düzəni süzdü: 
- Sənə bir tapşırığım var, - deyə öz gözlərini çobanın bulaq kimi 
qaynayan gözlərinə zillədi, onun şəvə kimi qara bığlarını əli ilə tumarlayıb, ata 
məhəbbəti ilə sözünə davam etdi, - mənim saçım da, saqqalım da, bax, o yuxarı 
dağların qarı kimi ağarıbdır, Ovqan! Sözümə qulaq ver, sənə bir tapşırığım var! 
- Can-başla tapşırığına əməl elərəm, Loğman! 
- Gərək canla-başla  əməl eləyəsən ki, dağı-aranı  gəzə-gəzə azı yüz il 
yaşayasan! 

Lap son nəfəsimə  qədər mən bu qoyunun içində olacağam, Loğman!.. 
Nə vaxt ki, küləklər tütəyimin səsini sənə çatdırmadı, onda bil ki, daha mən 
ölmüşəm! 
- Bəs mən necə? Bəyəm mənə ölüm-itim yoxdur? 
- Nağıllardan yəqin bilirəm ki, Loğmana ölüm yoxdur, onun ömrü dünya 
durduqcandır. 
- Sənə bir tapşırığım vardır, Ovqan! Gərək, sən ayıq-sayıq olasan, gərək 
sən ilan-çayandan özünü qoruyub, gözləyəsən! 
- Ayıq-sayıq olmuşam, amma urcahıma çıxan heç bir ilan-çayanı 
öldürməmişəm. 
- Bəs niyə? Bəs nə üçün bu qədər ehtiyatsızlıq elemisən?! 
- Düzü, 
həmişə yoluma çıxan ilan-çayanı sağ-salamat buraxmışam! 
-  
İlan-çayan sənin girəvəni alıb, ya sən ilan-çayanın? 
- Düzü, 
indiyəcən mən ilan-çayanın girəvəsini almışam! 

İnnən belə urcahına çıxan ilanın başını, bax bu toppuzla əzginən, 
Ovqan! 
- Axı, ilan hər dəfə mənim qabağımda dil çıxarıb yalmayır? 
- Atalarımız əcəb deyib: "İlanın ağına da lənət, qarasına da!". 

Bu misallardan mən özüm də çox bilirəm, Loğman! 
  
 
 
 


________________Milli Kitabxana________________ 
283 
 
 
- Bəs onda niyə bilə-bilə əməl eləmirsən? 
- Düzü, 
Loğman, qarşıma çıxan ilan dil çıxarıb toppuza təslim olandan 
sonra demişəm, qoy sürünüb rədd olsun cəhənnəminə! 
- Bəlkə, sən ilandan qorxursan, Ovqan? Qorxursan ki, birini acıdasan, 
dönüb qoşun düzəldə, üstünə sürü-sürü gələlər? 
- Xeyr, 
gücə görə yox, yalmanıb-yalvardıqlarına görə! Yoxsa mən ilanın 
da, əjdahanın da gücünə güc göstərərəm, necə ki, canavarlara güc göstərirəm! 

İlan canavardan qorxuludur, Ovqan! 

Ancaq canavar heç zaman ilansayağı yalmanmır! 
- Buna 
görə də dil çıxaran ilan diş göstərən canavardan qorxuludur! 
- Düzdür, 
ölüm 
ayağında ilan göz yaşı töküb ağlayır, amma canavar ölüm 
ayağında daş-qayanı gəmirir! 
- Qarşında dil çıxarıb yalmanan, göz yaşlarını gilə-gilə töküb axıdan, 
sənin toppuz çomağından sovuşmağa çalışan ilan canavardan qat-qat qorxuludur
Ovqan! Sən ayıq-sayıq olsan, bu sağlam canınla,  şübhəsiz, yüzdən yuxan 
yaşayacaqsan, amma ilana güzəştə getsən, ömrünü vaxtsız-vədəsiz 
çürüdəcəksən! 

Onsuz da mən yüzdən yuxarı yaşayacağam, ilan mənə heç nə edə 
bilməz! 
- Axır bil ki, ilan ilandır! 
- Yəni demək istəyirsən ki, o öz xasiyyətini dəyişməz? 

Əsla! 

Əgər, mən urcahıma çıxan ilana aman verib, ona öz xasiyyətini 
dəyişdirtdirsəm, necə? 
- Belə möcüzəyə inanmaram, Ovqan! 

Əgər, mən Loğmanı inandırsam, necə? 

İnansam, yəqin quruyub daşa dönərəm! 
- Yaxşı, baxarıq! - deyə Ovqan Loğmanın yelqanadlı qızıl boz atını çəkib 
gətirdi. Loğman atına minməzdən qabaq ayaq saxladı. Ovqana bərk-bərk tapşırdı 
ki, bəs dara düşəndə mənə xəbər yetirərsən. 
- Necə xəbər yetirim, Loğman? 
- Küləklə, tufanla! 

Əgər külək-tufan olmasa? 
- Buludlarla 
bildir! 

Əgər göy üzündə buludlar olmasa? 
- Günlə xəbər göndər! 
  
 
 


________________Milli Kitabxana________________ 
284 
 
 
- Gün 
də olmasa? 
- Sən məni ürəyindən keçir, hər harada olsam, bir göz qırpımında yanına 
gələrəm, dadına-imdadına çataram!.. 
Ayrılıq zamanı nə içə hər iki dost birdən kövrəldi, onlar qol-boyun oldular. 
Loğman yelqanadlı boz atının belinə qalxıb, cilovunu tərpətdi, Muğan düzündə 
gözdən itdi. 
Bu söz-söhbətdən sonra Ovqanın boynuna ağır yük düşdü. O, iki il aranda 
ilan axtardı, urcahına heç nə çıxmadı. "Bəlkə, Loğman ilanların dilini bilirdi", - 
deyə Ovqanın fikri dolandı. - "Bəlkə o, mənim dərdimdən ilanları dilə tutub, 
Muğandan çıxarıbdır? Bəlkə  də boz atının üstündə qanadlanıb Muğana sehrli 
dava-dərman səpib, ilan-çayanı tamam qırıbdır?. Axı necə ola bilər ki, ildə azı-
azı yüz ilanla rastlaşan Ovqanın urcahına bir ilan da çıxmasın, onun toppuz 
çomağının qabağında dil çıxarıb yalmanmasın? Nə isə, Loğmandan ayrılanın 
üçüncü ili Ovqan qoyunlarını yaylaqdan aran şoranına endirirdi. Gün qovurmuş 
torpağın cadarından kömür kimi qara qartmaqlı bir ilan çıxıb, onun üstünə 
cumunca, Ovqan çomağını çəkib "İlanın ağına da lənət, qarasına da!" - deyə cəld 
bu məlunun başını  əzmək istədi.  İlan  əyri-üyrü dişləri arasından nazik dilini 
çıxarıb yalmandı, zil qara şüşəni andıran gözlərindən gildir-gildir yaş tökdü. 
- Öldürmə məni, Ovqan! 
- Axı, sən məni öldürəcəkdin.  İndi mən hansı hesaba görə  səni sağ-
salamat buraxım? 

Əvvəlki yüz-yüz hesaba görə! 
- Necə əvvəlki yüz-yüz hesaba görə? 
- Çünki 
mən hər ili azı-azı yüz kərə  səni çalmaq istəmişəm, ancaq sən 
mənə girəvə verməmisən, məni sağ-salamat buraxmısan! 
- Bəs niyə indiyəcən məndən üzülüb əl çəkməmisən? 
- Çünki 
ilan 
olanın xasiyyəti belədir! 

İndi bəs mən haradan bilim ki, sən xasiyyətini dəyişib, bir günü girəvə 
tapanda məni çalmayacaqsan? 
- And 
içirəm sənə, Ovqan, sənə and içirəm! Mənim bu əyri-üyrü dişlərim 
heç zaman sənin bu sapsağlam canına qıymayacaqdır! 
- Bəs andını pozsan necə? 
- Həmişə ayıq olarsan, Ovqan! İşdir sənin qəsdinə duraramsa, bu başımı o 
qurğuşun çomağınla əzərsən, sonra da bir qaratikan kolunun üstündən üzüaşağı 
asarsan, ta gecə göydə ulduz görüb ölləm!.. 
  
 
 
 


________________Milli Kitabxana________________ 
285 
 
 
- Mən sənin andına inansam, öz zəhər tuluqlarınla sağ-salamat qoysam 
necə? 
- Sən məni salamat buraxsan, mən  əhdimə  vəfa edib, dostun Loğmanın 
hikməti ilə əzəlki halıma qayıdıb, mələk ollam! 
Bu söz-söhbətdən sonra Ovqan toppuzbaşlı çomağını dayandırdı. Qara 
qartmaqlı ilan bir bölük qoyunun da keşiyini çəkməyə başladı. Ovqan ürəkdən 
inanıb, ilanla ülfət bağladı. Yazda ilan selə düjəndə onu dartıb çıxartdı, qışda ilan 
donanda onu öz yapıncısının altına alıb, qızdırıb donunu açdı. Belə-belə yenə də 
azı yüz kərə ilana aman verib, onu ölümdən qurtardı. Ancaq qara qartmaqlı ilan 
hər il yenidən qabıq qoysa da, dişlərinin dibindəki zəhər tuluqları ilə birlikdə 
dəyişməz qaldı. Xeyirxah niyyətlə yaşayan Ovqana elə  gəldi ki, zahiri 
görünüşünü dəyişə bilməyən ilan içəridə xasiyyətini dəyişibdir. İndi bu ilanı bir 
neçə  sınaqdan da çıxarmaq gərəkdir ki, Ovqan Loğmanı çağırsın,  əhvalatı açıb 
ona desin, təvəqqe eləsin, ilanı ilanlıqdan çıxarıb, əzəlki mələkliyinə qaytarsın! 
Ancaq buna aman olmadı. Ovqanın ovqatı gündən-günə  təlx oldu. Onun 
ağzında dad qalmadı. "Yəqin qızdırma tutmuşam", - deyə Ovqan gümana 
düşdü... Yerdə  sərili qalan Ovqanın dili tərpənəsi olmadı, ürəyindən Loğmanı 
keçirdi. Yelqanadlı boz atını minən Loğman özünü Ovqana yetirdi, ancaq dostu 
ilə kəlmə kəsmək mümkün olmadı. Loğman qar kimi dümağ saqqalına həkimanə 
əl gəzdirib düşünə-düşünə durdu. Dönüb diqqətlə yan-yörəyə baxdı. Qamış 
dəyənin qapısının astanasında, yumşaq torpaq üstündə  əyri-üyrü iz gördü... O, 
tez Ovqanın bütün bədənini diqqətlə yoxladı. İlanın dişindən çobanın bədənində 
heç bir iz-əlamət görmədi. Loğman mühakiməsi ilə müəyyən etdi ki, öz əhdini 
ağ-açıq poza bilməyən, çobanın fürsətini oğurlayıb, girəvə tapa bilməyən ilan 
Ovqanın xörəyinə  zərrə-zərrə  zəhər damızdırıb, ömrünü azı-azı altmış il 
azaldıbdır.  İş  işdən keçdiyinə görə, Loğman dostunun dərdinə  dərman tapa 
bilmədi. Nəhayət, Ovqanı Muğan torpağına tapşırdı. 
Loğman onun toppuzbaş çomağını yadigar götürdü, atına süvar olub getdi. 
Bir bölük qoyun qəbrin yan-yörəsində  mələşə-mələşə qaldı. Elə bil ki, Muğan 
düzünə heybətli ağlaşma düşdü. Ovqanın ölümünün ili tamam olunca, Loğman 
çomağı götürüb yelqanadlı boz atını mindi, dostunun qəbrini ziyarətə  gəldi. 
Üstündə ot-ələf dikələn qəbrin bir yerdən oyulub-deşildiyini gördü. Loğman 
tamam-kamal şübhədən 
  
 
 


________________Milli Kitabxana________________ 
286 
 
 
çıxdı, hər iki gözündən dümağ saqqalına qanlı göz yaşı axıtsa da, axır ki, özünü 
toxtatdı. Loğman uzağa getmədi, girəvədə durub gözlədi, gecə-gündüz gözünə 
çimir gəlməyə qoymadı. Bir sabah ertə qara qartmaqlı ilan qəbirdən çıxar-çıxmaz 
Loğman Ovqanın toppuzbaş çomağını qaldırdı, girəvəsi kəsilən ilan eynən dilini 
çıxarıb yalmansa da, Loğman fürsəti fövtə verməyib, onun başını əzdi, göydəki 
ulduzu görüb biryolluq ölməyi üçün onu çomağı ilə ortasından götürüb quru 
qaratikan kolunun başından üzüaşağı asdı. "İlanın ağına da lənət, qarasına da!" - 
deyib Ovqana xatırlatdığı misalı özlüyündə dönə-dönə  təkrar etdi, boz atının 
belinə qalxıb Aran ölkəsinin küləklərinə qarışdı... 
 
iyun 1963-cü il 
  
 
 


________________Milli Kitabxana________________ 
287 
 
 
MÜNDƏRİCAT 
 
Ön söz…………………………………………………………………………………....4 
 
POVEST 
 
Məhtaban…………………………………………………………………………………..15 
 
ƏFSANƏLƏR 
Kəsilməyən kişnərti………………………………………………………………………153 
Güzgü göl əfsanəsi………………………………………………………………………..215 
Arpaçay əfsanəsi………………………………………………………………………….255 
Gülən balıq……………………………………………………………………………….266 
Ovqan və ilan……………………………………………………………………………..281 
  
 
 


________________Milli Kitabxana________________ 
288 
 
 
Buraxılışa məsul:   Əziz Güləliyev 
 
Texniki redaktor: 
 
Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam:   Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi:  
Rəşad Həmidov 
 
Korrektorlar:  
 
Elmira Teymurova 
Pərinaz Səmədova 
 
 
 
 
 
Yığılmağa verilmişdir 22.11.2004. Çapa imzalanmışdır 07.06.2005.  
Formatı 60x90 
1
/
16
 Fiziki çap vərəqi 18. Ofset çap üsulu,  
Tirajı 25000. Sifariş 147. 
 
 
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17. 

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə