Milli Kitabxana



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix19.10.2018
ölçüsü1,39 Mb.
#75098
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

_____________Milli Kitabxana_____________ 
49 
 
Hayi-huyi-xəlq bizar eylədi candan məni
Aşiqi-divanə tək dağları gözlər gözlərim. 
 
Dürdnuşi-Hafizəm, rindanə mə’na söylərəm, 
Üştibində badeyi-Xulları gözlər gözlərim. 
 
Bağrımı qan eylədi bu guşeyi-təngi-qəfəs, 
Bülbüli-şeyda kimi bağları gözlər gözlərim. 
 
Hər nə etdim mürği-bəxti ram edəm, ram olmadı, 
“Hu” çəkib, bir şəhpəri-şunqarı gözlər gözlərim. 
 
Məstü mədhuş eyləyib çoxdan məni bir xirqəpuş, 
Göz dikib, bir sağəri-sərşarı gözlər gözlərim. 
 
Bir şahənşahi-büləndəxtər, xidivi-bəhrü bər, 
Bir qəzənfər-həmlə, bir sərdarı gözlər gözlərim. 
 
Müxtəsər, yeydir, Nəbati, bir sözü çox çeynəmə, 
Söylə bir yol Heydəri-kərrarı gözlər gözlərim. 


_____________Milli Kitabxana_____________ 
50 
 
* * * 
Bir könül kim, ola daim rüxi-canan ilə cəm, 
Olmaz ol bir də dəxi tərfi-gülüstan ilə cəm. 
 
Məni meydən, sizi tari ki, əgər mən’ edəsiz, 
Ki, mənim könlüm olur Cəm kimi bu qan ilə cəm. 
 
Dağıt, əfşan elə ol türreyi-ənbərşikəni, 
Ta ki, olsun könül o zülfi-pərişan ilə cəm. 
 
Bir könül kim, ola bir qönçə-ləbin məftunu, 
Olumu bir də məgər badeyi-reyhan ilə cəm? 
 
Künci-vəhdətdə könül şəm’inə oldum qane, 
Şəm’i-dil olmaz imiş şəm’i-şəbistan ilə cəm. 
 
Bülbüli-tabi-xəzan-didə kimi gülşəndə, 
Könlümü eyləmişəm təb’i-qəzəlxan ilə cəm. 
 
Kilki-neydən tökərəm kağəzə şəhdi-şəkəri, 
Dürri-nəzmi edərəm gövhəri-qəltan ilə cəm. 
 
Dağılan xəstə könül şişəsinin parələrin 
Rizə-rizə elərəm səbheyi-sübhan ilə cəm. 
 
Yusifi-Misr kimi tə’neyi-ixvani-həsud, 
Etdilər xatirimi möhnəti-zindan ilə cəm. 
 
Səbrnən həll olu hər üqdeyi-müşkül, billah, 
Ləzzəti-vəsl olur zəhməti-hicran ilə cəm. 
 
Yarı tut, qeyri unut sən də, gözum, Məcnun tək, 
Mümkün olmaz ola bir can iki canan ilə cəm. 
 
Tuşeyi-rahi-fəna etməyə hər xarü xəsin, 
Edərəm badiyeyi-eşqdə müjkan ilə cəm. 


_____________Milli Kitabxana_____________ 
51 
 
Hardasan, harda qalıbsan genə, ey şuri-cünun, 
Ah, oldum, genə bu əqli-giran can ilə cəm. 
 
Çarə qıl dərdimə, saqi, mənə bir cam, aman! 
Olsa, könlüm olacaq dideyi-giryan ilə cəm. 
 
Mərhəba, dilbəri-tənnaz nə xub etdi, görün, 
Köksümün yarəsini navəki-peykan ilə cəm. 
 
Ey könül, eylə dəxi zöhdü riyadən pəhriz
Gəl, Nəbati kimi ol, həlqeyi-rindan ilə cəm. 


_____________Milli Kitabxana_____________ 
52 
 
* * * 
 
Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım, 
Pozuldu rövnəqim, dağıldı ev, pərkarsız qaldım. 
 
Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar? 
Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım! 
 
Diriğa, bilmədim qədrin mən ol yari-vəfadarın! 
Əcayib səxt-canəm, yarsız mən arsiz qaldım?! 
 
Qəmi-hicranə yandırdın məni, ey çərxi-dun, bəsdir! 
Rəhim isminə Allahın deyim iqrarsız qaldım. 
 
Nəbati, tövbə qıl, imanə gəl, əfsanə danışma, 
Nola bir yol desən kim, ya Əli, mən yarsız qaldım. 


_____________Milli Kitabxana_____________ 
53 
 
* * * 
 
Bəs ki, bu üzdəniraqlar ilə yoldaş oldum, 
Şərbəti-qənd ikən şireyi-xaşxaş oldum. 
 
O mələk-mənzərə aşüftəvü heyran olanı, 
Səgi-şəbgərd kimi dideyi-xəffaş oldum. 
 
Əhrimən tək neçə yol eşq büsatın yığdım, 
Genə fərmani-Süleyman ilə fərraş oldum. 
 
Istədim ta ki, olam lə’li-ləbin sərrafı, 
Eşq biçizi olub qızlara beşdaş oldum. 
 
Canü dil verdi Nəbati sənə, dəxi nəyi var? 
Demə, billah ki, əcəb aşiqi-qəllaş oldum. 


_____________Milli Kitabxana_____________ 
54 
 
* * * 
Dikmişəm göz rahə, bir cəlladı gözlər gözlərim, 
Damə düşmüş seyd tək səyyadı gözlər gözlərim. 
 
Yoxsa dersiz zahidəm mən, olmuşam məscid-nişin, 
Ol sənəmdən ötrü bu bərbadı gözlər gözlərim. 
 
Bisütun dağın gedib gəzmək deyil mənzurumuz, 
Nəqşi-Şirin tək haman Fərhadı gözlər gözlərim. 
 
Ta edib əksi-cəmalın sinəmi lövhi-xəyal, 
Şeşdəri-heyrətdə bir nərradı gözlər gözlərim. 
 
Bərqi-eşqin atəşi-suzanə yaxmış bağrımı, 
Yaş tökəndə Dəcleyi-Bəğdadı gözlər gözlərim. 
 
Məktəbi-eşq içrə ta etsin məni kamil əyar
Olmuşam pabəstə, bir ustadı gözlər gözlərim. 
 
Qoymayım ta ondan özgə kimsə bu viranədə, 
Ruzü şəb bir xatiri-naşadı gözlər gözlərim. 
 
Pərtövi-mehri-rüxündən ta ki, bilsin bir nişan, 
Hər tərəf seyran edib, hər zadı gözlər gözlərim. 
 
Cümleyi-Qur’an-kitabı eyləməkdən əlvərəq, 
Özgə mətləb yox, həmin bir adı gözlər gözlərim. 
 
Yaxşı sözlər çox demişlər gərçi aşiqlər, vəli, 
Hamıdan yey mən bu xoş əfradı gözlər gözlərim. 
 
Məhmili-Leyli, Nəbati, oldu gözdən napədid, 
Mən nə Məcnunəm ki, bu övtadı gözlər gözlərim. 


_____________Milli Kitabxana_____________ 
55 
 
* * * 
O günəş-arizə heyran olanı, zar olubam
Əqlü huşum dağılıb, surəti-divar olubam. 
 
Eşqi-bibak elədi pərdeyi-namusumu çak, 
Zikri bəd, adı yaman, xalq üzünə xar olubam. 
 
Məni görcək, deyəsən, cin eşidib “bismillah”, 
Zahidin pis gözünə bir çalıcı mar olubam. 
 
Ta bilim bəlkə, məgər, ol sənəmin mə’vasın, 
Gah meyxanəyə, gah məscidə səyyar olubam. 
 
Sən get öz karına, ey zahidi-bədkiş ki, mən 
Talibi-cami-Cəmü badeyi-gülnar olubam. 
 
Bül’əcəb dərdə məni salmış o yaği gözlü, 
Gah divanəvü, gəh məstü, gəh huşyar olubam. 
 
Saqi, gəl canımı al, ver mənə bir cam, aman! 
Yanmışam, təşneyi-bir sağəri-sərşar olubam, 
 
Ta Nəbati olub ol növgülə aşiq, billah, 
Mən də həmnaleyi-bir bülbüli-gülzar olubam. 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə