Nəzakət Əliyeva
48
Məktubda farsca gedən kiçik şeir parçaları
müəllifin lirik, mənalı beytlərindən ibarətdir. Burada
«əhli-dərd»in daxili aləmi, onun məhəbbətindəki
uğursuzluğu,
məşuqəsindən
gileyi,
ayrılıqdan
şikayətləri məcazi ifadələrlə təsvir edilmişdir.
Məktubda bir neçə bədii, mənalı təşbehə (gözdən
tökülən yaşın səfərə çıxanın ardınca atılan suya,
ayrılığın gecəyə, vüsalın gündüzə oxşadılması),
cinaslara (məni eşqin oduna yandırdın, çünki gördün
yan durdun) və s. məcazi ifadə vasitələrinə rast gəlirik.
Ey nəzakət çəməni içrə xuraman, Süsəni,
Xubluq kişvərinin təxtinə sultan, Süsəni.
1
mətləsi ilə başlanan müxəmməsində demək olar ki,
bütün misraları məcazi ifadələrdən, təbii təşbeh və
istiarələrdən ibarətdir.
Hərəkatü-rəvişin qıldı səhi-sərvini pəst,
Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,
Laiəni dağə salıb ruyin edib badəpərəst
Ey könül, qaş-goz aradə nə gəzirsən belə məst?
Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni?
1 Mirzə Şəfı Vazch. Bakı, «Kommunist» qozeti nəşriyyaiı, 1926. səh. 20.
2 Yenə orada, «Kommunist» qəzeti (1926).
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
49
AVROPADA MĠRZƏ ġƏFĠ VAZEHĠ FRĠDRĠX
BODENġTEDT TANITMIġDIR
Tarixi özümüz yaradırıq, çox vaxt yazan
başqaları olur.
FRĠDRĠX BODENġTEDT
Nəzakət Əliyeva
50
İstirahət günü idi: Günəş bir adam boyu
qalxmışdı. Mirzə Şəfi də sübhdən oyanmışdı. Evinin
qarşısındakı balaca bağçada gəzir, ağaclara qulluq edir,
əlindəki bellə güllərin dibini yumşaldırdı. Əhvalı xoş
görünürdii. Bağçada on-dan başqa heç kim yox idi. O,
tənhalığa öyrən-mişdi. Sərv ağacına daha çox diqqət
yetirirdi. Başı o qədər qarışmışdı ki, küçə qapısının
açıldığını hiss etmədi. Gələn almaniyalı Fridrix
Bodenştedt idi. O, bir gün əvvəl Mirzə Şəfinin yanına
gəlməyə razılıq alıb ünvanını götürmüşdü. Mirzə Şəfi
hənirti duyub arxaya baxanda Fridrixi gördü. O Şəfiyə
yaxınlaşıb salam verib kefini soruşdu.
- Kefim yaxşıdır, adətim belədir, həmişə gün
çırtanda yuxudan qalxıram. Bu məndə vərdişə
çevrilibdir. Kişi erkən qalxmalıdır...
- Böyük ustad, bunların hamısı xoşdur. Özünüzün
səhhətinizə fikir verin.
-Allahın işinə heç kəs qarışa bilməz. Onun özü
bilən yaxşıdır. Bir də ki, a Fridrix ömrüm harada
qırılar-qırılsın. Ağlayanım da olmayacaq.
-Ustad, elə demə, sən böyük adamsan. Dünən
mənə verdiyin şeirləri gecə oxuduqdan sonra dedim -
İlahi, sənə çox şükür! Şərqin Hafizi Qafqazda
dirilibdir. Sənin şeirlərində həyat qaynayır, məhəbbətə
tutulmuş insan Allaha qovuşmağa can atır.
Şeirlərindəki ilahilik sənin şəxsiyyət olmağının
təsdiqidir. Bəs, bu ağaca niyə bu qədər diqqətlə
baxırsan, axı, o meyvəsizdir...
- Elə ona görə vurulmuşam, - deyə Şəfi
gülümsədi.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
51
-Meyvəsiz ağacamı?
- Bəli, çünki mənimlə bu ağac arasında fərq
yoxdur. Taleyimə belə yazılıbdır. Taledən qaçmaq
olmaz. Yenə də Allah bilən yaxşıdır. Bu nə ağacdır
tanıyırsanmı?
Fridrix çiyinlərini çəkdi.
-Buna Sərv deyirlər.
-Sərv olsun, bəs, niyə buna belə şövqlə baxırsan?
-Sərv-azadlıq ağacıdır. Şərq şerində bu ağac
gözəlin qamətilə qiyas edilir. Budaqları qoesentrik
deyil, heliosentrikdir-göyə baxır, yüksəkliyə can atır.
Mən də azadlıq aşiqiyəm...
Mən xeyli fikirləşdim. İlahi, ustadım nə dərin
təfəkkür sahibidir.
-Fridrix, nə yaxşı gəldin. Bu gün tək qalmaq
istəmirəm. Dünya təkliyi sevmir. Allah da tək adama
baxmır, işini düzəltmir.
O, deyəsən axırıncı sözü başa düşmədi. Necə yəni
Allah da tək adamı sevmir. Ustad nə demək istəyir,
nəzərdə nəyi tutur? – deyə fikirləşdi. Nəhayət,
utancaqlığı kənara atıb soruşdu:
-Ey müdrik, ey Şərqin məhəbbət rəmzi, axırıncı
söz Allaha asilik deyilmi?...Allah təkliyi sevmir?
-Necə ola bilər özü tək olan təkliyi sevməsin?
O gülümsədi, başını yuxarı qaldırdı, papağını
götürüb əlinin içi ilə başının tərini sildi. Gözlərini
ənginliklərə zillədi. «Allaha qovuşmağa can atıram,
məni dindirmə» - dedi.
Mən daha üz vurmadım, daxili aləmimə qapılıb
qaldım. Tənhalıqdan darıxdım. Başımı çiynimə qoyan
Nəzakət Əliyeva
52
Sərv ağacının saçlarını tumarlamaqla vaxtımı öldürmək
istədim. O mənim sərvi kobudluqla tumarladığımı
görüb həyəcanlandı.
-Ehtiyatlı ol! «Qızın» qəlbini sındırarsan, o, çox
kövrəkdir, canlıdır, eşidir. Görmürsən, başını göylərə
necə şax qaldırıbdı? O, Allahın dərgahına can atır. Pak
olmaq üçün saçlarını səhər nəsiminə daratmışdır.
Həyatda ən çox sevdiyim bu ağac paklıq və gözəllik
rəmzidir. Meyvəli ağaclarda paklıq yoxdur, çünki
onlara çoxlu napak əllər toxunur. İndi deyərsən ki,
«barsız ağacı kəsərlər». Baxır hansı ağacı.
Mən onunla mübahisəyə girməyi özümün
məğlubiyyətim bildiyim üçün əvvəlki fikrimi ortaya
atdım.
-Allah təkliyi sevmir?
-Bəli, sevmir.
-Tək adam nəsil vermir. Allah isə dünyanı insan
üçün yaratmışdır. Allah təkliyin tərəfdarı olsaydı, baba
Adəm ilə Həvva nənəni cənnətdən qoşa çıxarmazdı,
dünyanı su basanda Nuh peyğəmbər gəmiyə canlıları
cüt götürməzdi.
-Bəs, şeytan? - deyə Bibliyadan yadımda qalan
bir əhvalatı ortaya atdım. O buna bənd imiş kimi
şeytana lənət oxudu. Bibliyadakı əhvalatı belə xatırladı:
-Böyük Allah yaratdıqlarını şeytana uyduqlarına
görə cənnətdən qovduqdan sonra, İblisin oğlu Xənnas
onlara nökər göndərildi. Xənnas ulu babamızla, ulu
nənəmizə qulluq edirmiş. Lakin onları lap təngə
gətirmişdi. Yer üzünün ilk ər-arvadı qərara gəlirlər ki,
Xənnası da özləri ilə birlikdə dərya kənarına aparsınlar
Dostları ilə paylaş: |