MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə12/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

    Nəzakət Əliyeva 
 
 
48 
Məktubda  farsca  gedən  kiçik  şeir  parçaları 
müəllifin  lirik,  mənalı  beytlərindən  ibarətdir.  Burada 
«əhli-dərd»in  daxili  aləmi,  onun  məhəbbətindəki 
uğursuzluğu, 
məşuqəsindən 
gileyi, 
ayrılıqdan 
şikayətləri  məcazi  ifadələrlə  təsvir  edilmişdir. 
Məktubda  bir  neçə  bədii,  mənalı    təşbehə    (gözdən  
tökülən  yaşın    səfərə  çıxanın  ardınca  atılan  suya, 
ayrılığın  gecəyə,  vüsalın  gündüzə  oxşadılması), 
cinaslara  (məni  eşqin  oduna  yandırdın,  çünki  gördün 
yan durdun) və s. məcazi ifadə vasitələrinə rast gəlirik. 
 
Ey nəzakət çəməni içrə xuraman, Süsəni,  
Xubluq kişvərinin təxtinə sultan, Süsəni.

 
mətləsi  ilə  başlanan  müxəmməsində  demək  olar  ki, 
bütün  misraları  məcazi  ifadələrdən,  təbii  təşbeh  və 
istiarələrdən ibarətdir. 
 
Hərəkatü-rəvişin qıldı səhi-sərvini pəst, 
Sünbülə türreyi-zülfün şikəni verdi şikəst
Laiəni dağə salıb ruyin edib badəpərəst  
Ey könül, qaş-goz aradə nə gəzirsən belə məst? 
Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni? 
 
 
 
 
1 Mirzə Şəfı Vazch. Bakı, «Kommunist» qozeti nəşriyyaiı, 1926. səh. 20. 
2 Yenə orada, «Kommunist» qəzeti (1926). 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
49 
AVROPADA MĠRZƏ  ġƏFĠ  VAZEHĠ FRĠDRĠX  
BODENġTEDT TANITMIġDIR 
 
Tarixi özümüz yaradırıq, çox vaxt yazan 
başqaları olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FRĠDRĠX  BODENġTEDT 


    Nəzakət Əliyeva 
 
 
50 
İstirahət  günü  idi:  Günəş  bir  adam  boyu 
qalxmışdı.  Mirzə  Şəfi  də  sübhdən  oyanmışdı.  Evinin 
qarşısındakı balaca bağçada gəzir, ağaclara qulluq edir, 
əlindəki  bellə  güllərin  dibini  yumşaldırdı.  Əhvalı  xoş 
görünürdii. Bağçada on-dan başqa heç kim yox idi. O, 
tənhalığa  öyrən-mişdi.  Sərv  ağacına  daha  çox  diqqət 
yetirirdi.  Başı  o  qədər  qarışmışdı  ki,  küçə  qapısının 
açıldığını  hiss  etmədi.  Gələn  almaniyalı  Fridrix 
Bodenştedt idi. O, bir gün  əvvəl Mirzə Şəfinin yanına 
gəlməyə  razılıq  alıb  ünvanını  götürmüşdü.  Mirzə  Şəfi 
hənirti duyub arxaya baxanda Fridrixi gördü. O Şəfiyə 
yaxınlaşıb salam verib kefini soruşdu.  
-  Kefim  yaxşıdır,  adətim  belədir,  həmişə  gün 
çırtanda  yuxudan  qalxıram.  Bu  məndə  vərdişə 
çevrilibdir. Kişi erkən qalxmalıdır... 
- Böyük ustad, bunların hamısı xoşdur. Özünüzün 
səhhətinizə fikir verin. 
-Allahın  işinə  heç  kəs  qarışa  bilməz.  Onun  özü 
bilən  yaxşıdır.  Bir  də  ki,  a  Fridrix  ömrüm  harada 
qırılar-qırılsın. Ağlayanım da olmayacaq. 
-Ustad,  elə  demə,  sən  böyük  adamsan.  Dünən 
mənə  verdiyin  şeirləri  gecə  oxuduqdan  sonra  dedim  - 
İlahi,  sənə  çox  şükür!  Şərqin  Hafizi  Qafqazda 
dirilibdir.  Sənin  şeirlərində  həyat  qaynayır,  məhəbbətə 
tutulmuş  insan  Allaha  qovuşmağa  can  atır. 
Şeirlərindəki  ilahilik  sənin  şəxsiyyət  olmağının 
təsdiqidir.  Bəs,  bu  ağaca  niyə  bu  qədər  diqqətlə 
baxırsan, axı, o meyvəsizdir... 
-  Elə  ona  görə  vurulmuşam,  -  deyə  Şəfi 
gülümsədi. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
51 
-Meyvəsiz ağacamı? 
-  Bəli,  çünki  mənimlə  bu  ağac  arasında  fərq 
yoxdur.  Taleyimə  belə  yazılıbdır.  Taledən  qaçmaq 
olmaz.  Yenə  də  Allah  bilən  yaxşıdır.  Bu  nə  ağacdır 
tanıyırsanmı? 
Fridrix çiyinlərini çəkdi. 
-Buna Sərv deyirlər. 
-Sərv olsun, bəs, niyə buna belə şövqlə baxırsan? 
-Sərv-azadlıq  ağacıdır.  Şərq  şerində  bu  ağac 
gözəlin  qamətilə  qiyas  edilir.  Budaqları  qoesentrik 
deyil,  heliosentrikdir-göyə  baxır,  yüksəkliyə  can  atır. 
Mən də azadlıq aşiqiyəm...  
Mən  xeyli  fikirləşdim.  İlahi,  ustadım  nə  dərin 
təfəkkür sahibidir. 
-Fridrix,  nə  yaxşı  gəldin.  Bu  gün  tək  qalmaq 
istəmirəm.  Dünya  təkliyi  sevmir.  Allah  da  tək  adama 
baxmır, işini düzəltmir. 
O, deyəsən axırıncı sözü başa düşmədi. Necə yəni 
Allah  da  tək  adamı  sevmir.  Ustad  nə  demək  istəyir, 
nəzərdə  nəyi  tutur?  –  deyə  fikirləşdi.  Nəhayət, 
utancaqlığı kənara atıb soruşdu: 
-Ey  müdrik,  ey  Şərqin  məhəbbət  rəmzi,  axırıncı 
söz Allaha asilik deyilmi?...Allah təkliyi sevmir? 
 -Necə ola bilər özü tək olan təkliyi sevməsin? 
O  gülümsədi,  başını  yuxarı  qaldırdı,  papağını 
götürüb  əlinin  içi  ilə  başının  tərini  sildi.  Gözlərini 
ənginliklərə  zillədi.  «Allaha  qovuşmağa  can  atıram, 
məni dindirmə» - dedi. 
Mən  daha  üz  vurmadım,  daxili  aləmimə  qapılıb 
qaldım.  Tənhalıqdan  darıxdım.  Başımı  çiynimə  qoyan 


    Nəzakət Əliyeva 
 
 
52 
Sərv ağacının saçlarını tumarlamaqla vaxtımı öldürmək 
istədim.  O  mənim  sərvi  kobudluqla  tumarladığımı 
görüb həyəcanlandı. 
-Ehtiyatlı  ol!  «Qızın»  qəlbini  sındırarsan,  o,  çox 
kövrəkdir,  canlıdır,  eşidir.  Görmürsən,  başını  göylərə 
necə şax qaldırıbdı? O, Allahın dərgahına can atır. Pak 
olmaq  üçün  saçlarını  səhər  nəsiminə  daratmışdır. 
Həyatda  ən  çox  sevdiyim  bu  ağac  paklıq  və  gözəllik 
rəmzidir.  Meyvəli  ağaclarda  paklıq  yoxdur,  çünki 
onlara  çoxlu  napak  əllər  toxunur.  İndi  deyərsən  ki, 
«barsız ağacı kəsərlər». Baxır hansı ağacı. 
Mən  onunla  mübahisəyə  girməyi  özümün 
məğlubiyyətim  bildiyim    üçün  əvvəlki  fikrimi  ortaya 
atdım. 
-Allah təkliyi sevmir? 
-Bəli, sevmir. 
-Tək  adam  nəsil  vermir.  Allah  isə  dünyanı  insan 
üçün yaratmışdır. Allah təkliyin tərəfdarı olsaydı, baba 
Adəm    ilə  Həvva  nənəni  cənnətdən  qoşa  çıxarmazdı, 
dünyanı  su  basanda  Nuh  peyğəmbər  gəmiyə  canlıları 
cüt götürməzdi. 
 
-Bəs,  şeytan?  -  deyə  Bibliyadan  yadımda  qalan 
bir  əhvalatı  ortaya  atdım.  O  buna  bənd  imiş  kimi 
şeytana lənət oxudu. Bibliyadakı əhvalatı belə xatırladı: 
-Böyük  Allah  yaratdıqlarını  şeytana  uyduqlarına 
görə  cənnətdən  qovduqdan  sonra,  İblisin  oğlu  Xənnas 
onlara  nökər  göndərildi.  Xənnas  ulu  babamızla,  ulu 
nənəmizə  qulluq  edirmiş.  Lakin  onları  lap  təngə 
gətirmişdi.  Yer  üzünün  ilk  ər-arvadı  qərara  gəlirlər  ki, 
Xənnası da özləri ilə birlikdə dərya kənarına aparsınlar 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə