MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə15/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

    Nəzakət Əliyeva 
 
 
62 
gözəlliyi  «Yusif  və  Züleyxa»  dastanındakı  Züleyxanı 
xatırladırdı: 
 
Hüsn idi Yusifi eyləyən şöhreyi - cahan,  
Eşq idi artıran o Züleyxa məhəbbətin
Hüsn ilə eşq olmasa, hasil nə dəhrdən,  
Bieşq kimsə anlamayıb sirri-xilqətin. 
 
xxx xxx  
xxx 
Dünyaya  nikbin  bir  gözlə  baxan,  həyatın 
nemətlərini  ancaq  bu  dünyada  axtaran  Vazeh  nə 
ınövhum  Behişti  arzulayır,  nə  də  cəhənnəm  qəmini 
çəkir.  "cəhənnəm,  cənnət,  huri,  mələk,  qılman  onun 
nəzərində  ancaq  əfsanədir.  Behişt  üçün  Allaha  ibadət 
edən  -müfti  və  dindarları  o,  «riyakar»,  məscidi 
«viranə»,  orada  minbər  üstündə  avam  camaata  vəz 
oxuyan  müfti  və  vaizləri  isə  fırıldaqçı  adlandırır; 
meyxanəni  məscidə,  Kəbəyə  qarşı  qoyur.  Əslində  bu 
meyxanə  şərab  içilən  yer  deyil,  Allahın  yaratdığı 
insanın mənəvi aləmidir ki, orada Allaha itaət əsas yer 
tutur.  M.Ş.Vazeh  heç  bir  şeirində  yaradandan  əlini 
üzmür. 
Allah 
böyükdür, 
hər 
şeyi  görən  və 
bağışlayandır.  Yalanı  müfti  və  vaizləri  müqəddəs 
məscidlərdə  görmək  istəmir.  Cəhənnəm  xofu  ilə 
cənnətə  bilet satan müfti  haqqında deyir: 
 
Xəsisliklə vurub ömrünü başa, 
O dünyada cənnət axtarır nadan. 
Bizi cəhənnəmlə qorxudur müfti


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
63 
Qorxmaz boş sözlərdən ağıllı insan. 
Müftinin nə qədər olsa əfsunu, 
Uymaz Mirzə Şəfi ona heç zaman. 
 
         xxx xxx 
Cənnət qapıları günün birində
Mömün bəndələrə açılan zaman, 
Günahlı, günahsız...hamı yerində, 
Gözləyər qəlbində şübhəylə güman. 
 
          xxx xxx 
Bütün günahkarlar içində tək mən
Dayanıb dururam qara-qorxusuz. 
Cənnət qapısını bu dünyada sən, 
       Açmısan üzümə, ey nazəndə qız. 
                          xxx xxx 
Düzlüklə alçaqlar çarpışan zaman, 
Alçaqlar nədənsə qazanır hər an. 
Çünki alçaqlarçün ən alçaq işlər, 
Alçaqlıq deyildir, hünərdir, hünər. 
 
 
 
 
 
 


    Nəzakət Əliyeva 
 
 
64 
AZƏRBAYCAN LƏHCƏSİNDƏ TATAR 
MÜNTƏXƏBATINA ERMƏNİ XƏYANƏTİ 
Azərbaycan 
xalqının  mədəniyyəti  tarixində 
ədəbiyyat dərsliklərindən söhbət gedərkən tədqiqatçılar 
Mirzə  Şəfi  Vazehlə  İvan  Qriqoryevin  birlikdə  tərtib 
etdikləri,  birincinin  ölümündən  sonra  1855-ci  ildə 
Təbrizdə  çap  olunan  230  səhifəlik  «Kitabi  türki» 
dərsliyinin  öz  dövrü  üçün  əhəmiyyətli  metodik  vəsait  
olduğunu qeyd edirlər. 
Bu  kitab  rus  dilinə  «Tatarskaya  xrestomatiya 
azerbeydjanskoqo 
nareçiya» 
adı 
ilə 
tərcümə 
olunmuşdur.  Pedaqogika  tarixində  də  bu  dərslikdən 
danışılır.  Professor  A.Abdullayev  bu  dərsliyin  bədii 
materiallarını  məzmunlarına  görə  üç  yerə  bölür. 
İnqilabadək  çap  olunan  ədəbiyyat  dərsliklərini  tədqiq 
edən  tanınmış  alimlərimizdən,  professor  Camal 
Əhmədov da bu dərsliyin Təbriz nəşrindən danışır. Bu 
sahədə  geniş  tədqiqat  aparan  Əli  Əjdər  Səidzadə 
«Mirzə  Şəfi  Vazeh»  (1969)  adlı  kitabında  yazır  ki, 
Qafqazda 
bu 
dərsliyin 
birinci 
hissəsindən 
gimnaziyaların  yuxarı,  ikinci  hissəsindən  aşağı 
siniflərində  və  qəza  məktəblərində  istifadə  olunması 
nəzərdə  tutulmuşdur.  Bütün  bunlara  baxmayaraq, 
indiyədək  heç  bir  tədqiqatçı  bu  «Müntəxəbat”ın  necə, 
nə cür, nə kimi  şəraitdə, necə bir şəkildə, hansı maddi 
vəsaitlə,  kimin,  hansı  idarənin  hesabına  və  icazəsi  ilə 
çap olunması, təkrar nəşrinə göstərilən cəhdin nəticəsiz 
qalması  barədə  məlumat  verməmişdir.  Bu  əziyyət 
dərsliyin  zəhmətini  çəkənlərin  qiymətləndirilməməsi 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
65 
təsirini 
bağışlayır.  Lakin  xalq  müşaviri  Dm. 
Kobyakovun  redaktorluğu  və  sədrliyi  ilə  1888-ci  ildə 
Tiflisdə  çıxan  Qafqaz  Arxeologiya  Komissiyası 
aktlarının  1-ci  nömrəsinin  793-cü  bəndində  (səh.  756-
757)  Qafqaz  Tədris  Dairəsinin  müdiri,  həqiqi  mülki 
müşavir  baron  A.Nikolain  general-leytenant  Vasili 
Osipoviç 
Bebutovun  sorğusuna  cavab  olaraq 
göndərdiyi  4  yanvar  1856-cı  il  tarixli  8  nömrəli  izahlı 
raportu  bu  dərsliyin  necə  bir  çətinliklə  nəşr  edildiyini, 
İ.Qriqoriyevin  bu  sahədəki  fədakarlığını  aydınlaşdırır. 
Dünənə  kimi  araşdırıcıların  nəzərindən  yayınan  bu 
raportdan aydın olur ki, Qafqaz tədris dairəsinin müdiri 
hələ 
Mirzə 
Şəfinin 
sağlığında 
“Tatarskaya 
xrestomatiya...”nın  nəşri  üçün  Qafqazın  canişini 
general  M.S.Voronsova  göndərdiyi  2649  nömrəli 
təqdimatla  müraciət  etmiş,  o  da,  30  iyul  1852-ci  il 
tarixdə  həmin  təqdimatın  üstünə  özünün  razılığını 
yazmış,  dərsliyin  çapı  üçün  dərc  ediləcək  vəsaitin 
haradan  götürülməsini  də  qeyd  etmişdir.  Bu  barədə 
baron  A.N.Nikolain  knyaz  V.O.Bebutova  göndərdiyi 
raportunda yazır ki, «O zaman mənim təqdimatıma və 
xahişimə  əsasən  Qafqazın  sabiq  canişini  (M.S. 
Voronsov  -S.Ş)  Tiflis  gimnaziyası  müəllimlərindən 
Mirzə  Şəfi  Sadıqovun  və  İv.  Qriqoriyevin  Qafqaz 
Tədris Dairəsi məktəbləri üçün Azərbaycan ləhcəsində 
(nareçya)  tərtib  etdikləri  «Tatarska-ya  xrestomatiya...» 
kitabının  daş  basması  üsulu  ilə  çap  olunmasına  razılıq 
vermişdir.  Bu  dərsliyi  çap  etdirmək  üçün  İv. 
Qriqoryevə  dairənin-mahalın  qənaət  edib  yığdığı 
puldan  700  manat  məbləğində  borc  verilmişdir;  bu 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə