MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə16/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

    Nəzakət Əliyeva 
 
 
66 
şərtlə  ki,  dərslik  Xalq  Maarif  Nazirliyində  bəyənilmiş 
olsun...  Borc  alınan  pul  çap  olunmuş  müntəxəbat 
satıldıqdan sonra qaytarılmalı idi, həm də tədris dairəsi 
rəhbərliyinə  tapşırılmışdır  ki,  kitab  çapdan  çıxdıqdan 
sonra  bütövlükdə  mahalın  gimnaziyalarında,  eləcə  də 
qəza  məktəblərində  istifadə  olunmalıdır.  Raportdan 
aydın  olur  ki,  İv.  Qriqoryev  dərsliyi  əvvəlcə  Tiflisdə 
çap  etdirmək  istəmiş,  lakin  «şikəstə»,  «nəsx»,  «təliq» 
xətti  ilə  yazıldığına  görə  «Müntəxəbat»ın  Tiflis 
mətbəəsində  çox  xərc  aparacağını  nəzərə  alan  müəllif 
onu  (Ə.Ə.Səidzadə  yazır  ki,  bir  iranlı  tacirin 
vasitəçiliyi  ilə  (mənbə  göstərilmir  və  biz  də  belə  bir 
mənbəyə  rast  gəlməmişik  -  N.Ə.)  Təbrizdə  çap 
etdirmək  məcburiyyəti  qarşısında  qalmışdır.  Beləliklə, 
«Azərbaycan 
ləhcəsində 
müfəssəl 
müntəxəbat» 
«müfəssəl müntəxəbat:  iqtibas» adlı iki hissədən ibarət 
olan «Azərbaycan ləhcəsində tatar (Azərbaycan- N.Ə.) 
Müntəxəbatı»  Təbrizdə  çox  səliqəsiz  və  savadsız  çap 
olunmuşdur.  Professor  Mirzə  Kazım  bəy  və 
L.Z.Budaqovun  rəyinə  görə  bunun  əsas  səbəbi  İv. 
Qriqoryevin  özünün  dərsliyin  nəşrində  iştirak  edə 
bilməməsi olmuşdur. Ona o zaman icazə verməmişdilər 
ki,  Təbrizə  getsin  və  kitabın  nəşrinə  rəhbərlik  etsin. 
Buna,  yəni  kitabın  nəşrinə  rəhbərlik  etmək  üçün  bir 
müddət  Təbrizdə  qalmağa  İvan  Qriqoryevin  pulu  yox 
idi.  Məhz  buna  görə  də  sahibsiz  qalan  sifarişin  nəşri 
dörd  ilə  yaxın  (1852-1855)  bir  müddət  də  heç  bir 
mətbəə  mədəniyyətinə  riayət  edilməmiş  və  çox 
keyfiyyətsiz  çap  olunmuşdur.  Bunu  raportun  bu 
aşağıdakı sözləri tamamilə təsdiqləyir və yəqin olur ki, 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
67 
Təbrizdə  çap  olunan  «Müntəxəbat...»ın  sətirləri,  bəzi 
abzasları  baş-ayaq,  əyri-üyrü  basılmış  və  çoxlu  hərfi 
səhvə  yol  verilmişdir.  Bunlar  təshih  edilib  qaydaya 
salındıqdan,  bəzi  abzaslardakı  sözlərin  lüğəti 
verildikdən  sonra  bu  dəfə  Tiflis  mətbəəsində  (bəzi 
bölmələr-  N.Ə.)  çap  edilmiş  və  məktəblərdə  istifadə 
olunması  münasib  sayılmışdır.  Bundan  başqa  İvan 
Qriqoryev  «Rus-tatar  lüğəti»ni  də    hazırlamış,  çap 
etdirmək  fikrindədir.  Bunun  üçün  ona  yenidən  700 
manat  borc  verilməli  və  lüğət  «Müntəxəbat»a  əlavə 
edilməlidir  ki,  bəzi  ifadələrin  mənasını  başa  düşmək 
çətinlik  törətməsin.  Həmin  dərsliyi  İvan  Qriqoryev 
Qafqaz  Tədris  Dairəsi  məktəblərində  hər  nüsxəsini  60 
qəpiyə  satmağı  öhdəsinə  götürmüşdür.  Lakin  indi 
«Müntəxəbat»a  lüğət  əlavə  edildiyi  üçün  onun  hər  bir 
nüsxəsinin qiyməti 80 qəpiyə qaldırılmışdır. 
Məmnuniyyətlə 
nəzərinizə 
çatdırıram 
ki, 
«Tatarskaya 
xrestomatiya 
aderbeydjanskoqo 
nareçiya»nın  bir  nüsxəsini  Sizə  göndərməyi  özümə 
şərəf bilir və xahiş edirəm bu barədə öz fikrinizi Xalq 
Maarif  Nazirinə  bildirəsiniz  və  «Müntəxəbat»ın 
baxılmasına sərəncam verəsiniz. Bir də onu bildirməyi 
özümə  şərəf  sayıram  ki,  hal-hazırda  tatar  dilini 
öyrənməkdə  İv.  Qriqoryevin  kitabına  («Kniqa  dlya 
çteniya İv. Qriqoryeva» -səh. 757) oxşar-bənzər başqa 
bir vəsaitin  yoxluğu,  məni məcbur etmişdir ki, Qafqaz 
Təhsil Dairəsinin tatar dili keçilən məktəblərində onun 
«Kniqa
 
dlya çteniya» sından (Bu raportda «Tatarskaya 
xrestomatiya  aderbeydjanskoqo  nareçiya»,  həm  də 
«Kniqa  dlya  çteniya»  kimi  yazılmışdır-  N.Ə.)  istifadə 


    Nəzakət Əliyeva 
 
 
68 
olunmasını  təklif  edim.  «Bununla  əlaqədar  olaraq 
demək  lazımdır  ki,  o  zaman  Azərbaycan  dilinin 
tədrisinə,  ədəbiyyatının  öyrədilməsinə  («Kniqa  dlya 
çteniya»nın adından da məlum olur ki, buraya toplanan 
materiallar,bədii  əsərlər  olmuş  və  əgər  belə  demək 
mümkündürsə»  bu  ilk  ədəbi  məcmuədir,  buna  görə  də 
xüsusi  diqqət  verildi  və  bunu  Qafqaz  Arxeologiya 
Komissiyası  Aktlarının  1881-ci  ildə  çıxan  8-ci 
cildindəki  1834-cü  ilin  fevral  ayının  8-də  Xalq  Maarif 
Nazirinin  gizli  müşaviri  S.S.Uvarovun  göndərdiyi  64 
nömrəli  məktubun  bu  sözləri  də  təsdiqləyir:  «Yerli 
dilləri,  xüsusən,  Aderbeydjan  dilini  yaxşı  öyrənən 
şagirdlər-rus  uşaqları  təriflənilsin,  məktəbin  pedaqoji 
şurası  lazım  bilsə,  belə  şagirdlər  qızıl  və  gümüş 
medallarla  təltif  edilsinlər»  (səh,  99).  Bu  göstəriş  və 
tapşırıq  hər  şeydən  əvvəl  əyalətlərdə  idarəçilik 
sistemini  nizamlayıb  möhkəmləndirməklə  bağlı  idi  və 
o  illərdə,  Azərbaycan  dili  Qafqaz  xalqlarının  əsas 
ünsiyyət  vasitəsi  sayılırdı.  Yazılan  dərsliklər  də  məhz 
bu  məqsədə  xidmət  etmək  vəzifəsini  daşıyırdı.  Rus 
məktəblərində  Azərbaycan  dili  və  ədəbiyyatının 
öyrənilməsinə  verilən  belə  diqqət,  göründüyü  kimi 
siyasi  məzmundan xali  deyildir. Həqiqi  mülki  müşavir 
baron  A.N.Nikolainin  raportunda  göstərilir  ki,  Xalq 
Maarif  Naziri  litoqraf  üsulu  ilə  çıxan  «Tatarskaya 
xrestoınatiya»  kitabın  özünün  xüsusi  məktubu  ilə 
Peterburqa  universitetin  Şərq  dilləri  fakültəsinə  rəyə 
göndərmişdir.  Fakültədə  baxıb  qərar  vermişdilər  ki, 
hazırkı  vəziyyətdə  bu  müntəxəbatı  Azərbaycan  dilini 
və  ədəbiyyatını  öyrənmək  baxımından  kafi  saymaq 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə