MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə24/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

    Nəzakət Əliyeva 
 
 
98 
kimi Mirzə Şəfinin bizə gəlib çatan irsi onun bilavasitə 
özü  tərəfindən  deyil,  ya  F.Bodenşdedtin  alman  dilinə 
tərcümələri,  ya  da  müasirləri  və  dostlarının:  -  Mirzə 
Mehdi  Naci,  Mirzə  Nəsrulla  Nasirin  əlyazmalarından 
götürülmüşdür.  Hər  iki  şəxs  «Divani  hikmət»  ədəbi 
məclisinin  üzvü  olmuş  və  Mirzə  Şəfinin  «Göstərir» 
rədifli bu şeirinə də nəzirə yazmışlar: 
 
Səbzə puş olmuş qədəmin rüxsar- atəşgünülə,  
Museyi-İmrana guya tur şəkilin göstərir.  
 
Vazehin yaxın dostlarından olan Fazil xan Şeyda 
və  Qafqaz  sərdarı  Voronsovun  öz  saatını  açıb  qoluna 
bağladığı Şeyx İbrahim Qüdsi də həmin qəzələ nəzirə 
yazmışdır 
XIX  əsr  Azərbaycan  üçün  uğurlu  olmadı.  Rus 
çarı 
Azərbaycanı  tabeliyinə  bağladı. 
Məmur 
uşaqlarının oxuması üçün 1830-cu ildə Şuşada, 1831-
ci  ildə  Nuxada,  1832-ci  ildə  Bakıda,  1833-cü  ildə 
Gəncədə,  1837-ci  ildə  Şamaxı  və  Naxçıvanda 
məktəblər  açıldı.  Bu  məktəblərdə  azərbaycanlı 
uşaqlarının  oxumasına  da  icazə  verildi.  Əsas  məqsəd 
çar  özünə  sədaqətli,  Azərbaycan  və  rus  dilini 
mükəmməl  bilən  tələbələr  hazırlamaq  idi.  Bu  siyasət 
guya  yerli  əhalini  savadlandırmaq  məqsədi  daşıyırdı. 
Gəncədə  açılan  məktəb  də  bu  siyasətlə  bağlı  idi. 
M.Ş.Vazeh də burada kolleqrafiyadan dərs deyirdi. Bu 
məktəb  onun  dünyagörüşünü  artırır,  təlimin  yeni 
metodlarını  öyrədirdi...  Onu  da  deyək  ki,  M.Ş.Vazeh 
ilk pedaqoji fəaliyyətə məscid mədrəsəsindən başlamış 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
99 
və  burada  M.F.Axundova  dərs  demiş,  onu  yeni 
ideyalara maraq göstərməyə yönəltmişdir. 
Tiflis  gimnaziyasında  Azərbaycan  dilinə  ehtiyac 
yarananda  M.F.Axundov  müəlliminin  Gəncədən 
Tiflisə  çağrılmasını  gimnaziya  direktoruna  məsləhət 
görmüş, gimnaziyanın hesabına ona ev kirələmiş və bu 
vəsait  Maarif  müdiri  Uvarovun  razılığı  ilə  olmuşdur. 
Vazehin  pedaqoji  fəaliyyətinin  ikinci  mərhələsi  Tiflis 
gimnaziyası  ilə  bağlıdır.  O,  burada  İ.İ.Qriqoryevlə 
birlikdə  «Kitabi-türkü»  adlı  dərslik  hazırlamışdır, 
«Divani-hikmət»  ədəb  məclisini  burada  davam 
etdirmişdir.  O,  burada  rus  ədəbiyyatından  Aleksandr 
Veltmanın  (Şərq  poeziyasının  mənəvi  yetginliyi  hiss 
olunurdu) şeirlərini xoşladığı üçün onlardan bəzilərini 
fars  dilinə  tərcümə  etmişdi.  Bu  tərcümələrdən  yalnız 
«Aydın  fəcri  nə  üçün  duman  bürüdü?»  şeirinin 
tərcüməsi bizə gəlib çatmışdır. 
A.Veltmanın  əsərləri  ilə  onun  maraqlanmasının 
səbəbi hər ikisinin dünyagörüşü arasındakı yaxınlıq ilə 
əlaqədar idi. XIX əsrin 40-cı illərində yaşayan rus şairi 
öz  şeirlərində  demokratik  xırda-burjua  ziyalılarının 
əhvali-ruhiyyəsini  tərənnüm  edirdi  ki,  bu  da  xırda 
sənətkar təbəqəsi içərisindən çıxan Mirzə Şəfi Vazehin 
ruhuna uyğun gəlirdi. 
M.Ş.Vazeh  1820-ci  illərdə  Gəncədə  təşkil  etdiyi 
«Divani-hikmət»  (Hikmət  evi)    ədəbi  məclisini 
sonralar Tiflis gimnaziyasında da davam etdirmişdir. 
Tiflisdə  davam  etdirilən  «Divani-hikmət» 
məclisində iştirak edənlərin əksəriyyəti onun şagirdlər 
və  yaxın  dostları  idi.  Gəncə  məclisindən  fərqli  olaraq 


    Nəzakət Əliyeva 
 
 
100 
Tiflisdə  təşkil  olunan  «Divani-hikmət»  beynəlmiləlçi 
idi. 
Burada 
A.A.Bakıxanov, 
İ.İ.Qriqoryev, 
M.F.Axundov,  Mirzə  Yusif,  Vidadi,  Ağa  İsmayıl 
Zəbih,  Fazil  xan  Şeyda,  X.Abovyan,  F.Bodenştedt, 
Mirzə  Mehdi  Zəbih,  İ.İ.Qriqoryev,  Q.Rozen, 
L.Z.Budaqov  kimi  tanınmış  ziyalılar  iştirak  edirdilər. 
Məclisin (bütövlükdə Azərbaycanda fəaliyyət göstərən 
məclislərin  hamısında)  iştirakçılarının  çoxu  M.Füzuli 
və  M.P.Vaqif  ədəbi  məktəblərinə  mənsub  olan 
dünyagörüşləri yetkin insanlar idi. Onların əksəriyyəti 
nəzirə yazsalar da, hər birinin özünəməxsus bədii ifadə 
vasitələri,  sözü  və  bədii  naxışı  olmuşdur.  Vaqif  ədəbi 
məktəbinin nümayəndələri isə, əsasən, qoşma şəklində 
yazmağa meyl göstərmişlər.  
M.Füzuli  ədəbi  məktəbinə  mənsub  olanların 
əsərlərində  dövrandan  şikayət  («Fələklər  yandı 
ahımdan, muradım şəmi yanmazmı») əsas yer tutduğu 
halda  Vaqif  ədəbi  məktəbinin  nümayəndələri  gözəlin 
xarici  görkəmini-gözünü,  qaşını,  təsvir  edir:  «Kür 
qırağını  seyrangah  edən»  telli,  toqqalı  gəlini  behişt 
hurisi adlandırırdı.  
«Divani-hikmət»in 
üzvlərinin  yaradıcılığında 
sevgi  motivləri  ilə  bir  sırada  ictimai  motivlər  də 
güclüdür.  İctimai  motivlərin  güclülüyü  Q.Zakirin 
«Çıxmadı  qurtulaq  dərdi-bəladan,  gündə  bir  zaqonu 
görən  canımız»  sözlərini  yada  salır.  Zakir  gözəllərin 
xaricini  deyil,  mənəvi  aləmini  tərənnüm  edirdi.  Əsl 
gözəllik mənəvi aləmdir. 
«Divani-hikmət» 
məclisinin 
əsas 
xüsu-
siyyətlərindən  biri  yaxşı  şeir  yazmaq  uğrunda  yarış, 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
101 
qızğın  ədəbi  və  fəlsəfi  mübahisələr  gedirdi; 
F.Bodenştedt  yazır  ki,  bu  mübahisələrin  çoxu  Mirzə 
Şəfi Vazehlə Bakıxanov arasında cərəyan edirdi. 
«Divani-hikmət»də ən əvvəl şeir oxunur və sonra 
oxunan  şeir  haqqında  mübahisə  açılırdı  və  bu  şeirlərə 
çox zaman Vazeh qiymət verirdi. Məclisin sədri Mirzə 
Şəfi  Vazehin  özü  idi.  Almaniyada  nəşr  olunan 
F.Bodenşdetdtin  yazdığı  romanda  M.Ş.Vazehin 
məlahətli  səsə  malik  olaması  xüsusilə  vurğulanır. 
“Divani-hikmət” məclisində qəzəllərini məlahətli səslə 
oxuması  dinləyənləri  valeh  etdiyi  qeyd  olunur. 
F.Bodenştedin  “Şərqdə  min  bir”  romanı  Hermann 
Ammon  tərəfindən  yenidən  işlənmiş  bu  roman  1900-
cu  ildə  Berlində  Alman  Ədəbiyyatı  Həvəskarları 
cəmiyyətinin  nəşriyyatında  çap  edilmişdir.  Romanda 
Mirzə  Şəfinin  məlahətli  səsə  malik  olduğu  qeyd 
olunur. 
M.Ş.Vazehin  həyat  və  yaradıcılığı    Avropa, 
Rusiya və Azərbaycan tədqiqatçı-larının diqqətini cəlb 
etmiş,  müxtəlif  ictimai  quruluşlarda  ayrı-ayrı 
tədqiqatçıların  onun  yaradıcılığına  müraciət  etdiyini  
görürük.  Mirzə  Şəfi  uşaqlara  müstəqil    düşünmək  və 
çalışmaq  bacarığı  verən,  yeni  dünyəvi  elmlərin  təlim 
üsullarının  tərəfdarı  idi.  Bu  məsələni  nəzəri  cəhətdən 
həll  etməklə  və  məscid  hücrələrində  islahatlar 
aparılmasının zəruriliyini söyləməklə kifayətlənməmiş 
“Divani-Hikmət” məclisində özünün bir sıra fikirlərini 
əməli  olaraq  həyata  keçirmişdir  (müasirləri  Mirzə 
Fətəliyə,  A.A.Bakıxanova,  F.Bodenştedə    təsiri).  O, 
evində  fərdi  dərs  deməklə  məşğul  olmuşdur.  1840-cı 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə