MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə26/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
107 
Kənd  Təsərrüfatı  İnstitutunda,  Azərbaycan  Sənaye 
İnstitutunda  mühazirələr  oxumuş,  milli  kadrların 
yetişdirilməsinə öz töhfələrini vermişdir. Mehdi Əliyev 
Azərbaycan 
Dövlət 
Universiteti 
yenidən 
bərpa 
olunandan 
(1934) 
sonra 
özünün 
elmi-pedaqoji 
fəaliyyətini  orada  davam  etdirmiş,  1935-ci  ildən 
ömrünün  sonunadək  bütün  elmi-pedaqoji  və  təşkilati 
fəaliyyəti  kiçik  fasilələrlə  doğma  Universitetlə  bağlı 
olmuşdur. 
Böyük  Vətən  müharibəsi  (1941)  başlananda  o 
zaman universitetin rektoru olmuş Cəbrayıl Ələsgərov 
kimi,  fizika-riyaziyyat  fakültəsinin  dekanı  vəzifəsində 
çalışan  Mehdi  Əliyev  də  könüllü  olaraq  cəbhəyə 
yollanmış,  müharibənin  dəhşətlərini  öz  gözləri  ilə 
görmüş,  ön  cəbhədə  vuruşmuş,  düşmən  gülləsinə  tuş 
gələrək  ağır  yaralanmış  və  ordudan  tərxis  olunduqdan 
sonra  Universitetdə  yenidən  elmi-pedaqoji  fəaliyyətə 
başlamışdır. Belə ki, 1944-cü ildə Universitetin fizika-
riyaziyyat  fakültəsinə  yenidən  dekan  seçilən  Mehdi 
Əliyev    müharibənin  ağır  zərbələrinə  məruz  qalmış 
respublikamızda  ali  təhsilin  yenidən  qurulması  və 
inkişafı  yolunda  ömrünün  sonunadək  fədakarcasına 
çalışmış,  nəticədə  Azərbaycanda  ali  təhsil  sisteminin 
əsas qurucularından və görkəmli təşkilatçılarından biri 
kimi,  çağdaş  təhsil  tariximizə  öz  əbədi  imzasını  və 
şərəfli ziyalı adını həkk etdirməyə nail olmuşdur. 
Mükəmməl 
və 
dərin 
biliyi, 
hərtərəfli 
dünyagörüşü  və  ziyalılığı,  peşəkar  müəllim  ustalığı, 
səmərəli təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi-əxlaqi 
keyfıyyətləri,  insansevərliyi  və  vətənpərvərliyi  ilə 


    Nəzakət Əliyeva 
 
 
108 
parlaq və uca şəxsiyyət kimi formalaşan Mehdi Əliyev 
1952-ci  ildə  Azərbaycan  Dövlət  Universitetinin  tədris 
işləri  üzrə  prorektoru  kimi  məsul  vəzifəyə  irəli 
çəkilmiş,  o,  bu  vəzifədə  çalışdığı  on  il  ərzində 
respublikamızda ali təhsilin öncülü və bayraqdarı olan 
universitetdə tədrisin yüksək səviyyədə təşkili, elmi və 
pedaqoji 
işlərin 
bir-biri 
ilə 
peşəkarlıqla 
əlaqələndirilməsi, 
ölkə 
üçün 
yüksəkixtisaslı 
mütəxəssislərin 
yetişdirilməsi 
sahəsində 
böyük 
uğurlara  imza  atmış,  nəticədə  Azərbaycanın  elmi-
pedaqoji,  təhsil  ictimaiyyəti  arasında  sayılıb-seçilən 
şəxsiyyətə, böyük nüfuz sahibinə çevrilmişdir. 
Universitetin tələbələri arasında dolaşan söhbətlər 
məndə  bu  fenomenal  insana  olan  əvvəlki  hörmət  və 
ehtiramımı bir qədər də artırdı. Xoşbəxtlikdən tale elə 
gətirdi ki, uzun illər o zaman respublikada yeganə olan 
universitetdə  tədris  işləri  üzrə  prorektor  işləmiş, 
sonralar  Azərbaycan  Dövlət    Pedaqoji  İnstitutuna 
rektor  təyin  olunmuş  Mehdi  Əliyev  mən  II  kursda 
oxuyanda  yenidən  Bakı  Dövlət  Universitetinə  rektor 
kimi  qayıtdı.  Bundan  sonra  Mehdi  müəllimi  daha 
yaxından  tanımaq  imkanı  qazandım.  Çox  keçmədi  ki, 
Universitet  müəllim  və  tələbələri  arasında  Mehdi 
müəllim  haqqında  dolaşan  miflərin  həqiqət  və 
gerçəklik olduğunu öz gözlərimlə gördüm, öz qəlbimlə 
duydum. 
Açığını  deyim  ki,  Mehdi  müəllimin  dünyasını 
dəyişməsindən 
keçən 
müddətdə 
onunla  yaxın 
ünsiyyətdə  olmuş  insanlarla,  görkəmli  elm  və  təhsil 
xadimləri ilə olan çoxsaylı söhbətlərdə hamıdan bu uca  


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
109 
 


    Nəzakət Əliyeva 
 
 
110 
şəxsiyyət  haqda  yalnız  xoş  sözlər  eşitmişəm.  Mehdi 
müəllim 
haqqında 
gördüklərim, 
eşitdiklərim, 
oxuduqlarım və bildiklərim məndə bu görkəmli təhsil 
fədaisinə  vurğunluğu  daha  da  artırdı,  onu  ideal  bir 
ziyalı, təhsil fədaisi kimi qəbul etməyimə əsas verdi... 
Doğrudur,  bu  gün  haqq  dünyasında  uyuyan 
Mehdi  müəllimi  bizdən  qırx  illik  bir  zaman  kəsiyi 
ayırır. Çoxdan idi ki, Mehdi müəllimin ziyalılığa örnək 
ola  biləcək  ömür  yoluna  yenidən  işıq  tutmaq,  onun 
şərəfli  ziyalı  həyatının  enişli-yoxuşlu  məqamlarını  bir 
daha  yada  salmaq,  65  illik  ömrünün  40  ildən  çoxunu 
yorulmadan,  usanmadan  Vətənimizdə  elmin,  təhsilin 
inkişafına,  milli  kadrların  yetişdirilməsinə  həsr  etmiş 
bu  maarif,  təhsil,  elm  fədaisini  müasir  gəncliyimizə 
yaxından  tanıtmaq  arzusunda  idim.  Son  illərdə 
Azərbaycanın  təhsil  tarixinə  dair  araşdırmalarım 
zamanı  Mehdi  Əliyev  haqqında  əldə  etdiyim  yeni 
faktlar  hazırda  təhsil  ictimaiyyətinin  diqqətinə  təqdim 
olunan bu yazının yaranmasına gətirib çıxartdı... 
Mehdi  müəllim  haqqında  böyük  məmnuniyyətlə 
qələmə  aldığım  bu  kövrək  sətirlər  az  qala  yarım  əsrə 
yaxın  bir  müddətdə  ürəyimin  dərinliyində  yer  almış 
ülvi  hisslərin  təzahürüdür,  görkəmli  elm  və  təhsil 
xadiminə, tanınmış fizik alimə, ömrünü elm və təhsilin 
inkişafı  yolunda  şam  kimi  əritmiş  böyük  Azərbaycan 
ziyalısına,  ölkəmizdə  ali  təhsilin  qurucularından  biri 
olan  uca  şəxsiyyətə  olan  dərin  ehtiramın  ifadəsidir,  - 
desəm mən yalnız həqiqəti etiraf etmiş olardım. 
Hörmətli  oxucu!  Gəlin  bu  böyük  ömür  yolunu 
birlikdə vərəqləyək. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə