Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
111
Mehdi Sadıq oğlu Əliyev 1907-ci il dekabrın 21-
də Azərbaycanın qədim və zəngin mədəniyyət
mərkəzlərindən olan Gəncədə ziyalı ailəsində doğulub.
Əslən qədim Gəncənin əsilzadə ailələsində dünyaya
gələn Mehdi müəllim XIX əsrin sonundan Gəncədə
fəaliyyət göstərməyə başlamış rus-müsəlman (rus-
Azərbaycan) məktəbində və kişi gimnaziyasında
mükəmməl təhsil almışdır.
Mehdi Əliyev 1920-1924-cü illərdə təhsilini ötən
əsrin əvvəllərində Azərbaycanda müəllim kadrları
hazırlayan ilk seminariya kimi yaradılan (1914) və
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)
milliləşdirilən Gəncə Müəllimlər Seminariyasında
davam etdirərək müəllimlik peşəsinə yiyələnmişdir.
Məlumat üçün onu da deməliyəm ki, həmin seminariya
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
böyük şairimiz Məhəmməd Füzuli adına Gəncə
Müəllimlər Seminariyası (Həmin Seminariyanın 1923-
1927-ci
illərdə
direktoru
Kiyev
İmperator
Universitetinin tarix - filologiya fakültəsinin məzunu
(1916) olmuş, Azərbaycanın bir çox ali məktəblərində
müəllim işləmiş, sonralar repressiyaya məruz qalmış
Cavad
bəy
Rəfibəyli (1890- 1956 olmuşdur)
adlandırılmış, Mehdi Əliyev də həmin təhsil
müəssisəsinin beşinci buraxılışından məzun olmuşdur.
Burada o, 1962-ci ildə Mehdi Əliyevin elm, təhsil və
idarəçilik sahəsindəki zəngin təcrübəsi və yüksək
peşəkarlığı, ən başlıcası isə yüksək mənəviyyatlı
ziyalılığı nəzərə alınaraq respublika rəhbərliyi
tərəfindən Azərbaycanın ən
qocaman pedaqoji ali