MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə35/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

    Nəzakət Əliyeva 
 
 
144 
üçün  mən  hər  şeyi  elə  ölçüb-biçməliyəm  ki,  mən 
qazanım. 
Əhməd  xan  bir  dəstə  atlısını  kəbin  hədiyyəsi 
gətirmək 
üçün 
Avariyanın 
paytaxtı 
Xunsaqa 
göndərmişdi,  sonra  isə  o  öz  seçdiyini  vətəninə 
aparacaqdı. 
Gəncədə  hər  iki  şanlı  xanın  qayıtma  şərəfinə 
bayramlar  və  döyüş  oyunları  keçirilməyə  başladı. 
Züleyxanın  arzusu  ilə  xanəndələr  bayramı  da 
keçirilməli idi. Ölkənin bütün xanəndələri buraya dəvət 
olundu  və  hər  kəs  xanımın  şəninə  mahnı  oxumağa 
hazırlaşırdı.  Bilirsən  ki,  belə  bayramlarda  qalib  gələn 
yüksək mükafatlandırılırdı və digər bütün xanəndələrin 
simli alətdəki çalğısını sındırmaq hüququ qazanırdı. 
Mən  əvvəlcədən  bilirdim  ki,  hamıya  qalib 
gələcək,  çünki  məni  ruhlandıran  mənbə  onların  heç 
birində  yox  idi.  Qızıl  gül  açmayan  yerdə  bülbül  necə 
cəh-cəh  vurar?  Məhəbbət  olmayan  yerdə  necə  mahnı 
oxumaq  olar?  Mənim  fikirlərimə  görə  mahnı  bayramı 
mənim taleyimin dönüş günü olacaqdı. Mən öz sirrimə 
bir  ermənini  də  cəlb  etmişdim,  sən  bu  haykların  necə 
bic-hiyləgər  olduğunu  bilirsən?!  O  Şirvan  ölkəsində 
Şamaxıya karvan aparmalı idi və mənə, bir də mənim 
Züleyxama 
bir 
dəvə  hazırlamalı,  paltarlarımızı 
dəyişərək bizi gizli aparmalı idi, kaş mənim planlarım 
uğurla həyata keçəydi. 
Fatma  ilə  artıq  hər  şey  vədələşdirilmişdi,  o 
qiymətli  əşyaları  qablaşdırmış  və  ermənini  razı 
salmalıydı, çünki mahnı bayramı bizim qaçış günümüz 
idi. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
145 
Gecə  yarı  mən  kimsəsiz  bir  yerdə  Fatmanı 
gözləməli  idim;  sonra  isə  fikirləşdiyimiz  küçənin 
sonuna yaxınlaşıb orada gəlib-keçən karvanı gözləməli 
idik. 
Nəhs  gün  başlandı.  Artıq  nə  vaxtdan  bəri  idi  ki, 
mən  özümü  öz  otağımda  yad  kimi  hiss  edirdim,  gah 
rəngi  qaçmış  yanaqlarıma  baxır,  gah  divara,  gah  da 
tünd  rənglənmiş  döşəməyə  saatlarla  zillənib  qalırdım. 
Mənim  üçün  dəqiqə  günə,  gün  isə  ilə  bərabər  gəlirdi. 
Nahar  vaxtı  şad  bir  xəbər  gəldi;  erməni  Akim  gəlib 
xəbər verdi ki, İbrahimxan öz qonağı ilə çölə getmişdir 
və onun silah gəzdirən adamları hamısı xan izləmələri 
idi.  Bu  dəmdə  isə  qadınlar  müğənnilərin  mahnı 
yarışmasına baxıb əylənmək istəyirdilər. Bir görsəydin, 
evin damları xanımlar və qızlarla necə dolurdu. Bütün 
nəzərlər  mahnı bayramı keçiriləcək Züleyxanın evinin 
qarşısına dikilmişdi. 
Çox böyük bir xalça yerə salınmışdı, onun hər iki 
tərəfində  saz  və  çenqir  çalanlar  üçün  yer  düzəldilmiş, 
xanəndələr  isə  növbə  ilə  öz  səslərinin  ahəngini  hər 
tərəfə  yaymalı  idilər.  Gəncənin  ən  gözəl  ağalarından 
biri  əlində  gümüşü  boşqabla  orada  durmalı  və  növbə 
ilə gəlib oturan və qalxan xanəndələrə verməli idi. 
«Boşqab onun nəyinə lazım idi ki, ay Mirzə?». 
«Sən  də  nə  sual  verirsən?  Xanəndəyə  boşqab  nə 
üçün lazım ola bilər, bəlkə sifətinin ifadəsini gizlətmək 
üçünmü?  Yaxud,  o  oxuyanda,  məhəbbətdən  ürəyi 
deşiləndə  və  yanaqları  avazıyanda,  o  öz  simasını 
gözəlliyin gözləri qarşısında göstərə bilərmi? Dövrədə 
iyirmi  xanəndə  var  idi  və  biri  o  birinin  ardınca  çıxış 


    Nəzakət Əliyeva 
 
 
146 
edirdi; mən ən gənc olduğum üçün sonuncu idim. Əgər 
sən məndən soruşsaydın onlar nə oxudular, mən heç nə 
söyləyə  bilməzdim.  Ancaq  mən  oxumağa  başlayanda 
sözlərimin  ahəngindən  ürəyim  lərzəyə  gəlirdi.  Eşit, 
mən nə oxudum: 
 
Nə mavi səma çadırındakı məlaikələr 
Nə ətirli gül tarlasındakı qızıl güllər 
Hətta əbədi günəş işığı belə, 
Müqayisə edilməz mənim Züleyxamla! 
Çünki məlaikələrin sinəsində məhəbbət yoxdur 
Qızılı güllərin isə tikanları çoxdur, 
Və günəş isə öz işığını gecədən gizlədir. 
Buna görə onlar heç biri Züleyxa ilə eyni deyil. 
 
Bütün dünyanı gəzib axtarsan
Züleyxanın simasına bənzər tapılmaz. 
Gözəl, tikansız, əbədi sevdi şəfəqi ilə dolu 
Ancaq onun özünə bənzər olar. 
 
Mahnı sona çatanda mənim ayağımın altına qızıl 
gül  atıldı.  Mən  bayramın  qalibi  çıxdım!...  Ürəyimin 
belə nəşəli anında mən ancaq Züleyxa və özüm haqda 
fikirləşirdim.  Mən  evə  qaçdım  ki,  yol  tədarüklərini 
edim  və  o  qədər  xoşbəxt  idim  ki,  xanəndələrin 
yarışmasını alt-üst etməyimi də unutdum». 
Burada Mirzə uzun müddət fasilə etdi, özünə təzə 
çubuq  (tənbəki)  gətizdirdi  və  sonra  gözlərini  bir 
nöqtəyə  zilləyib  oturdu,  sanki  köhnə  xatirələr  onu 
ağuşuna  almışdı.  O  belə  yarım  saat  tutqun  və  susmuş 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
147 
halda  oturaraq  çubuğunu  sümürürdü,  onun  başı  tüstü 
dumanına qərq olmuşdu. 
Nəhayət,  o  ayağa  qalxdı  və  öz-özünə 
anlaşılmayan  misralar  donquldandı  və  getməyə 
hazırlaşdı. Mən çox çalışdım ki, onu saxlayım və mənə 
əhvalatın gerisini söyləsin. Yalnız çoxlu xahişlər və hər 
növ  suallarla  mən  bu  hekayənin  sonunu  öyrəndim. 
Onun  mənə  söylədiklərini  olduğu  kimi  çatdırıram. 
«Yola  düşmə  gecəyarı  baş  verməli  idi.  Qaçmaq  üçün 
lazımi  əşyalar  erməninin  nəzarətində  idi.  Züleyxa  öz 
yataq otağını Fatimə ilə bölmüşdü və bu da öz hamamı 
ilə digər qadınların otaqlarından ayrı yerləşirdi. 
Fatimə  söz  vermişdi  ki,  məni  müəyyən  saatda 
gizlicə  sevdilimin  otağına  aparsın.  Mən  bu  taleyin 
yazdığı gedişə hazırlaşanda məni çox qəribə bir qorxu 
bürüdü,  ürəyim  bərk  döyünür  və  bədənimin  bütün 
hissələri əsirdi. 
«Mirzə  Şəfi»  -  deyə  mən  öz-özümə  dedim,  «sən 
bu  cür  cəsarətli  başlanğıca  necə  curət  etdin?  Sən 
günahlı  addımlarınla  əl-Siratın  ayrılmış  körpüsünü 
keçib  cənnətə  daxil  olmaq  istəyirsən?  Axı,  bütün 
kainatın müdrikliyi Züleyxanın gözəlliyi qarşısında heç 
nədir!»  Beləcə  danışa-danışa  Fatimənin  mənə  sifariş 
verdiyi yerə gəlib çatdım. 
«Tələs Mİrzə, - dedi - o, «və məni təqib et; artıq 
mənim xanımım yataq otağında oturub gözləyir». 
Mən  Fatiməni  yellənən  addımları  ilə  izlədim  və 
biz nəzərə çaprmadan gözəllik mirvarisinin seyvanına, 
Züleyxanın otağına çatdıq. O utancaq halda oturmuş və 
bədəninin  gənc  üzvlərini  ağ  çadraya  bürümüşdü.  Mən 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə