Nəzakət Əliyeva
136
getdikcə artan maraqdan mənim qulaqlarım onun
ağzına tikilmişdi.
ÜÇÜNCÜ FƏSİL:
Mirzə Şəfi Vazehin məhəbbət hekayəsi
Gəncə ülaməsinin ilk məhəbbəti «Mən Züleyxanı
ilk dəfə görəndən bəri, -deyə Mirzə Şəfi öz hekayəsinə
başladı, - artıq on bir il ötüb, Gəncə xanı İbrahim xanın
qızı.
Onun gözəlliyi haqqında sənə nə deyə bilərəm?
Onun gecə qaranlığı qədər qara, həm də eyni zamanda
bütün səma ulduzları kimi parıldayan gözlərindənmi,
zərifliyindənmi, yoxsa sevimli əllərindənmi, aşağıya
burulmuş əbədiyyət kimi uzun ipək saçlarındanmı,
Hafizin qızıl güllərinin ətrindən xoş ətirli ağzındanmı
danışım!?
Nə qədər desəm də, sən başa düşməyəcəksən,
çünki insan onun qüvvəsindən kənar olan şeyləri
qavramağı bacarmır.
Artıq altı ay idi ki, mən hər gün onu gözlərimlə
izləyirdim, gündüzlər uşaqlıq rəfiqələri ilə evin
damında oturanda, axşamlar isə öz kənizlərini
qarşısında ay işığında rəqs etdirəndə. Mən onunla heç
bir kəlmə də danışmamışdım və hələ bilmirdim ki, o
mənə nəzər yetiribmi. Mən ona yaxınlaşmağa necə
cəsarət edə bilərdim? Necə ki, insan günəşə yaxınlaşa
bilər? Ancaq onun sifətinin parıltısından zövq ala bilər.
Gündüzlər mən həmişə çox böyük ehtiyyatla
hərəkət edirdim. Çünki artıq İbrahim xan mənim onun
qızına məhəbbətli baxışlarımı hiss etmişdi, mənim
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
137
həyatım korlana bilərdi. Axşamlar isə mən arxayın
olurdum, çünki saat 8-dən sonra İbrahim xan onun
otağının astanasına keçmirdi. Ondan sonra mənim
nəğmələrimin alovlu sətirləri hər şeyi sındırırdı; gah
Hafizin, gah da Caminin qəzəlləri.
Ah, sərin külək, öz yerində əs,
hansı ki, sənə məlumdur-
Və o şirin sözü etiraf et.
hansı ki, sənə məlumdur!
Cavabı qalsın, çünki o məni
Ağrıdacaq,
Ancaq o məni xilas edəcək,
Gəl və izhar et,
Nəyi bilirsən!
Adətən mən öz nəğmələrimi oxuyurdum. Mirzə
Şəfiyə borc alınmış bəzək nə gərəkdir? Kimin səsi
mənim səsimdən, kimin nəğmələri mənimkindən gözəl
səslənir?
Nəhayət ki, xanımın nəzərlərinin mənə tərəf
yönəldiyini gördüm. İbrahim xan Sərdarın ordusunda
Moskva düşmənlərinə qarşı mübarizə aparmaq üçün
Tiflisə getmişdi. İndi mən sərbəst baxa bilir və
eşidirdim, mənim səsim və sifətim Züleyxanın
nəzərindən kənarda qala bilməzdi.
Axşamın qaranlığında əbəs yerə iki saat
səbirsizliklə gözləyərək və mahnı oxuyaraq pusquda
durdum. İbrahimin damında qadınlardan heç kəs gözə
dəymirdi, öz otağıma qayıtmaq istəyəndə, üzü ağ
örtüklə örtülmüş, sakit addımlarla gələn bir surət
Nəzakət Əliyeva
138
qarşımda dayandı və bu sözləri dedi: «Ardımca gəl,
Mirzə Şəfi və mən getdiyim yerə diqqət yetir.»
Ürəyim titrəyişli gözləmə ilə çırpındı. «Başım
üstə!»- ağlım özümə gələn kimi bir qədər aralı ehtiyatlı
addımlarla
bu
ağ
örtüklünü
izlədim.
Biz
addımladığımız bu yeganə döngənin sağında dağa
qalxan cığır vardı. Biz bu tərəfə döndük. Tapdığımız
balaca gizli yer bizi insanların marağından qoruyurdu.
Mənim ürəyim bu kənizi kimin göndərdiyini deyirdi».
«Mən güman etdim ki», - deyə, - mən Mirzənin
sözünü kəsdim, bu anda yenə boğazını şərabla
isladırdı, «mən güman etdim ki, onu Züleyxa
göndərmişdir».
O mənim fikrimlə razı olmayan kimi görünürdü.
«Günəş özü yerə enə bilərmi? – deyə başladı, o -
Züleyxa özü məni yanına yuxarı çağırmadan necə tək
qala bilər? Başlanğıc olmadan son gələ bilərmi və ya
günəş çıxmadan gündüz ola bilərmi?».
O bir badə şərabı içəri ötürüb öz hekayəsinə
davam etdi:
«O, mənim sirli yol yoldaşım sükutun möhrünü
vurdu. Mən Fatiməyəm- dedi o Züleyxanın etibarlı
adamı. Mənim sahibəm sizə rəğbətlə baxır. Sənin
səsinin ahəngi onun qulaqlarını şad edir və
mahnılarının mənası isə ürəyini riqqətə gətirir. Mən
sənin yanına ağamın xəbəri olmadan öz istəyimlə
gəlmişəm və istərdim ki, mənim sözlərimdən təsəlli
tapasan, çünki mənim sənə rəğbətim var və sənin ona
olan məhəbbətindən əzab çəkməyin məni incidir».
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
139
Züleyxa öz yazıq kənizinin beləcə qaçmasına
qulaq yumdu? - deyə mən sevincdən və xoşbəxtlikdən
yırğalanaraq qışqırdım.
«Allah min! Allah bir! Minlərin Allahı birdir!
Onun böyüklüyü onun xeyirxahlığındadır və onun
yolları çox gözəldir! Mən nə etmişəm ki, o öz
mərhəmət fırtınasını Züleyxanın əli ilə mənim başıma
tökür və mahnılarının mənbəsini gözəlliklər dənizinə
qərq edir?». «Sən yaxşı edirsən ki, - dedi, - Fatimə, -
Allahın mərhəmətini və mənim hökmdarımın
gözəlliyini vəsf edirsən. O, gözəllik üzüyünün ən
qiymətli qaşıdır, xoşbəxtlik çələnginlə bir mirvaridir.
Onun utancaqlığı, həyası və günahsızlığı gözəlliyindən
böyük olsaydı, çoxdan öz iltifatı haqqında sənə işarə
verərdi. Həm də o, onu incə məhəbbətlə sevən
atasından qorxur, çünki atası heç vaxt ona yazıq bir
Mirzəyə könül verməyə icazə verməz. Avarlı Əhməd
xan indi İbrahim xanla Moskva ordusuna nəzarət
etməyə gedib, onun çoxdan Züleyxada gözü də var və
atası bu hərbi yürüşdən qayıdan kimi qızını ona
verəcək. Ona görə biz çalışmalıyıq ki, Əhməd xan
qayıtmamışdan siz məhəbbətiniz arzu olunan məqsədə
yönəlsin. Sabah axşam münəccim adamları minarədən
ibadətə səsləyəndə, sən evin bağının yanında
görsənərsən, mən Züleyxanın baxışlarının sənə tərəf
yönəltməyə çalışaram, sən onun xoşuna gələn
mahnılardan birini oxusan, yəqin ki, qönçəyə sahib ola
bilərsən».
Fatimə beləcə çox danışdı: «Mən ən vacibini sənə
dedim». Mən üstümdə qiymətli nəyim vardısa, saatımı,
Dostları ilə paylaş: |