MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə2/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   2   3   4   5   6   7   8   9   ...   54

    Nəzakət Əliyeva 
 
 

 
Şəkil1.  Əməkdar  elm  xadimi,  akademik  Fuad 
Yusif  oğlu  Əliyev  və  Gəncə  Dövlət  Universitetinin 
Azərbaycan  və  dünya  ədəbiyyatı  kafedrasının  müdiri, 
dosent Nəzakət Yusif qızı Əliyeva. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 

MİRZƏ ŞƏFİ VAZEHİN HƏYATI 
(1794-1852) 
Mirzə  Şəfi  1794-cü  ildə  Gəncədə  anadan 
olmuşdur.  
Mirzə  Şəfinin  atası  Kərbəlayı  Sadıq  1804-cü  ilə 
qədər  Gəncə  xanının  baş  memarı  olmuşdur.  1804-cü 
ildə Sisyanovun komandanlıq etdiyi çar ordusu Gəncə 
şəhərini  işğal  etdikdən  sonra  Gəncə  xanlığına  son 
qoyuldu.  Bu  xanın  tikinti  işləri  ilə  məşğul  olan 
Kərbəlayı  Sadığı  yeganə  və  son  gəlir  mənbəyindən 
məhrum  etdi,  onun  maddi  vəziyyətinə  ciddi  təsir 
göstərdi. 
Kərbəlayı  Sadığın  iki  oğlu  var  idi.  Böyük 
oğlunun  adı  Əbdül  Əli,  kiçiyinin  isə  Şəfi  idi.  Atası 
Əbdül  Əlini  öz  sənətini  davam  etdirmək    üçün 
şagirdliyə  vermiş,  Şəfini  isə  gələcəkdə  ruhani  rütbəsi 
almaq məqsədi ilə Gəncə mədrəsəsinə qoymuşdur.  
Şəfi  mədrəsədə  ərəb,  fars  dillərini  və  şəriət 
elmlərini öyrənməklə bərabər, o vaxtlar geniş yayılmış 
olan Şərq poeziyası nümunələri  ilə də tanış olur. Şəfi 
hüsnxət dərslərinə də xüsusi maraq göstərir. 
Şəfi  hələ  mədrsədə  oxuduğu  zaman  atası  vəfat 
edir.  Dövrünün  mədəni  adamlarından  olan  Hacı 
Abdullanın  Təbrizdən  Gəncəyə  qayıtması  və  gənc 
Şəfini  öz  himayəsi  altına  alması  gələcək  şairin 
inkişafına mühüm təsir göstərir.  
Gəncənin  molla  və  axundları  Hacı  Abdullaya 
düşmən münasibət bəsləyirdilər. Təlim aldığı mollalara 
qarşı  çox  soyuq  və  etinasız  olan  gənc  Şəfi,  onu 
himayəsinə  götürən  Hacı  Abdullaya  dərin  məhəbbət 


    Nəzakət Əliyeva 
 
 

göstərirdi.  Hacı  Abdulla  isə  gələcək  mütəfəkkir  və 
şairdə  elm  və  mədəniyyətə  böyük  həvəs  oyadırdı. 
Bütün  bunlar  mollaların  diqqətini  cəlb  etməyə 
bilməzdi.  Şəfi,  nəhayət,  bir  gün  gözünü  açıb  özünü 
mədrəsədən kənarda gördü.  
Hacı Abdullanın məsləhəti ilə Şəfi məğlub olmuş 
Cavad  xanın  qızı  Püstə  xanımın  yanında  binagüzarlıq 
və  yazı-pozu  işlərini  idarə  etmək  üçün  qulluğa 
götürülür. Bu zamandan Şəfi Mirzə Şəfi deyə tanınır.  
1826-cı  ildə  İranla  Rusiya  arasında  müharibə 
başlayır.  İranlılar  Gəncəni  işğal  edirlər.  Cavad  xanın 
oğlu  Uğurlu  xanın  itaətinə  verilən  Gəncə  şəhərində 
onlar  ancaq  3  ay  qala  bilirlər.  İranılıların  Şəmkir 
altında  məğlubiyyəti  və  Gəncədən  sıxışdırılıb 
çıxarılmasından  sonra  Uğurlu xan bacısı Püstə xanımı 
da  götürüb  İrana  qaçır,  beləliklə,  Mirzə  Şəfi  yenidən 
mədrəsəyə  qayıdır,  hücrələrin  birində  müxtəlif 
kitabların  üzünü  köçürməklə  məşğul  olur  ki,  birtəhər 
güzəran keçirsin. Mirzə Şəfinin vəziyyəti ona bu vaxta 
qədər  köməklik  edən  Hacı  Abdullanın  1831-ci  ildə 
vəfat  etməsi  ilə  daha  da  çətinləşir.  Onsuz  da  az  gəlir 
gətirən  gözəl  dəsti-xətti  tezliklə  ona  gərəksiz  olur. 
İranda  artıq  litoqrafiyadan  istifadə  olunduğu  üçün 
kitabları əl ilə köçürməyə daha ehtiyac qalmırdı. Mirzə 
Şəfi  ərəb  və    fars  dillərindən  fərdi  dərs  verməklə 
dolanmağa məcbur olur. 
Otuzuncu  illərin  əvvəllərində  Mirzə  Şəfi  gənc 
Mirzə  Fətəli  Axundov  ilə  tanış  olur    və  ona  öz 
görüşləri  ilə  ciddi,  xeyirxah  təsir  göstərir.  Özünün 
mənəvi  həyatında  böyük  təbəddülat  yaradan  bu 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 

həyacanlı  görüşləri  haqqında  Mirzə  Fətəli  Axundov 
ətraflı bəhs etmişdir.  
Böyük  mütəfəkkir  öz  tərcümeyi-halında  yazır: 
“Gəncə  məscidinin  hücrələrindən  birində  bu  vilayət 
əhalisindən  Mirzə  Şəfi  adlı  birisi  yaşayırdı.  Bu  adam 
növbənöv  elmlərdən  başqa,  nəstəliq  yazısını  da  çox 
yaxşı  yazırdı.  Bu  həmən  Mirzə  Şəfidir  ki,  Almanya 
məmləkətində  onun  həyatı  və  farsca  şerlərə  malik 
olduğu  fəziləti  haqqında  məlumat  yazılıbdır.  Mən 
atalığımın  buyruğu  üzrə  hər  gün  bu  şəxsin  yanına 
gedib nəstəlik yazısının məşqini edirdim. Belə ki, get-
gedə  mənimlə  bu  möhtərəm  şəxsin  arasında  ülfət  və 
ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən 
soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədi 
nədir?  ”  cavab  verdim  ki,  ruhani  olmaq  istəyirəm. 
Dedi: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq 
istəyirsən?.” Təəccüb  və heyrət etdim ki, bu nə sözdür. 
Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz 
həyatını bu qaraguruhun içərisində puç etmə, başqa bir 
məşğuliyyət qəbul et
1
.”  
Onun  ruhaniliyə  nifrət  etməsinin  səbəbini 
soruşduqda,  o  günə  qədər  mənim  üçün  örtülü  qalan 
mətləbləri  açmağa  başladı.  Atalığımın  Həccdən 
qayıtmasına  qədər  Mirzə  Şəfi  bütün  mətalibi  - 
irfaniyyəni  mənə  təlqin  etdi  və  gözümün  qabağından 
qəflət pərdəsini qaldırdi
2
. ” 

                                                 
1  Azərbaycan    EA  yanında  Respublika  Əlyazmaları  fondu  inv.  490  (“Биография 
Колонел Мирза Фатали Ахундзаде”) 
2. M.Ş.Vazeh. Nəğmələr, Bakı, Şərq-Qərb, 2004 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə