MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə5/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   2   3   4   5   6   7   8   9   ...   54

    Nəzakət Əliyeva 
 
 
18 
üzündə  xoşbəxt  olmağa  çalışmalıdır.  Cənnəti  bu 
dünyada  axtarmaq  lazımdır,  xoşbəxtlik  göylərdə 
deyildir.... O bu barədə çoxlu qısa kəlamlar, aforizmlər 
yazır.  Şairin  qənaətinə  görə,  bu  cür  şeirlər  xalqa 
asanlıqla  çatır,  onların  qəlbinə  tez  təsir  edir  və  çox 
yaşayır. Mirzə Şəfinin hətta ayrı–ayrı din formalarının 
mahiyyətini  eyniləşdirilməsi  belə  onun  düşmənləri 
olan mollaların xüsusi nifrətinə səbəb olurdu.  
Mirzə Şəfinin bədii yaradıcılığı, onun əsərlərində 
irəli sürdüyü ictimai-fəlsəfi ideyalar xalqımızın mədə-
niyyət  tarixində  xüsusi  yer  tutur.  Şairin  yaşadığı 
dövrdə  həmin  ideyalar  bütün  köhnə  cəmiyyətə,  onun 
həyat  tərzi  və  geri  qalmış  görüşlərinə  qarşı 
çevrilmişdi.
1
 
 
O  dövrdə  köhnə  cəmiyyətə,  islam  dini  və  şəriət 
qaydalarına qarşı az adam belə açıq, cəsarətlə çıxış edə 
bilərdi. Buna görə Mirzə Şəfi müəyyən mənada tək idi. 
Lakin onun hər halda M.F.Axundov kimi bir ardıcılı da 
var idi. 
Mirzə  Şəfi  öz  ədəbi  fəaliyyəti  ilə  Azərbaycanda 
bütün  sonrakı  ictimai  fikrin  inkişafına  verdiyi  güclü 
təkanın nəticələrini görə bilmədi. Lakin onun ideyaları 
getdikcə 
yayıldı. 
M.F.Axundov, 
H.B.Zərdabi, 
S.Ə.Şirvani,  M.Ə.Sabir və başqa ədib,  mütəfəkkirləri- 
miz tərəfindən davam və inkişaf etdirildi.  
Yaradıcı  insanların,  elm  adamlarının  tərcümeyi-
halı yalnız onların deyil, bütövlükdə mənsub olduqları 
xalqın mədəni-siyasi  həyatı ilə  şərtlənir; t ərcümeyi- 
_________________________ 
1. Bax. A.A., «Mirza Şafi  ili Bodenştedt», İzdatelğstvo AQU, Baku, 1940 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
19 
halda  hər  şey–nöqtə,  vergül  də  düz  olmalıdır.  Bu 
deyilənlər əsasında Gəncə müdriki Mirzə Şəfi Vazehin  
həyatını  nəzərdən  keçirmək    maariflənmiş  ağıl 
sahiblərinin  vəzifəsidir.  Onu  da  deyək  ki,  Vazehin 
həyatı  XX  əsrdə  daha  çox  araşdırılmış,  az  və  çox 
dərəcədə  öyrənilmişdir.  Buna    baxmayaraq,  yenə  də 
diqqətdən   yayınan  bir - birinə   zidd  fikirlər   örtülü 
qalmışdır.  Almaniyalı    Fridrix  Bodenştedt    ziddiyət 
yaradan  kiçik  faktları  mürəkkəbləşdirmişdir.  Sovet 
məkanında  tədqiqatçılar  gəncəli  şairin  irsinin  ona 
məxsus  olduğunu  müəyyənləşdirərkən  hissə  qapanıb 
onu  plagiatr  adlandırmışlar...    Kiçik  faktların  birində 
isə  deyilir  ki,  Gəncənin  işğalından  xeyli  sonra  Mirzə 
Şəfi  Vazeh  Cavad  xanın  qızı  Püstəbəyimlə    birlikdə 
İrana  getməmişdir.  A.A.Bakıxanov  yazır:  “Üçkilsə 
(Eçmiədzin)  yaxınlığında  Qırxbulaq    adlı  yerdə  ruslar 
Abbas  Mirzəni  məğlub  etdi.  Bu  zaman  sədri  -  əzəm  
Mirzə  Şəfi  İrəvan  qalasına  gedib  Məmmədxanı 
cürbəcür    nəsihətlərlə  İran  dövlətinə  tərəfdar  etdi  ”
1

Bu  zaman  onun    32-33  yaşı  var  idi.  Bu  kiçik    fakt 
sayılsa  da,  Vazehin  həyatına  işıq  salır:  ermənilərin 
satqınlığı ilə 1826 – cı ilin sonlarında İrəvana gələn rus 
qoşunlarına qarşı Cavad xanın böyük oğlu Uğurlu ağa 
qəhrəmancasına  vuruşurdu  və  bu  çar  əsgərlərini  
qorxuya  salmışdı.  Onu  bu  mübarizədən  çəkindirməyə 
çalışan  Qriboyedov  “Uğurlu  ağa,  zərərin  yarısından 
qayıtmaq  xeyirli  olar”

– deyə yazmışdır. 
Bir  neçə  ədəbi  -  tədqiqat    əsərlərində 
Ə.Ə.Səidzadə    yazır  ki:  “Mirzə  Şəfi  gah  Mirzə 
Məhəmməd Şəfi, gah da  Mirzə Əhməd Şəfi” deyiminə 


    Nəzakət Əliyeva 
 
 
20 
rast  gəlirik.  Bu  da  məlumdur  ki,  Mirzə  Şəfi  ilk 
əsərlərində 
özünü 
“Mühəmməd 
Şəfi 
də 
adlandırmışdır”.  Başqa  bir  mənbədən  isə  məlum  olur 
ki, Mirzə Şəfi ata-babası tərəfdən Mühəmməddir, əslən 
gəncəlidir. 
Mübahisə doğurmayan bir fakt da ondan ibarətdir 
ki, Vazehin atası Kərbəlayi Sadıq Cavad xan sarayında 
sayılıb  –  seçilən  bənna  (memar)    idi    və  onun    böyük 
oğlu Əbdüləli (Əli)  atasının yolu ilə getmiş, kiçik oğlu 
Şəfi  oxuyub  –  yazmağa  meyl  etdiyinə  görə  dindar  ata 
onu  Şah  Abbas  məscidində  mədrəsəyə  vermişdir. 
Deyilənə  görə  onun  müəllimi  dini  elmləri  mükəmməl 
bilən,  “Qurani  –  Kərim”i    bəlağətlə  əzbər  oxuyan 
Molla  Hüseyn  Pişnamaz  (1783-1859)  balaca  Şəfini 
açıq  fikirli  olduğuna  görə  danlar,  suallarını  cavabsız 
qoyar, amma cəza verməzdi. O, cəzanı  uşağı qorxudub  
kütləşdirən  əməl  sayırdı.  Lakin  sinifdə  müəllimlə 
şagird arasındakı mübahisə Şəfinin mədrəsədən qaçma- 
sını  tezləşdirmişdir.  A.Barje  yazır  ki,:  “Gəncə 
mədrəsəsinin  ruhaniləri  gənc  Şəfinin  fikrindəki 
dəyişikliyi  gördükdə  ona  dərs  verməkdən  imtina 
etdilər. 
...  Şairin yaradıcılığında ruhaniliyə qarşı nifrətin 
...  oyanması bununla bağlıdır ...”
1
 
Mədrəsədən çıxdıqdan sonra məscid küncündə xəttatlıq 
edən Şəfi Hacı Abdulla ilə rastlaşır. Hacı Abdulla onun  
açıqfikirli olduğunu bildikdə himayəsinə götürür. 1823 
– 1824 – cü  ildə Gəncəyə gələn,   soykökü  dərinliyi 
 _______________________ 
1.A.S.Qriboedov. «Qore ot uma», Pisğma i zapiski. Baku, 1989, str. 250 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
21 
ilə  Nizami  yurduna  bağlı  olan  tacir  Hacı.  
1.
 
Abdulla  (...-1831)  uzun  müddət  İranda  yaşamış 
və  Bağdadda    ingilis  işğalına  qarşı  azadlıq  istəyən 
heyrəndiş  dərvişlərin    aksiyasına  qoşulmuşdur.  Hacı 
Abdulla  bunu  özünün  əsas  əqidəsi  saymış  və  bir  sufi 
kimi  müəllimi  Seyid  Əttara  sadiq  qalmışdır.  Hacı 
Abdulla  Mirzə  Şəfinin  həyatında  xüsusi  rol  oynamış 
vəfatı  zamanı  varidatının  müəyyən  bir  hissəsinin  ona 
verilməsini  də  vəsiyyət  etmişdir.  Bir  məlumata  görə 
Hacı  Abdulla  Mirzə  Şəfini  Cavad  xanın  qızı 
Püstəxanımın  yanında  onun  var  –dövlətini  siyahıya 
alan  vəzifəyə  təyin  olunmasına  kömək  etmiş  və  buna 
görə  ona  “Mirzə”  adı  verilmişdir.  “Mirzə”  adı  ilə 
A.Berje səhvə yol vermişdir: O, “Mirzə”ni xan qızının 
“məktub  daşıyan”ı,  poçtalyon  kimi  izah  etmişdir. 
A.Berje “Mirzə”nin mənasını başa düşməmişdi ... 
Mirzə  Şəfinin  şəxsi  həyatı  barədə  elə  bir  sənəd 
bilmirik.  Onun  vəfatından  sonra  vəsiyyətnaməsi  də 
olmayıb. Tiflis gimnaziyasının  kiçik  müəllimi  Mirzə 
Şəfi  subay  olmuşdur.  Aradan  bir  il  keçdikdən  sonra, 
təsadüfən gəncəli Seyid Nisə Seyid Yəhya qızı  Mirzə 
Şəfinin  öldüyünü  eşidir  və  Qafqaz  təhsil  naziri 
Uvarova  ərizə  göndərir.  Vazehin  arvadı  olduğunu  və 
buna görə ona təqaüd verilməsinə razılıq istəyir. Seyid 
Nisənin  bu  ərizəsi  Gəncə  şəriət    məhkəməsinə 
göndərilir.  12  oktyabr  1853-cü  ildə  ərizəyə  belə  bir 
cavab   alınmışdır:  “Tiflis  gimnaziyasının  müəllimi, 
mərhum  Mirzə Şəfi Kərbəlayı  Sadıq  oğlu  Vazehin   
____________________________________________________ 
1.A.A.Bakıxanov “Gülüstani-İrəm”. Bakı, 1951, səh.193 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə