MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə6/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   2   3   4   5   6   7   8   9   ...   54

    Nəzakət Əliyeva 
 
 
22 
Gəncə  şəriət  məhkəməsində  nəinki  kəbini,  heç  siğəsi 
də olmayıb...” (səh.21) 
Göründüyü  kimi  Seyid  Nisə  Seyid  Yəhya  qızı 
Vazehin  arvadı  olmayıb.  Lakin  çar  dövründə  vəfat 
edən  müəllimlər  ailəsinə  yüksək  məbləğdə  təqaüd 
verildiyinə  görə  Seyid  Nisə  şəriət  məhkəməsinin 
yazdıqları 
ilə 
razılaşmamış, 
tələbindən 
geri 
çəkilməmiş, 1859-cu ildə hökumətdən  birdəfəlik  min 
manat təqaüd almışdır.      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
23 
SALMAN MÜMTAZ MİRZƏ ŞƏFİ 
VAZEH HAQQINDA 
(S.Mümtaz toplayıb dəftərinə saldığı şeirlərin heç 
biri  şairin  avtoqrafiyasında  olmayıb.  M.M.Naci  və 
M.N.Nasirin  əlyazmalarından  götürülmüşdür).  XVII 
əsrin 
birinci 
yarısında 
Azərbaycan 
türklərini 
avropalılara  tanıdan  və  onların  nəzər-diqqətlərini 
Azərbaycan  ədəbiyyatına  cəlb  etməyə  müvəffəq  olan 
ədib  və  şairlərimizin  ən  görkəmlisi  məşhur  Mirzə 
Şəfıdir.  Və  Mirzə  Şəfinin  də  bütün  Avropa  bilxassə 
Almaniyada  şöhrət  kəsb  etməsinə  səbəb  olanların 
birincisi  Mirzə  Şəfınin  öz  şagirdi  Fridrix  fon 
Bodeniştedtdir.  Bu  zat  Almaniyanın  Hannover  adlı 
şəhərində doğulmuş bir alman şairidir ki, Miladi 1844-
də  Qafqaziya  canişini  general  Neydelqardtın  təklifinə 
görə  Qafqaziyaya  gələrək  Tiflisdəki  uçitelski  instituta 
müəllim təyin edilmişdir. 
V  1844  q.  po  priqlaşenie  po  kafkasskoqo 
namestnika,  qenerala  Neytqardta,  on  pribıl  doljnost 
uçitele Tiflisskoqo Uçitelslcoqo instituta. 
(Brokqauz efron tom. 7 s. 212). 
Elə bu tarixdən etibarən Bodenşted Mirzə Şəfı ilə 
görüşmüş  və  Mirzə  Şəfini  də  həmin  instituta  müəllim 
təyin  etdirmişdir.  Mirzə  Şəfi  müəllimlik  vəzifəsini  ifa 
edərkən  həm  gənc  müəllimlərə,  həm  də  xüsusi  olaraq 
Bodenşdetə  dərs  vermişdir.  Bodenşdet  türk  və  fars 
dillərini  Mirzə  Şəfidən  öyrənmişdir.  Mirzə  Şəfinin 
həmin institut müəllimlərindən Qriqoryev familiyalı bir 
zat  ilə  bərabər  rus  və  türk  dillərində  yazdıqları 


    Nəzakət Əliyeva 
 
 
24 
müştərək bir dərs kitabı da vardır ki, Təbriz şəhərində 
daş basması ilə basılmışdır. 
Nədənsə Bodenşdetin bir müddət Qafqaziyaya və 
xüsusən  Tiflisdə  iqamət  etməsi  bəzi  müstəşərq  və 
müvərrixləri  mütərəddit  buraxmışdır.  Bunların  bir 
qismi Mirzə Şəfini Hannoverli bir nemsə hesab edərək, 
eyni  zamanda  da,  Gəncəli  bir  türkü  rədd  edirdilər. 
Digər bir qismi isə onu iranlı bir fars və yaxud mühüm 
bir  sima  sanmadadırlar.  Hannoverlini  rədd  edənlər 
Mirzə  Şəfı  ilə  Bodenşdeti,  hər  ikisini  bir  şəxs  və  bir 
sima kimi düşünməkdədirlər. 
Əz cümlə: 
«Kak izvestno Mirza ne persa turok iz Qandje ili 
vernee  nemeç  iz  Qannovera  (İst  İsl.  A.Möller  tom  I. 
str.140 
Azərbaycan 
ədəbiyyatından 
bəhs 
edərkən 
professor  Krımski  də  Mirzə  Şəfi  haqqında  aşağıdakı 
sətirləri yazır: 
«Odno  iz  imen,  Mirza  Şafi  Elizavetpolskiy, 
Çrezvıçayno  populerizovano  v  Qermanii  Bodenşde-
tom»  (İstorie  Turçii  i  Literaturı  A.Krımskoqo.    tom  1 
str. 
Brokqauz  Yefronda  Qamus  Əlaminin  8-ci 
cildində  Bodenşdetin  fəzilətlərindən  bəhs  etdiyi  sırada 
Mirzə  Şəfi  kitabını  123  dəfə  təbi  və  nəşr  edildiyini 
söyləyərək elə bu sözlər ilə məsələni bitirir: 
«Svoim  neobiknovennım  uspexom  pesni  obezanı 
masterstvu  yazıka,  çisto  vostoçnomu  koloritu  i 
dobroduşnomu  ömoru  Mnimaqo  avtora,  kotoriy  bıl 
uçitelem  Bodenşdeta  po persidskomu yazıku». 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
25 
(Brokqauz Yefron  tom 7. str. 212). 
Şübhə  və  tərəddüdlərə  qarşı  bu  sətirləri 
qaralamaqda  məqsədimiz  azərbaycanlı  Mirzə  Şəfıni 
meydana  çıxarmaqdır.  Təqribən  12  il  bundan  əqdəm 
Gəncə  şəhərində  gördüyümüz  bir  yazma  (cünk) 
içərisində  Mirzə  Şəfi  şeirlərinin  bir  neçə  parçasına 
təsadüf  etdik.  O  cünk  məşhur  Mirzə  Mehdi  Nacı 
təxəllüsün  topladığı  bir  məcmuədir.  Orada  görünən 
Mirzə  Şəfı  əsərlərinin  əhəmiyyətlərindən  dolayı  klişə 
etdirərək  və  klişələri  mətnləri  ilə  bərabər  bu  kitabçaya 
köçürməyə  qərar  verdik.  O  əsərlər  Mirzə  Şəfi 
məsələsinə  böyük  yardım  edərək  bir  çox  məlumat 
vermədədirlər ki, xülasəsi bunlardır: 
 
1.
 
Mirzə Şəfi məvhum deyil, sənətkar bir azəri 
şairidir. 
2.
 
İrqən türkdür.  
3.
 
Hannoverli yox Gəncəlidir. 
4.
 
Atasının adı Sadıqdır. 
5.
 
Təxəllüsü Vazehdir. 
6.
 
Şeyx İbrahim (Naseh) və Mirzə Mehdi (Naci) 
ilə müasir, həm də rəfiqdir. 
7.
 
Bir müddət Tiflisdə də yaşamışdır. 
8.
 
Mirzə Şəfı türkcə söylədiyi kimi, farsca da 
şeirlər söyləyirmiş. 
İndi  bu  məlumat  üzərinə  Mirzə  Fətəli  Axundovu 
təbliğ  etməsilə  bərabər  Qriqoryev  ilə  yazdığı  kitabda 
izafə edilirsə, artıq məsələ bitmiş olur. Mirzə Fətəli öz 
əlilə yazdığı tərcümeyi – halında Mirzə Şəfidən azacıq 
bəhs  edərək  onun  Almaniyada  məşhur  olduğunu 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə