MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə3/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   2   3   4   5   6   7   8   9   ...   54

    Nəzakət Əliyeva 
 
 
10 
Göründüyü  kimi    məhz  Mirzə  Şəfinin  təsiri  ilə 
M.F.Axundov ruhani olmaq məqsədindən imtina etmiş 
və  1832-ci  ildə  Nuxa  (Şəki)  qəza  məktəbinə  daxil 
olmuşdur.  
1840-cı 
ildə 
M.F.Axundov 
Tiflis 
qəza 
məktəbində Şərq dilləri üzrə müəllim işləyirdi. Həmin 
il  o  bu  vəzifədən  çıxarkən  öz  yerinə  Mirzə  Şəfini 
məsləhət görmüşdü. Qəza məktəbinin Azərbaycan dili 
müəllimi  vəzifəsini  tutmaq  üçün  xüsusi  imtahan 
verdikdən sonra Mirzə Şəfi bu vəzifəyə qəbul edilmiş, 
uzun zaman Tiflisdə yaşamışdır.  
Mirzə  Şəfi  qəza  məktəbində  işləməklə  yanaşı, 
fərdi dərs verməklə də  məşğul idi. Artıq Gəncə  molla 
və  ruhanilərinin  hücumundan  uzaq  olan  şair  burada 
dövrünün  qabaqcıl  adamları  ilə  daha    yaxından  tanış 
olmaq  imkanı  əldə  edir.O,  Axundov,  Bakıxanov, 
Budaqov və başqaları ilə  yaxın dostluq əlaqəsinə girir. 
Mirzə  Şəfi  Alman  səyyahı,  Rus  və  Şərq  poeziyasının 
tərcüməçisi  Fridrix  Bodenştedtlə    də    Tiflisdə  
görüşmüdür.  
Bodentştedt  Tiflisdə  ikən    Azərbaycan  və  fars 
dillərini  öyrənməyə  başlamışdı.  Mirzə  Şəfi  ona  dərs 
deyirdi.Mirzə Şəfi dərs zamanı ona Firdovsi, Xəyyam, 
Sədi, Hafiz və Füzulinin şerlərindən  oxuyar, daha çox 
öz şerlərini yazdırardı. 
Bodenştedt  yazırdı:  “Həftədə  üç  dəfə  dərs 
keçirdik,  dərsdə  həmçinin    Mirzə  Şəfinin  digər 
tələbələri  iştirak  edirdilər.  Axırda  “Divan”  başlanırdı. 
                                                                                              
 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
11 
Mirzə Şəfi öz nəğmələrini oxuyur və bizə izah edirdi. 
Həmin nəğmələrin çox böyük bir hissəsi demək olar ki, 
mənim gözlərimin önündə yaranmışdı.
1
 ”  
Bir dəfə “Divani -hikmətdə”n
2
 sonra bağda Mirzə 
Şəfi ilə gəzməyə çıxan Bodenştedt onun bədahətən şeir 
söyləməsinə  öz  təəccübünü  bildirib  deyir:  “Ey  mənim 
müdrik müəllimim, necə olur ki, sən öz nəğmələrini bu 
qədər  tez  qoşursan?”  Mirzə  Şəfi  oradaca  topladığı 
güllərdən  bir  dəstə  bağlayıb  Bodenştedtə  verir  və 
deyir: “Budur, bax, bu gül dəstəsini mən bir an içində 
düzəltdim.  Halbuki  bu  güllər  bir  anda  əmələ  gəlib 
açılmamışdır, mənim şeirlərim də bunun kimi ”
3
   
Bodenştedt yazır ki, mən səyahətdən qayıtdıqdan 
sonra  Mirzə  Şəfi  özünün  şeirlər  külliyatını  mənə 
bağışladı.  O,  Tiflisdən  gedərkən  apardığı  dəftərlərdən 
bəhs edərək bunu da göstərir ki, həmin  dəftərlər  şairin 
tatar  (Azərbaycan)  və  fars  dillərində  yazdığı 
nəğmələrdən ibarət idi.
4
  
XX əsr rus və Azərbaycan ədəbiyyatşünaslığında 
müəyyən  edilmişdir  ki,  Almaniyada  Bodenştedt 
tərəfindən  “Mirzə  Şəfi  nəğmələri  ”  və  “Mirzə  Şəfi 
irsindən” adlı kitablarda dərc edilən və XIX əsrin 70-ci 
illərində Mirzə Şəfinin ölümündən sonra Bodenştedtin 
öz  adına  çıxmaq  istədiyi  şeirlərin  demək  olar  ki,  tam 
əksəriyyəti  Mirzə  Şəfiyə  məxsusdur.  Qeyd  etmək 
lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana  
                                                 
1.
 
Taused und ein Tag im Orient. V., 1850 
2.
 
Mirzə Şəfinin Tiflisdə təşkil etdiyi əbədi məclis. 
3.
 
Tausend und Ein Tag Orient V., 1850, səh. 273  
4.
 
  Aus dem Nachlasse Mirsa Schaffys, Berlin, 1875, səh. 206  


    Nəzakət Əliyeva 
 
 
12 
çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai –
fəlsəfi  fikirlərinin  öyrənilməsi  ədəbiyyatşünaslardan 
Ə.Ə.Seyidzadə, 
S.Mümtaz, 
E.Enikolopov, 
proffessorlarımızdan 
M.Rəfili, 
F.Qasımzadə, 
H.Hüseynov,  M.Qasımov  və  akademik  A.  Makovel-
skinin xüsusi xidmətləri olmuşdur. 
“Mirzə  Şəfi  nəğmələri”nin  Almaniyada  ilk  çapı 
böyük  müvəffəqiyyətlə  qarşılanmışdır. İlk  dəfə   1851-
ci  ildə  nəşr  edilən  həmin  şeirlərin  1893-cü  il  145-ci, 
1924-cü  ildə  isə  170-ci  nəşri  çapdan  çıxmışdı.  İndiyə 
qədər  həmin  kitab  300  dəfədən  artıq  təkrar  nəşr 
edilmişdir.  
“Mirzə  Şəfi  nəğmələri”  fransız,  ingilis,  italyan, 
isveç,  holland,  danimarka,  ispan,  portuqal,  rus,  çex, 
macar, yəhudi və s. dillərdə dəfələrlə çap olunub geniş 
yayılmışdır.  Buradan    da  Bodenştedtin    özünü    bu 
şeirlərin  tərcüməçisi  kimi  deyil,  müəllifi  kimi  qələmə 
verməsinin səbəbi aydındır.  
Bodenştedt  1847-ci  ildə  Tiflisi  tərk  edir.  Bundan 
1  il  sonra,  yəni  1848-ci  ildə  Mirzə  Şəfi  də  Tiflisdən 
köçüb  Gəncəyə  gəlir.  O  burada  qəza  məktəbində 
Azərbaycan  dili  müəllimi  vəzifəsində  işləyir.  Lakin 
Mirzə  Şəfi  iki  ildən  sonra  yenidən  Tiflisə  qayıdır, 
Tiflis  gimnaziyasında  Azərbaycan  və  fars  dillərində 
dərs deyir.  Ölümündən  bir az əvvəl  Mirzə Şəfi həmin 
gimnaziyanın 
müəllimi  İ.İ.Qriqoryevlə 
birlikdə 
Azərbaycan  dilini  öyrənənlər  üçün  dərslik  yazıb 
hazırlamışdır.  Artıq  söz  sərrafının  alnında  durna 
qatarlarının kölgəsi yer eləmişdir.  


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
13 
Mirzə  Şəfi  1852-ci  ildə  vəfat  etmişdir.  O, 
professor  M.Rəfilinin  yazdığı  kimi,  “...tənha, 
unudulmuş, soyulub talan edilmiş bir halda vəfat etdi. 
Lakin  onun bəzi şeirləri xalqın hafizəsində, həmçinin 
əlyazmaları şəklində qalaraq, Avropa dillərinə tərcümə  
edilərək  şairə dünya şöhrəti qazandırdı”.  
Mirzə Şəfinin ədəbi yaradıcılığını, onun ictimai – 
siyasi  və  fəlsəfi  görüşlərindən  ayrı  təsəvvür  etmək 
olmaz.  Şairin  ictimai  –  fəlsəfi  görüşlərinin  onun  bədii 
yaradıcılığında  nə  qədər  kəskin  ifadə  olunduğunu 
təsəvvür  etmək  üçün  əldə  olan  iki  misralı  orijinal  bir 
şeirini  misal  çəkmək  kifayətdir.  Bu  şeirdə  şairin    din 
xadimlərinin  iç  üzünü  böyük  bir  məharətlə,  cəsarətlə 
açıb  ifşa  etməsinə  heyran  qalmamaq  olmur.  O  üzünü 
mollalara tutub deyir: 
 
Min ev yıxıb, tikirsiniz bir boş minarə
Ərşə çıxıb qonaq gedin pərvərdigarə! 
 
Mirzə  Şəfinin  vaxtilə  ədəbiyyatşünas  Salman 
Mümtaz tərəfindən əldə edilən orijinal şeirlərinin əsas 
hissəsini  məhəbbət  lirikası  təşkil  edir.  Mirzə  Şəfinin 
əldə olan qəzəl, müxəmməs və rübailəri onun nə qədər 
zəngin  yaradıcılıq  təcrübəsinə  və  yüksək  istedada 
malik olduğunu göstərir. Bu şeirlər klassik poeziyanın 
ən  gözəl  nümunələri  hesab  oluna  bilər.  Lakin  bunlar 
şairin məhəbbət lirikası, dil və üslub xüsusiyyətlərinin 
bəzi  mühüm  cəhətləri  haqqında  müəyyən  təsəvvür 
yaratmağa kömək etsə də, ümumi dünyagörüşü, ictimai 
-  siyasi  və  fəlsəfi  əqidəsini  aydınlaşdırmaq  üçün  elə 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə