MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
35 
 
QƏZƏL 
Gəl ey canım ki, hicrimdə dodağa çatdı bu canım,  
Dodağın qoy dodağıma, özün al canı, cananım.  
Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:  
Gözüm ağlar, özüm yannam, inan ey çeşmi- məstanım. 
Xoşam, qəmlə scvinc tutsa əgər dünyanı hər yandan, 
Nə onla, nə bununlayam, mənim eşq oldu ürfanım.  
Tacım ah, göz yaşım təxt, leşkərim dərddir, qəmimi    
                                                                              ölkəm, 
 Mən eşqə sultan olsam da,sənin eşqindi sultanım. 
Fənayə uğrasam da bil, fəqət məhv olmaram,canam,  
Bu müşkül hikməti özgə təbibdən sorma loğmanım.  
O şirin ləlidən şəhdi, şəkər hərgah nəsib olsa Mələklər 
nuşi-can söylər, mənə göylərdən, ey xanə  
Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,  
Mən öylə xəstəyəm ancaq, sənin vəslindi dərmanım.  
Kim eşqin dərdinə yansa, o nalə eyləyər həm dəm, 
Mən öylə gizli yannam ki, nə naləm var, nə əfqanım.  
O mişkin zülflərin şövqü,o ay tək çöhrənin mehri 
 Gecəylə gündüzü almış əlimdən mahı -təbanım. 
 O yarın zülfü ruyindən sən ümid gözləmə,  
Vazeh, tutarsan çiyni-maçini, əlində vardır imkanın. 
 
xxx xxx  
 
Xoş olsun ol könül, eşqə məkandır,  
Var olsun ol fikir, eşqə həyandır.  
Susuz çeşməyə bənzər ol ürək kim  


    Nəzakət Əliyeva 
 
 
36 
Nə eşqin dərdini, nə qəm duyandır.  
Bax, öyrən gör necə pərvanə, bülbül  
Olublar eşq şeydası, zamandır.  
Məhəbbət əhlinə bu kafidir kim
Öz eşqiylə o rüsvayi-cahandır. 
Məhəbbət mürqi, cövlan etsə harda, 
O eşq ovlar, xəbərdar ol, amandır. 
İki dünyanı verrəm, sən baxanda, 
Mənə eşqin bu sövdası əyandır. 
Necə Vazeh, əsiri olmayım mən, 
Bu eşqin qarşısında Qaf yalandır. 
 
          H.Məmmədzadə həmin fondda Vazehin bu lirik 
poemasını da tapmışdır. 
 
 
MƏKTUBUN  İNTİZARINDA 
Məhəbbət bağının sərvi- rəvani, 
Məlahət bağının tazə fidanı, 
Uca boylular içrə fəxr - dövran, 
Şikəstə qəlblərə munisü - dərman 
Zamanın ən seçilmiş nöcəvani, 
Gözəllərin gözəli, mehribani, 
Şəfəqdə, mehridə göylərdə bir ay, 
Vəfada, əhdidə yoxdur sənə tay. 
Xoşəndamsan, xoşiqbal, xoşəməlsən, 
Zəmanə görməmiş nazlı gözəlsən. 
İlahi, sən uzaq et bədnəzərdən
Yanında bəd nəzər düşsün kəsərdən.  
Səni allah görüm ki, hifz qılsın,  


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
37 
Könül aynan həmişə aydm olsun. 
Kamınca gərdişə gəlsin bu dövran,  
Sənə sağlıq dilər qəlb ol xudadan.  
Deyirəm, dost ayağına dəyən daş,  
Ona yox, sinəmə dəysin mənim kaş,  
Əbədi ömür qıl sən bu cahanda,  
Həyatım olmasın sənsiz bir an da.  
O tazə qönçə tək ətrin var olsun,  
Başında daima sövdalar olsun,  
Məhəbbət şərtinin itmamı yetdi,  
Bizim ərzi-halın əyyamı çatdı.  
Bizə qafıl olubsan, bu nədəndir?  
Cövrə mayil olubsan, bu nədəndir? 
Fərağında gözüm qanla dolubdur.  
Biri qulzüm
1
, biri Ceyhun olubdur.  
Bütün kirpiklərin xəncərsayağı  
Tökər qəlbim qanın üzüm aşağı.  
Dövrəm Dəclə olub gözün yaşından, 
Oturmuş qan içində min-min insan. 
Ürək göylər kimi əfğana gəlcək, 
Gözümdən yaş axar gürşad yağış tək. 
Mənim göz yaşlarım, himmət edin siz, 
Yarın məskəninə axıb gedin siz. 
Ayağına düşüb nazlı nigarın 
Yetirin ərzini bu biqərarın. 
Ürəyim parçalanmış qəm əlindən, 
Məgər zülfü əsir sübhün yerindən? 
Hardan bir qafilə gəlsə, qərarsız 
Sürrünnəm mən, sürrünnəm ixtiyarsız 
Bu xəstə qəlbimin ahi, nəvası 


    Nəzakət Əliyeva 
 
 
38 
Olar ol qafilənin zəng sədası. 
Arayar, varmı yarın bir nişanı, 
Arayar ol yeni yetmə cəvanı. 
Nə ümmid, nə cavab tapmaz sualı. 
Suallar dəf qılmaz bu məlalı. 
Niyə didəm dolar həsrət yaşıyla? 
İlahi, kimsəni salma bu hala! 
Haray, ey çərx, əlindən, nə edərsən?! 
Bu könlümü hər an dərdlə didərsən. 
Mənə min dərdi verdin, yoxdu dərman, 
Bir anlıq vəsl üçün bu qədri hicran? 
Neçə min sinəyə dağlar çəkibsən, 
Usanmazsan məgər bu coridən sən? 
Nə olardı, məhəbbət olmayaydı! 
Olurdu kaş bu möhnət olmayaydı! 
Üzünü görməyə yox əldə imkan, 
Nə də gül dərmədim vəslin bağından. 
Nə bir kəs var ki, həməsrarım olsun, 
Nə bir kəs var mənim qəmxarım olsun. 
Kimə deyim ilahi, vəsfı-halım? 
Kimə deyim bu dərdim, bu məlalım? 
Bu əsrara ilahi, kimdi mərhəm? 
De kimdə var bu qədri dərdilə, qəm, 
Ki, ona söyləyim dərdimi bir dəm? 
Alım ondan bu dərdə bəlkə məlhəm. 
Ey ənbər qoxulu sübhün küləyi, 
Xəbər gətir, sevindir bu ürəyi. 
Sən ey, aşiqlərin dərdinə məhrəm, 
________________________ 
1 Qırmızı dəniz. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
39 
Möhnətkeş insana ən yaxşı həmdəm, 
Tutulsa qönçə tək bir qəlb kədərdən, 
Sən onu gül kimi xəndan edərsən. 
Nə olar ki, olub məhrəmi - əsrar 
Bizim də dərdimizdən ol xəbərdar. 
Danışım mən yarımın firqətindən, 
Xəbər verim cəfavu - möhnətindən. 
Mənim bu halıma rəhm eyləyib sən, 
Tükənməz dərdimə imdad edəsən. 
Gedib sən yanına ol zülmkarın 
Yetir peymanını aşiqi -zarın. 
Onun vüsalına yetən zamanda 
Tələsmə halımı şərhü-bəyanda. 
Amandır, xatirinə dəymə birdən, 
Bəlkə də rəmzi var, gizlindi səndən. 
Əvvəlcə başına dolan onun sən, 
Mənim əvəzimdə öp gözlərindən. 
Yetir bu ərzimi qəlb ovlayana, 
Kədərli qəlblərə məlhəm qoyana. 
Dəmadəm, ləhzə-ləhzə, sən müdam de, 
Ona məndən dua söylə, səlam de. 
Əgər lütf eyləyib halım sorarsa, 
Bu idbar olmuş iqbalım sorarsa, 
Nə gecəm var, nə də bir gündüzüm var, 
Nə bir iş görməyə yox mən girdar. 
Qərarım ol şəkər gövtarım idi, 
Mədarım ol gözəl rəftarım idi. 
O sözlərdən ürəkdə dərd qalmış, 
O rəftardan məni tufanlar almış. 
Ürəkdə qəm, bu canımda soyuq tər 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə