MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

    Nəzakət Əliyeva 
 
 
44 
Mirzə  Şəfinin  şeirlərində  həm  coşğun  hiss,  həm 
də  dərin  fikir  vardır.  Onun  şeirlərini  oxuyarkən 
qarşımızda ürək çırpıntısı ilə yazan lirik bir şairi, həm 
də dərin düşünən bir mütəfəkkiri görürük. 
Mirzə  Şəfinin  yeni  tapılan  əsərləri  içərisində 
poemasının  xüsusi  əhəmiyyəti  vardır.  Əlyazmasında 
poemanın  başlığı  yaxşı  oxuna  bilinmədiyi  üçün  onun 
adı  məzmununa  uyğun  olaraq  «Məktubun  intizarında» 
adlandırılmışdır.  168  misradan  ibarət  olan  bu  poema 
fars  dilində,  məsnəvi  şəklində  yazılmışdır.  Poema 
özünün orijinallığı ilə seçilir, məzmunu və ruhu etibarı 
ilə  XIX  əsrdə  və  ondan  qabaq  yazılan  aşiqanə 
poemalardan  əsaslı  surətdə  fərqlənir.  Poema  həcminin 
kiçikliyi,  məzmununun  avtobioqrafik  mahiyyətdə 
olması  ilə  Əndəlib  Qaracadağinin  «Leyli  və  Məcnun» 
poeması  ilə  birləşsə  də,  məzmununa  və  üslub 
xüsusiyyətlərinə  görə  ondan  ayrılır.  Şair  öz  poemasını 
sevgilisinin tərifi ilə başlayır. Onun sevgilisi «zamanın 
ən  seçilmiş  növcavanı,  «gözəllərin  gözəli»,  «vəfada, 
əhdində  tayı»  olmayan,  «xoşiqbal»,  «xoşəməl»  və 
«mehriban»  bir  gözəldir.  Gözəlin  tərifındən  sonra  şair 
allaha  müraciət  edərək  yalvarır  ki,  onun  sevgilisini 
«bədnəzərdən»  uzaq  etsin,  dünyanın  bəlalarından 
saxlasın, ona cansağlığı və əbədi ömür versin. Bundan 
sonra hicran dərdinə dözə bilməyən aşiq dövrana qarşı 
üsyana  keçərək,  gah  məşuqəsinin  cövrü  sitəmindən, 
gah da öz taleyindən acı-acı şikayətlənir: 
 
 
Mənim göz yaşlarıma, hümmət edin siz, 
Yarın məskəninə axıb gedin siz. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
45 
Hardan bir qafilə gəlsə, qərarsız, 
Sürünnəm mən, sürünnəm ixtiyarsız. 
Bu xəstə qəlbimin ahi, nəvası, 
Olar ol qafilənin zəng sədası. 
Haray, ey çərx, əlindən, nə edərsən? 
Bu könlümü hər an dərdlə didərsən. 
Mənə min dərdi verdin, yoxdu dərman? 
Bir anlıq vəsl üçün bu qədri hicran? 
Neçə min dərdi verdin, yoxdu dərman? 
Bir anlıq vəsl üçün bu qədri hicran? 
Neçə min sinəyə dağlar çəkibsən, Usanmazsan 
məgər bu cövrdən sən?  
Haray, mənim bahar fəslim nə oldu?  
Həyat çeşməm daha görünməz oldu. 
İnan, sənsiz elə yannam, yaxıllam,  
Mənim tək görməmiş təşnə bu əyyam. 
Poemanın  ayrı-ayrı  hissələrindən  gətirilən  və 
aşiqin könül arzularını ifadə edən həmin misralarda nə 
qədər dərin və odlu bir lirika vardır. Bu yandırıcı lirika 
poemanın 
bütün 
misralarında 
özünü 
hiss 
etdirməkdədir. Bu nöqteyi-nəzərdən əsərin lirik poema 
adlandırılması  çox  doğrudur.  Poemadan  göründüyü 
kimi,  aşiq  sevgilisinin  cövründən  və  bəxtinin 
dönməsindən  nə  qədər  şikayət  edirsə  də,  eşqində 
naümid  olmur.  Şairin  fikrincə,  «naümidlik  məşuqlara 
haramdır...». 
Eşqində  naümid  olmayan  aşiq  səba  yelinə 
müraciət  idərək  xahiş  edir  ki,  «aşiqi-zarın»  əhvalını 
yarına xəbər versin və ona desin ki: «O gedəndən sonra 
onun baharı xəzanə  dönüb, təşnəli adam  yana-yana su 


    Nəzakət Əliyeva 
 
 
46 
dalınca  qaçdığı  kimi,  o  da  onu  yana-yana  axtarır, 
fəraqına  dözə  bilmir».  Aşiq  ayrılıq  dərdinə  tab  gətirə 
bilməyib Məcnun kimi səhraya qaçmaq istədiyi zaman 
qasid  ona  sevgilisindən  məktub  gətirir.  Sevgilisindən 
gələn məktub bərk həyəcan keçirən aşiqi sakit və aram 
edir,  kədərini  şadlığa  çevirir.  Məşuqə  məktubunda  öz 
aşiqini məhəbbətində dözümlü və səbrli olmağa çağırır. 
Poema aşiqin saqiyə müraciəti və ürəyindən qəm 
pasını silmək üçün ondan «camu-gülgün»ü istəməsi ilə 
tamam olur. Beləliklə, Mirzə Şəfi Vazehin yeni tapılan 
farsca  iki  qəzəli  və  «Məktubun  intizarında»  poeması 
onun lirik şair olduğunu bir daha təsdiq edir. 
Tərcümə  şəklində  bizə  gəlib  çıxan  şeirlərinin  də 
böyük bir əksəriyyəti onu lirik şair kimi tanıtmaqdadır. 
Saf, təmiz məhəbbətin tərənnümü bu lirik şeirlərin əsas 
məzmununu  təşkil  edir.  Eşqi  və  gözəli  hər  şeydən  uca 
tutan şair farsca qəzəllərindən birində deyir: «Ey eşqdə 
sabit  qədəm  olan!  Eşqdən  başqa  ayrı  yolla  getmə. 
Məndən  qəmzəsindən  əzab  çəkdiyim  yarın  üzündən 
başqa  bir  şey  soruşma.  Mənə  ürəyi  sınıqlı  dildarın 
söhbətindən  başqa  ayrı  bir  söhbət  eləmə!  Mənim 
ürəyimin məhrəmi və sirri ancaq odur».
1
 Onun əzabları 
mənə zəmzəm suyu içirdir. 
Şairin  bu  kitabçaya  daxil  edilmiş  farsca 
qəzəllərində panteist görüşlər hiss olunmaqdadır. 
Məhəbbəti və gözəli tərənnüm edərkən Mirzə Şəfi 
bəzən mücərrədliyə qapılıb panteist şairlər kimi «hüsn-
mütləq»dən daşınır. Lakin bu hal keçicidir, Mirzə Şəfi 
üçün səciyyəvi deyildir. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
47 
Mirzə  Şəfinin  əldə  olan  əsərləri  içərisində  onun 
azərbaycanca  «Süsəni»  rədifli  müxəmməsi  və  farsca 
nəsr  və  nəzmlə  yazdığı  aşiqanə  məktubu  xüsusilə 
diqqəti cəlb edir. 
Hər iki əsər Susanna adlı bir xaçpərəst qızına həsr 
edilmişdir.  «Süsəni»  rədifli  müxəmməsində  şair  gözəl 
qızın parlaq romantik təsvrini verərək onu bütün dünya 
gözəllərindən  üstün  tutur  və  ona  olan  dərin 
məhəbbətini dini etiqada qarşı qoyur:     
Gün ki, hər gün ki, çıxar dərgəhinə səcdə edər, 
Sərv rəftarə gəlir, qılsa qədin bağə güzər. 
Qönçə gər ağzın ilə qarşı dura, boynun əyər
Küfri-zülfün yetişib bir yerə kim, ey kafər, 
    Desələr Vazehə, böhtandı, müsəlman, Süsəni .
1
 
Nikbin  və  şux  ruhu  ilə  bu  müxəmməs  Vaqifin 
eyni ruhda yazılmış müxəmməslərini xatırladır. 
Şairin  Susannaya  həsr  etdiyi  ikinci  şeir  yuxarıda 
adı  çəkilən  aşiqanə  məktubudur.  Fars  dilində  yazılan 
bu  məktubun  içində,  «Quran»dan  gətirilən  tək-tək 
ayələr,  azərbaycanca  cümlələr,  tərkiblər  vardır.  Şairin 
ürəyindən  qopan  bu  lirik,  mənalı  şeir  parçaları  onun 
xristian qızına olan atəşin məhəbbətini ifadə edir. 
Məktub  Susannanın  ərə  verilməsindən  sonra, 
onun həqiqi aşiqi olan şairdə doğan hicran möhnətinin 
təsviri  ilə  başlanır  və  bu  əsas  motiv  məktubun  bütün 
hissələrində axıra qədər davam etdirilir.  
_________________________ 
1. Mirzə Şəfı Vazeh. Bakı,«Kommunist»qəzeli naşriyyatı,1926, səh.12. 
   


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə