MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə14/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
57 
məhəbbətimizdə  saçlarına  sığal  verə  bilməmişəm.  İndi 
çəmidir  yan-yana  oturaq  məşşatəliyimlə  səni  gözəllər-
gözəli  eləyim.  Sənin  kimi  gözəlin  məşşatəsi  olmaq 
mənə  xoşdur.  Çoxdandır  barmaqlarım  yanaqlarının 
həsrətini  çəkir.  Buxağındakı  xala  baxmaq,  ona 
toxunmaq  mənə  behişt  qapısını  bağışlar.  Neçə  müddət 
idi Tiflisi gəzib dolanırdım. Səni tapa bilmədiyim üçün 
bu şeiri yazdım. Axı, şairin qəmxarı şeiridir. Şeir şairin 
dərdçəkənidir.  Hara  göndərirsən  gedir.  Allaha  min 
şükür, arzuma çatdım. 
-Nəyə çatdın? 
-Arzuma. 
-Arzun nədir? 
-Arzum səni görmək. 
-Hə, məni gördün, sonra? 
-Sonrasını deməzlər. Sən mənə borclusan. 
-Nə borcluyam? 
-Gəncliyimi qaytar özümə. 
-Tökülən  şey  dolmaz,  şair.  Belə  borcu  ancaq 
Allah qaytara bilər. 
-Amin!  Kaş  dediklərin  doğru  çıxaydı.  Onda  səni 
sevməzdim. 
-Həqiqi sözündür? 
-Əlbəttə, həqiqi sözümdür. 
Susanna tutuldu, az qalmışdı cin atına minsin. Nə 
düşündüsə dedi: 
-Daha nə borcluyam sənə? 
-Borcun  çoxdur.  Səni  bütün  Tiflisdə  tanıdıb 
məşhurlaşdırmışam. 
-Axı, dedin ki, cavan olsam, səni sevmərəm? 


    Nəzakət Əliyeva 
 
 
58 
-Hələ  ki,  cavan  deyiləm,  deməli,  sevirəm.  Ya 
köhnə  dostluğu  təzələ,  ya  da  səni  yenidən  dilə-dişə 
salacağam, onda bilərsən necə «dəlləyəm». 
Qadın  qımışdı.  Əlini  Şəfinin  çiyninə  qoydu. 
Başını irəli uzadıb dedi: 
-Başın  ağarıb,  ağlının  ağarmasına  da  söz  ola 
bilməz. 
Şəfi  buna  bənd  imiş  kimi  aşağıdakı  misraları 
pıçıldadı: 
Ağlımla qəlbimin özgə yolu var,  
Hər biri bir yolda puç edər məni.  
Birisi sevdadan uzaqlaşdırar,  
O biri sevdaya tuş edər məni. 
 
Ağlım gecə-gündüz yazıq qəlbimi,  
Daima danlayar, daima söyər,  
Qəlbimsə sevdaya bir həris kimi,  
Daima istəyər, daima sevər. 
O, şeiri tamamlayıb Susannanın üzünə baxdı. 
Yadına neçə il qabaq Daruran çayı sahilində çinar 
ağacının altındakı ilk görüşünü saldı. Onda Susannanın 
on  altı,  Şəfinin  iyirmi  yaşı  vardı.  Cavad  xan  nəsli 
perikdirilmişdi. 
Gəncənin 
də 
adı 
dəyişdirilib 
Yelizavetpol qoyulmuşdur. Yerli sakinlər Yelizavetpol 
demədiklərinə görə cərimələnirdilər.  
Susanna  yenidən  sözə  başladı,  əvvəlki  fıkrinin 
üstünə qayıdıb dedi: 
-Görürsən,  deyəndə  ki,  sənin  ağlın  ağarıbdır, 
mənə  inanmırsan.  Etiraf  etmək  əvəzinə  yenidən 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
59 
başlayıbsan  səni  sevirəm,  deməyə.  Əgər  ağlın 
ağarmasaydı, yazdığın şeiri küçələrdə gəzən dərvişlərə 
verib  oxutdurmazdın.  Daha  məni  axtarma,  qocalıbsan, 
başının tükləri də ağarıbdır. 
-Bəli, doğru deyirsən: 
 
Vaxt var idi güclü, cavan qolumla
Səni bərk-bərk qucaqlayıb öpərdim.  
Gənclik getdi, köhnə eşqin. oduyla, 
Vurur qəlbim indiyədək...nə dərdim. 
Mənim həyat üzüyümün qaşısan ! 
O üzüyün bəzəyi sən, daşı sən, 
İnan bütün nəğmələrim sənindir, 
Ürəyə bax, neyləyirsən, yaşı sən ! 
O üzüyün bəzəyi sən, daşı sən, 
İnan bütün nəğmələrim sənindir, 
Ürəyə bax, neyləyirsən, yaşı sən! 
 
Belə  söyləyirlər  ki,  “Susanna”  şeirin  birinci 
beytinə etiraz etmiş və «sən sirr saxlamadığına görədir 
ki,  uzun  müddət  gözünə  görünmədim.  Barı  elə  elə  ki, 
heç  olmasa,  bu  şeir  özgələrinin  əlinə  düşməsin,  yoxsa 
tamam biabır ollam». 
Şəfi mehribanlıqla dedi: 
-Ey  mənim  mələyim,  Süsənim.  Gəncədəki  ilk 
görüşümüz yadındadımı? Bəlkə atan səni Tiflisə də ərə 
verib...  O,  qara  keşiş  olub  bizi  bir-birimizdən  ayırdı. 
Yaxşı  ki,  ayırdı...  Amma  ilk  məhəbbət  unudulmur. 
Məhəbbət-milli  ayrı-seçkilik  bilmir.  Hər  millətin 
şəriəti,adət-ənənəsi, milli qeyrəti var. Lakin məhəbbət  


    Nəzakət Əliyeva 
 
 
60 
bunları qəbul etmir. 
Məhəbbət atəşdir şair demişkən: 
 
«Xoş o qəmə ki, ürəkdə atəş gizlədir, 
Xoş o ürəyə ki, onda od yuva salmış ola» 
 
-Bu sözləri ikimizə də aid etsəm inciməzsən ki? 
-Əlbəttə, incimərəm. 
Susanna gülümsədi. 
      -Bəs bu sözlər kimindir? Özünümü yazıbsan? 
-Yox! Hind hökmdarı Əkbər Şahın «Şairlər Şahı» 
adlandırdığı,  Nizami  «Xəmsə»sinə  bənzər  beş  dastan 
yazan Əbül Feyzi (Feyzi Hindi)-nindir.
1
 O, 1547-ci ildə 
doğulub və 1595-ci ildə vəfat etmişdir. Şeirin orijinalı 
isə belədir: 
-Bununla  məni  sevdiyinə  peşiman  olduğunumu 
deyirsən? 
-Nə bilim nəticəni özün çıxart. Məhəbbət atəşdir, 
ürəkdə yuva salıb... 
Susannanın  yanaqlarında  bir  damcı  göz  yaşı 
donub qaldı... 
Belə  deyirlər  ki,  həmin  göz  yaşı  torpağa  qarışıb 
görünməz oldu.  «Susanna»  şeiri isə iki yüz ildir kon- 
sert  salonlarını  bəzəyir,  milyonlarla  insanın  ürəyini 
oxşayır...  «Ürəyə  bax...»  şeiri  də  həqiqi  məhəbbətin 
rəmzi  kimi  bir  çox  şairin  mövzusuna  dönüb,  müxtəlif 
formalı əsərlər yaranıbdır. Onlardan biri belədir: 
 
1.“Xoş an qəmi ke bedelha nəhan gönəd atəş, 
Xoş an deli ke dər u asiyan gönəd atəş”. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
61 
Sənin atəşli çöhrəndən iki xislət doğub məndən: 
Gözüm atlar, özüm yannam, inan, ey çeşmi- 
                                                        məstanım. 
Xoşam, qəmlə sevinc tutsa əgər dünyanı hər  
                                                             yandan,  
Nə onla, nə bununlayam, mənim eşq oldu  
                                                             ürfanım, 
Tacım ah, göz yaşım təxt, ləşgərim dərddir,  
                                                     qəmim ölkəm, 
Mən eşqə sultan olsam da, sənin eşqindi  
                                                      sultanım. 
 
NÖHBİKƏ 
Ailə  qeydiyyatını  rəsmiləşdirən  sənədlərin  heç 
birində,  eləcə  də  tarixin  səhifələrində  Mirzə  Şəfi 
Vazehin  hər  hansı  qız  və  qadınla  kəbinə  girdiyini 
təsdiqləyən  yazılı  heç  bir  şey  yoxdur.  Lakin  onun 
məhəbbətinə aid söz-söhbət düz iki yüz ilə yaxındır ki, 
yaşayır.  Bəzi  ədiblərimiz  öz  gözəl  romanlarında 
xeyirxahlıq  edib  onu  evləndiriblər  də.  Elə  vəziyyət 
yaradıblar  ki,  Şəfi  qız  da  qaçırıb.  Görkəmli  alim 
professor  Mikayıl  Rəfili  isə  mühazirəsində  (1952) 
deyirdi  ki,  «Şəfi  dünyasını  məhəbbətinə  qovuşmadan 
tərk etmişdir...». 
O,  «Züleyxa»  şeirini  Şeyx  Şamilin  qohumu 
İbrahim xanın qızı Nohbikəyə həsr etmişdir. Xan, qızı 
ilə  birlikdə  Gəncəyə  gəlib  Cavad  xanın  qızı  Püstə 
Bəyimin qonağı olmuş, Mirzə  Şəfi də Nohbikəni orada 
görüb  “Züleyxa”  şeirini  yazmışdır.  Nohbikənin 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə