MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə13/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
53 
və orada onu suya atsınlar, onlar fikirləşdiklərini yerinə 
yetirdilər.  Şad-xürrəm  evə  qayıdanda  Xənnasın  onları 
qarşıladığını  görüb  dilxor  oldular.  İkinci    dəfə  tonqal  
yandırıb  Xənnası  oda  atdılar.  Yenə  də  canları 
qurtarmadı.  Nəticədə,  belə  qərara  gəldilər  ki,  onu 
böyük bir qazana basıb, bişirib yesinlər. Fikirləşdikləri  
kimi  etdilər.  İndi  İblis    insanın  ürəyində  yox, 
qanındadır.  Özü  də,  o  qan  İblisin  oğlu  Xənnasın 
qanıdır.  
Mən  bu  sualımla  müəllimimin  müdrikliyini 
bilmək istəyirdim. Axı, o, bir müsəlman kimi Bibliyanı 
bilməyə bilərdi. Ustadımın bu izahı məni daxilən sıxdı. 
O, sözünü belə bir şəkildə ümumiləşdirdi. 
Adəmlə  Həvva  Xənnası  yedilər  ki,  canları 
dincəlsin, övladlarını isə bəlaya saldılar. Beləcə zaman 
keçdi, bir ata və bir  anadan dünyaya gələnlər bir-birinə 
düşmən  kəsildi.  Bax,  bəşər  övladının  başına    gətirilən 
bütün müsibətlər valideynlərlə  bağlıdır... 
Mən  nəfəsimi  çəkmədən  ona  qulaq  asırdım.  O 
birdən  dayandı,  dərindən  nəfəs  aldı,  hiss  etdim, 
yorulubdur,  oturmağa  yer  axtarır.  Çarhovuzun  yanına 
gəlib,  söyüd  ağacının  altında  salınan  xalının  üstündə 
oturdu  və  mənə  də  yanında    yer    göstərdi.  Ortaya 
pürrəng  çay  gətirildi.  Bu  böyük  iltifat  idi.  Müəllimlə 
nimdaş  bir  xalının    üstündə  bardaş  qurub  oturdum. 
Müəllimim dedi ki, bardaş qurub oturmaq, insanın qara 
ciyərinin uzanmasına imkan vermir. 
Müəllimimdən  xahiş  etdim  ki,  yeni  yazdığı 
şeirlərdən birini oxusun. O, sözümü sındırmadı: 
 


    Nəzakət Əliyeva 
 
 
54 
Cəhalət içində olmuşdum sərsəm
Qocalıb getmişdim ürəyimdə qəm. 
Gümrah, cavan etdi yenidən məni, 
Bir mey, bir məhəbbət, bir də ki, nəğmə. 
Mey iç Mirzə Şəfi, dayanma gəl boş
Ol meylə, sevdayla, nəğməylə sərxoş. 
 
Fridrix  bu  şeiri  dərhal  qiymətləndirə  bilmədi. 
Lakin  sonralar  öz  müəllimi  haqqında    belə  yazmışdı: 
“Qəlbimdə  əbədi  yaşayan  hikmətli  sözləri,  şirin 
nəğmələri ilə qadın və qızlarımızın dilində əbədiləşmiş, 
adı  bütün    Avropada  iftixarla  çəkilən  Gəncəli  söz 
ustadım  Mirzə  Şəfi.  Sən  bu    gün  xatirimdə  yenidən 
canlanırsan.  Sanki  biz  çay    süfrəsi  ətrafında  əyləşib, 
sizin  gözəl  nəğmələrinizi  dinləyirik.  İnsanlara  sevinc, 
özünə əbədi şöhrət gətirmək üçün mənə bəxş etdiyin bu 
tər  çiçəklərdən  Sizə  gözəl  bir  çələng  hördüm,  qarşıma 
tökmüş olduğunuz bu zümrüd daşları sapa düzüb zərif 
bir boyunbağı düzəltdim, ey mənim söz ustadım”
1
.  
 
 
 
 
 
 
 
1 Şərqdə  min bir gün. Berlin, 1851, səh. 168. (Akif Bayramovdan götürülübdür)
  
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
55 
NEYLƏYİRSƏN YAŞI SƏN... 
 
Sevgiyə hədd qoymaq düzü günahdır, 
Cahilin hər işi, sözü günahdır  
Eşqi günah saymaq özü günahdır  
Kim deyir eşqimdə günahkaram mən. 
Bəxtiyar Vahabzadə 
 
Sentyabr ayı idi. Mirzə Şəfi Tiflisdə gimnaziyada 
dərs  deyirdi.  Axşamlar  Kür  sahilində  gəzinir,  dünya 
işlərini  xəyalından  keçirir,  gəlib-gedənlərə  baxırdı. 
Neftlə  doldurulmuş  fanarların  sarı  işıqları  yanmaqda 
idi.  Yanından  qırx  yaşlarında  bir  qadın  keçdi,  şair 
heyranlıqla onun arxasınca baxdı, tanımadı. Təsadüfən 
geriyə  qanrılan  qadın  onun  arxasınca  baxanı  gördü, 
geri qayıtdı. O, şairə yaxınlaşıb dedi:  
- Sən kimsən? 
- Qəribəm, Tiflisə təzə gəlmişəm. 
-Haradan? 
- Gəncədən. 
-Hə... Nə haqla arxamca baxırsan? 
-Gözəlin  arxasınca  baxarlar.  Allah  səni  gözəl 
yaradıb ki, mənim kimi yazıqlar arxanca baxıb qovrul- 
sunlar. Axı,  Allah  səni  gözəl  yaradıb təkcə özün üçün 
yox,  hamı  üçün  yaradıb...  «Gözələ  baxmaq  savabdır» 
sözlərini eşidibsənmi? Bəs, sənin adın nədir? 
-Susanna. 
Şəfi susdu. 
- Nə fikirləşirsən? 
- Ad tanışdır. 


    Nəzakət Əliyeva 
 
 
56 
-Ad-ada oxşayar, özünü çox yorma. 
-Doğru  buyurursan,  xanım.  Lakin  bu  adla 
əlaqədar macəralarım olubdur. 
Qadın cavab verib özünü tanıtmadı. Aradan xeyli 
vaxt keçmişdi... 
- Bəs, sənin adın nədir? 
        - Şəfi. 
-Yaxşı səslənir, dilim tutur «Şafi»... 
Bu gözlənilməz tanışlıqdan sonra Susanna ilə Şəfi 
arasında  vaxtilə  Gəncədə  əsası  qoyulan  sevgi  əhvalatı 
yenidən  təkrarlandı.  Bir  neçə  görüşdən  sonra  araları 
dəyir.  Şəfinin  gündüzü  qaranlığa  döndü.  Gecələr 
gözünə  yuxu  qonmadı.  Gec  tapıb  tez  itirdiyi 
məhəbbətini  yenə  də  tapa  bilmir.  «Susanna»  şeirini 
yazır.  Bir  həftə  içərisində  bu  şeir  şeytanbazar 
dəllallarının,  gentuman  kintoların  dilinin  əzbərinə 
dönür. Şerin sorağı Susannaya çatır. Əsəbləşib özündən 
çıxan  Susanna  gimnaziyaya  gəlir.  Şəfini  çağırtdırır, 
məktəbin  qabağındakı  bağa  yön  alırlar.  Qadın 
gözlənilmədən hücuma keçir. 
-Məni niyə rüsvay edibsən, ey şair? 
-Sən kimsən, ey mələk? 
- Susannayam. 
-Lap  gözəl,  çox  pakizə.  Susanna  vaxtı  ilə  sən 
mənim saatlarımı şirinləşdirir və bununla qəlbimdə elə 
bir  atəş  yandırıbsan  ki,  bu  atəş  səhrada  yanan  atəşə 
bənzər. Bu məhəbbətdir. Bütün dünya yuxuda olarkən, 
bütün  ətraf  sakit  ikən  məhəbbət  oyaqdır.  Bu  oyaq 
məhəbbət indi səni tapıb, taleyin üzümə gülüb. İndi gəl 
fəvvarənin  yanındakı  skamyanın  üstündə  oturaq  və  ilk 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə