MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

    Nəzakət Əliyeva 
 
 
40 
Həyat baxçamda da Əsir küləklər. 
Haray, mənim bahar fəslim nə soldu? 
Həyat çeşməm daha görünməz oldu. 
İnan, sənsiz elə yannam, yaxıllam, 
Mənim tək görməmiş təşnə bu əyyam. 
Əgər sevdam başımda qalsa böylə, 
Ümidim yoxdu vəslə heç səninlə. 
Dönüb bəxtim,gecəm bil,gündüz olmaz. 
Səhər doğsa qəmimdən heç nə qalmaz. 
Kimin xoş bəxti var gülsün, sevinsin, 
Ona taleh yar olmuş, qoy öyünsün. 
Qarabəxtin halın hardan bilər o? 
Sitəmdən, hicrdən bilməz xəbər o. 
Günəş cəmallıda rəhm olsa hərgah 
Günəşə həsrətlə mən çəkmərəm ah. 
Axı, səndən uzaqdı bu kədər-qəm, 
Ürək darda, ciyər qan, gözlərim nəm. 
Könül doymuş inan ki, qəm, kədərdən, 
Qaçaram vəhşi-tək, cinsi-bəşərdən
Elə bil Məcnunam sevdayi-leyli 
Ürəkdə səhrayə artırdı meyli. 
Göründü bir qasid, yox-yox o candı, 
Bu xəstə qəlbimə ruhi-rəvandı. 
Məni şad eylədi, o verdi namə
Nə namə, ətridə misli şəmamə. 
Dolunca dağu-səhra, mişkilə mən- 
Dedim ahu köbəyi gəldi Çindən 
Başımdan əqlimi aldı bir anda, 
Dəyişdi halimi bu xəstə canda. 
Açarkən naməni getdi kədər, dəm, 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
41 
Kəramət qapısı açıldı ol qəm, 
Bu namə dilrüba, o yardan idi, 
O munis sevgilim dildardan idi. 
Gah öpdüm, gah da qəlbim üstə qoydum 
Mənə sevinc gətirmişiydi, duydum. 
Fəqət birdən halım oldu pərişan 
O xəttə baxmağım deyiidi asan. 
Təəccüb eyləyirdim iqbahmdan, 
Mənə namə gəlib mişkin xalımdan. 
Baxanda naməyə halım duruldu, 
Ürək də namənin ətri ilə doldu.  
İlahi, bu necə xoş saət idi?  
Bu ki, bir əvəzsiz səadət idi.  
Məgər bu dövranın rəyi dolandı,  
Yatam bəxdim məgər birdən oyandı?  
oldu cövri - çərx, ol zülmü-dövran 
O zülümündən məgər oldu peşiman?  
Oxudum naməsin gülüzlü yarın  
İşindən halı oldum ol nigarın.  
O namə çox şəfəqqətlə yazılmış,  
Necə lütfü-məhəbbətlə yazılmış.  
Yazıb «Ey hicranın bəndində dustaq,  
Hicrana səbir ilə dözərlər ancaq,  
Qoy, üzüm dönməsin cövri fəraqdan  
Hicrimdə əl üzmə sən iştiyaqdan.  
Hələ əskilməmiş mehrin yanımda,  
Sevdan başımdadır, zövqiin canımda.  
Səni unutmaram, fikrim bu olmuş  
Nə vaxt ollam o yarımla həmağuş.  
Bütün eşq əhlinə bu bir məramdır  


    Nəzakət Əliyeva 
 
 
42 
Naümmidlik məşuqlara haramdır...». 
Gəl ey saqi, gətir bir cami-gülgün,  
Ürəkdə pas tutan dərdimi silsin.  
Şükür olsun ki, bəxtim də yar oldu,  
Nə xoş əyyam, nə xoş rüzigar oldu!  
Gəl ey Vazeh məcazi-eşqidən sən  
Həqiqət tap, onunla yüksələrsən. 
 
Bu  iki  qəzəl  və  «Məktubun  intizarında»  lirik 
poema  yuxarıda  dediyimiz  kimi  Tibilisidə  Kekelidze 
adına  Əlyazmalar  İnstitutunda  P-  107  (137)  şifri  ilə 
qeyd 
olunan 
bir 
cüngün 
içərisindədir. 
Həbib 
Məmmədzadənin  verdiyi  məlumata  görə,  «Şeir 
məcmuəsi»  adlanan  bu  cünk  Mirzə  Şəfi  hələ  Gəncədə 
ikən  1821-ci  ildə  onun  öz  xətti  ilə  yazılmışdır.  Mirzə 
Şəfinin  bu  vaxta  qədər  məlum  olmayan  «Məktubun 
intizarında»  lirik  poeması  və  farsca  şeirləri  Balaş 
Azəroğlu  tərəfindən  azərbaycancaya  tərcümə  edilərək 
«Azərbaycan» jurnalında H.Məmmədzadənin məqaləsi 
ilə birlikdə dərc edilmişdir. Heç şübhəsiz, bu tapıntının 
Mirzə  Şəfi  Vazeh  yaradıcılığının  işıqlandırılmasında 
müəyyən  elmi  əhəmiyyəti  vardır.  Bu  şeirlər  öz  əsas 
ruhu  və  motivləri  etibarı  ilə  Mirzə  Şəfi  irsinin  bundan 
əvvəl  tapılan  orijinalları  ilə  həmahəngdir.  Üslub, 
təşbeh,  istiarə  və  s.  bədii  təsvir  vasitələri  cəhətdən  bu 
şeirlər  bir-birinə  çox  oxşayır.  Hər  ikisində  məhəbbət 
əsas  yer  tutur.  Tapılan  iki  beytdən  birincisində  deyilir 
ki,  badi-səba  «dildarın  olduğu»  yerdən  əsdiyi  üçün 
onun  Çin  səhrası  kimi  geniş  olan  «könül  evini» 
hərəkətə gətirmiş, ürəyi çırpınmağa başlamışdır. İkinci 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
43 
beytdə isə «hicran zəhərindən ölümünü gözləyən aşiqə 
artıq  heç  bir  dərman  fayda  verməyəcəkdir»  sözləri 
ifadə  olunur.  Beləliklə,  beytlərdən  birində  həqiqi  aşiq 
və  nikbin  göründüyü  halda,  digərində  bədbin  və 
şikayətçidir.  Eyni  halı  şairin  farsca  qəzəllərində  də 
görürük.  Romantik  aşiq  olan  şairin  qəlbində  sevinc  və 
kədər  birləşmişdir.  Şair  məhəbbət  yolunda  nə  qədər 
iztirab  çəkib  qəmlənirsə,  vüsal  ümidi  ilə  bir  o  qədər 
ruhlanıb şadlanır: 
 
Sənin atəşli çöhrəndən iki xislət doğub məndə: 
Gözüm ağlar, özüm yannam, inan, ey çeşmi-     
                                                    məstanım. 
Xoşam, qəmlə scvinc tutsa əgər dünyanı hər  
                                                      yandan
Nə onla, nə bununlayam, mənim eşq oldu  
                                                      Ürfanım. 
 Tacım ah, göz yaşım Təxt, ləşkərim      
                                          dərddir,qəmim ölkəm, 
Mən eşqə sultan olsam da, sənin eşqindi sultanım. 
 
İkinci  qəzəlində  şair  eşqi  dünya  nemətlərinin  ən 
yüksəyi  hesab  edir;  eşqin  dərd  və  qəmini  duymayan 
ürəyi  «susuz  çeşməyə»  bənzədir  və  eşqin  əsiri  olduğu 
üçün özünü xoşbəxt sayır. 
Hər  iki  qəzəl  məzmun  dolğunluğu  və  lirizmi  ilə 
seçilir.  Ümumiyyətlə,  düşünərək  mənalı  və  ürəkdən 
yazmaq  Mirzə  Şəfi  qəzəllərinin  əsas  xüsusiyyətlərini 
təşkil  edir.  Bu  cəhətdən  onun  qəzəlləri  Füzuli  şerinin 
ruhunu xatırladır. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə