MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə29/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

    Nəzakət Əliyeva 
 
 
120 
ziyalılarımızdan bir neçəsinin bu fədakar insan, böyük 
müəllim  haqda  xatirələrindən  müəyyən  iqtibaslar 
gətirmək istərdim: 
 Akademik Ağamusa Axundovun xatirələrindən: 
"...  Mehdi  müəllim  böyük  təşkilatçı,  yaradıcı 
rektor  olmaqla  yanaşı,  böyük  şəxsiyyət  idi.  Onun 
şəxsiyyətində  prinsipial,  tələbkar  insanla  humanist, 
qayğıkeş  insan  vəhdət  təşkil  edirdi.  Onun  şəxsiyyəti 
yadımda  müdriklik  rəmzi  kimi  qalıb...  Gözəl  alimin, 
bənzərsiz  müəllimin,  nəhəng  təşkilatçı  və  böyük 
şəxsiyyətin  əziz  xatirəsi  onu  tanıyanların  yaddaşında 
və qəlbində əbədi həkk olunaraq qalır...". 
Azərbaycan  MEA-nın  müxbir  üzvü,  professor 
Məsumə Məlikovanın xatirələrindən: 
"...  Bu  gün  çoxsaylı  mühüm  hadisələrlə  zəngin 
olan  illər,  zamanlar  keçdikdən  sonra  hər  birimizin 
cəmiyyətdə,  kollektivdə  müvafiq  mövqe  tutduğumuz 
bir vaxtda səni vaxtilə əhatə edən, bu dünyanı artıq tərk 
etmiş,  lakin  çoxsaylı  insanların  həyatında  dərin, 
silinməz  izlər  buraxmış  şəxslərin  fərdi  keyfiyyətlərini, 
şəxsiyyətlərinin  dəyərini  xüsusilə  aydın  dərk  edirsən. 
Belə 
şəxsiyyətlər 
bütöv 
nəsillərin, 
ziyalılar 
pleyadasının  hamiləri  missiyasını  özlərində  daşıyırlar. 
Mehdi  Sadıxoviç  məhz  belə  insan  idi  və  mənim 
xatirimdə  beləcə  prinsipial,  obyektiv,  diqqətcil  bir 
insan, 
yüksək 
nüfuzlu  bir  şəxsiyyət  olaraq 
qalmışdır...". 
Professor Müseyib Müseyibovun xatirələrindən: 
"... Hamı onu pak bir insan, təhsili, elmi sevən bir 
alim, 
Universitetimizi, 
Vətənimiz 
Azərbaycanı 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
121 
özündən  artıq  sevən  Vətən  oğlu,  ağsaqqal  hesab 
etmişdir.  Mehdi  müəllim  ən  yüksək  hörmətə  və 
ehtirama layiq insan idi...". 
Professor Faiq Əhmədovun xatirələrindən: 
"...Mehdi  müəllim  haqqında  Mehdi  müəllim 
zirvəsində  olan  insanlar  söhbət  edə  bilərlər...  Mehdi 
müəllim  çox  qayğıkeş  müəllim  və  rəhbər  idi...  Mehdi 
müəllim  böyük  müəllim,  qayğıkeş  insan  və  müdrik 
rəhbər kimi həmişə ürəyimizdədir." 
Professor Niftalı Qocayevin xatirələrindən: 
"... Mehdi  müəllim  Böyük Vətən müharibəsində 
yaralanaraq  qayıtdığı  gündən  ömrünün  sonunadək 
həyatını  təhsilə,  tədrisin  təşkilinə  və  elmi  kadrların 
hazırlanmasına həsr  etmişdir. O, təhsil fədaisi idi.." və 
s. 
Hörmətli oxucu! Mehdi müəllim haqqında bu xoş 
xatirələri  istənilən  qədər  artırmaq  olardı.  Ancaq  hesab 
edirəm ki, bu deyilənlər Mehdi müəllimin sözün, geniş 
mənasında,  uca  şəxsiyyət  və  müdrik  ziyalı  olduğunu 
bir  daha  təsdiqləyir.  Azərbaycan  ziyalılığını  təmsil 
edən  bu  böyük  insana  qiymət  verərkən  onun  hansı 
partiyanın  üzvü  olduğunu,  hansı  böyük  vəzifələrdə 
işlədiyini yox, yalnız həqiqi insanlığını və şəxsiyyətini 
göz  önünə  gətirmək  gərəkdir.  Bu  mənada  Mehdi 
müəllim  böyük  Azərbaycan  ziyalısı,  ziyalılar  arasında 
böyük nüfuzu olan uca şəxsiyyət idi... 
Bir  neçə  kəlmə  də  Mehdi  müəllimlə  bağlı 
gördüyüm  və  eşitdiyim  hadisələrdən  söz  açmaq 
istəyirəm.  Yuxarıda  dediyim  kimi,  mən  tələbə  olanda 
Mehdi  müəllim  Universitetə  rektor  təyin  edilmişdi. 


    Nəzakət Əliyeva 
 
 
122 
Mehdi  müəllim  ortaboylu,  irisifətli,  eynəkli,  xoşsifət, 
ciddi görkəmli bir insan idi. Universitet dəhlizində onu 
görən  tələbə  və  müəllimlər  hörmət  və  ehtiramla  ona 
yol verər, baş əyib salamlaşardılar. Mehdi müəllim çox 
böyük  nüfuz  sahibi  idi.  Universitetdə  hamı    onu 
sevənlər  də,  onu  istəməyənlər  də  onun  nüfuzu 
qarşısında,  necə  deyərlər,  muma  dönərdilər.  Çünki  o, 
sözünün ağası olan şəxsiyyət idi, müdrik qərarlar verər, 
haqqı-ədaləti    heç  zaman  pozmazdı.  Mən  Mehdi 
müəllimi  rektor  vəzifəsindən  ayrılıb  kafedrada  dosent 
kimi çalışdığı illərdə də (1971-1972) çox görmüşəm. O 
dövrdə  də  hamı  ona  ehtiramla  yanaşar,  hörmətlə 
salamlaşar,  yol  göstərərdilər.  Mehdi  müəllim 
mənəviyyatca saf, büllur kimi təmiz müəllim idi. O, bir 
ədalət  mücəssəməsi  idi.  Saflıq,  təmizlik,  sadəlik, 
prinsipiallıq,  xeyirxahlıq,  müdriklik  Mehdi  müəllimi 
həmkarlarına,  tələbələrinə,  yetirmələrinə,  bütövlükdə 
insanlara  sevdirən  üstün  keyfiyyətlər  idi...  Onu  da 
deməliyəm  ki,  Mehdi  müəllimim  mənim  taleyimdə  də 
izləri qalıb. Ali təhsil haqqında diplomumda bu böyük 
müəllimin  rektor  kimi  imzası  var.  Ali  məktəbi 
bitirəndən sonra Gəncə Dövlət Pedaqoji İnstitutuna işə 
göndərilməyimdə,  Universitetin  aspiranturasına  qəbul 
olmağımda 
da 
Mehdi 
müəllimin 
xidmətləri 
unudulmazdır... 
Mehdi  müəllim  haqqında  bu  yazını  Həzrəti 
Məhəmməd  Peyğəmbərin  belə  bir  müdrik  kəlamı  ilə 
bitirmək  istəyirəm:  "  Yaxşılığa  öyrəşmiş  və  alim  şəxs 
insanlann ən yaxşısıdır.". Doğrudan da, Mehdi müəllim 
yaxşıların yaxşısı, xeyirxahların xeyirxahı idi. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
123 
İnanıram ki, bu böyük müəllimin əziz xatirəsi onu 
tanıyanların,  tələbələrinin,  yetirmələrinin  qəlbində 
əbədi 
yaşayacaqdır. 
Neçə 
ki, 
Bakı 
Dövlət 
Universitetinin şanlı tarixi var, Mehdi Əliyev də həmin 
tarixin  bir  səhifəsi  kimi  hər  zaman  xoş  xatirələrlə 
anılacaqdır. 
Ruhu şad olsun! ... 
 
FRİDRİX BODENŞTEDTİN 
“ŞƏRQDƏ MİN BİR GÜN” 
ROMANININ 
ÖN SÖZÜ 
Bir çox nəğməkarlardan, o cümlədən 1918-ci ildə 
Hötenin  fars  nəğməkarı  Hafiz  haqqında  sırf  insan 
fəlsəfəsindən  bəhs  edən  Qərb-Şərq  divanı  nəşr 
edildikdən sonra Hannoverdə anadan olmuş Fridrix fon 
Bodenştedin  üstünlüyü  uzun  illər  Şərqdə  yaşayaraq 
hələ bu gün də poeziya dolu Qafqazın adət - ənənələri 
ilə  şəxsən  tanış  olması  idi  (1843-1845).  Bu  illərin 
poetik məğlubiyyəti şairin baş əsəri “Şərqdə min və bir 
gün”  ilə  gəldi.  Bu  əsər  1850-ci  ildə  nəşr  edildi  və  bir 
çox  nəşriyyatlara  göndərildi.  Əlbəttə,  poetik  məğlu-
biyyət.  Çünki  nəsr  əsərində  Bodenştedin  Rusiyanın 
Qafqazdakı  valisi  general  Naythart  tərəfindən  Tiflis 
tərbiyə  institutunun  rəhbəri  təyin  edilməsi  haqqında 
heç  nə  öyrənə  bilmirik.  Həm  də  Bodenşted  bu  xəlqi-
tarixi səyahət təsviri romanında əsas obraz deyildir. Bu 
əsərin  qəhrəmanı  Tiflisdə  Bodenştedin  tatar  dili 
müəllimi  Gəncə  ülaməsi,  Şərq  şöhrətpərəstliyindən 
uzaq  olmayan,  öz  ruhlandırılmış  şagirdlərinə  güllü-


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə