Nəzakət Əliyeva
156
İngilis ülgüclərindən Mirzə xüsusi bir həyəcanla
danışırdı, çünki, o həyatının ən gözəl illərində bir
kazakın məsləhəti ilə bunlardan bir neçəsini əldə
etmişdi.
Gəncəli alim bu ülgüclərdən birinin əhvalatını
bizə danışanda, mənimlə bir otaqda qalan pərəstişkar
turist, Mirzəni təəccübləndirmək üçün öz otağına getdi.
O əlində bir cüt qığılcım parıltılı, gözəl və iti ülgüclə
geri qayıtdı. Onları alimin gözünün qabağına tutaraq
soruşdu: «Bunlar sənin xoşuna gəlir?».
«Çox! – Aman Allah».
«Onları məndən yadigar kimi götür. Qoy sənin
əqlin bu tiyə kimi iti, sənin başın isə bu üglüc kimi
parıldasın!».
Mirzə Şəfi bu hədiyyəni məmnunluqla aldı. O
ülgücü
cibinə
qoydu
və
getmək
istədi;
Xudahafizləşəndə
o, mənim qarşımdakı ingilis
qayçısına nəzər saldı.
«Qayçı da mənim xoşuma gəlir», - dedi o.
«Bu məni çox sevindirir», cavab verdim mən və
ona xeyirli gecə arzuladım. «Axşamınız xeyir olsun!».
BEŞİNCİ FƏSİL:
Müdriklik məktəbi
(Davamı)
«Mirzə Şəfi, – deyə mən biz yenidən müdriklik
divanında toplaşanda sözə başladım - əgər mən sənə
söyləsəm ki, Qərbin müdrikləri siz onları necə axmaq
hesab edirsinizsə onlar da sizi elə axmaq hesab edirlər,
nə cavab verərsən?».
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
157
«Mən təəccüblənməkdən başqa nə edə bilmərəm»
- dedi. O - Əgər siz mənim mühakiməmi təkrar
edirsinizsə, mən sizdən hansı bir yenilik öyrənə
bilərəm?». O özünə təzə çubuq gətirdi və bir an fikrə
dalaraq tüstülədi, sonra bizdən qələmdanı hazırlamağı
xahiş etdi və oxumağa başladı.
«Mirzə Şəfi – deyə mən onun sözünü kəsdim –
ağıllı başlanğıc üçün sənin müdriklik kəlamlarını
qərblilərə paltar kimi geydirsəydik, onlar bizə dəlillər
güzgüsü kimi baxardılar və bu gənc xanımlar və
qadınlar üçün əyləncə olardı!».
«Qadınlar hər yerdə ağıllıdırlar, - dedi,- mənim
hörmətli müəllimim – onların hakimiyyəti çox
böyükdür. Kiçik qadın barmaqları ən böyük inam
imarətlərini belə ağzı üstə çevirir və gənc xanımlar isə
kilsənin ən qədim nizamnamələrini rüsvayçılıqla sona
çatdırırlar».
«Ancaq sən mənim verdiyim suala cavab
vermədin, ay Mirzə!» «Sən müdrikcəsinə danışırsan».
Mənim sözlərimin cücərtisi sənin simanda qafiyəyə
çevrildi. Sən yaz, mən isə oxuyacağam!. O bir neçə
gözəl mahnılar oxudu və mən onların bir hissəsini
almancaya çevirdim.
«Mirzə Şəfi, – dedim, - mən və bir anlıq alimin
bir stəkan çaxır içməsindən və təzə çubuğunu
çəkməsindən istifadə etdim. – Gənc xanımların qəlbi
sənin mahnılarının şirin əzəmətində riqqətə gələcək,
ancaq bizim xalqın alimləri sənə qarşı qısqanclıqla
deyəcəklər; sənin fikirlərində və dünyagörüşündə
Nəzakət Əliyeva
158
müxtəliflik yoxdur. Sənin nəğmələrin yalnız bir şeyə -
şəraba, məhəbbətə və qızıl güllərə həsr edilmişdir».
Heç mənə tərəf baxmadan və cavab vermədən
Mirzə Şəfi bir an qatı tüstü buludlarına büründü, sonra
sakitcə bir neçə qədəh şərab içərək öz nəğməsini
oxudu.
ALTINCI FƏSİL:
Gəzintilər, uzaqgörənliklər və möcüzələr
Mənim mənzilim müqəddəs David dağının
ətəyində yerləşirdi. Burada ortasından daşlı çıxıntı ilə
yüksələn qədim bir kilsə var idi və onun müqəddəs
qoruyucusu bu dağa öz adını vermişdir.
Qədim zamanlardan bəri bu kilsə müqəddəs
Davidin möcüzəli qüvvələri ilə məşhurdur. Hər hansı
bir qadın və ya gənc qız kilsənin ətrafında üç dövrə
vurarkən, hər dəfə bir daşı onun bayır divarına heç bir
yapışdırıcı və palçıqdan istifadə etmədən divara
yapışdırarsa, onun ürəyindəki arzuları həyata keçəcək,
yalnız onda əgər onun günahsız arzuları, fikirləri ilə
rüsvay edilməyibsə.
Əgər gənc bir qız öz ərinin saf məhəbbəti üçün
alışıb yanırsa, onların dualarını müqəddəs David yalnız
o zaman eşidir ki, buna elə bir xüsusi səbəb olmasın.
Əfsanələr bu kilsənin möcüzəli qüvvəsinə inanan
gənc qızların həqiqi ər tapmalarından və qadınların
övlad payı ilə xeyir-dualanmalarından danışırlar.
Xüsusilə, bu böyük müqəddəsin doğum və ölüm
günü olan cümə axşamı, onun möcüzəli qüvvəsi daha
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
159
çox təzahür edir. Həmin gün məbədin dövrəsində çoxlu
daşlar olur və bu daşlar palçıqsız onun böyük
divarlarına yapışdırılmalıdır.
Bu daşlar natəmiz əllərə dəyməsin deyə kilsənin
xidmətçiləri tərəfindən çox canıyananlıqla toplanaraq
möminlərə müqəddəs Davidin böyük xeyir – duasının
əvəzində kiçik bir pula verilir. Buna görə hər cümə
günlərində Tiflisin qadın və gənc qızları bayram
paltarında müqəddəs David dağına ziyarətə gəlirdilər
və hər kəs Gürcüstanın ucaboylu qızlarının,
gözəlliklərinin çiçəklənən bu vaxtında onları belə
topalanmış görərsə, yerdəki möcüzələrə inam
yoxdursa, onun üçün yaxşı olardı ki, qoca bir zənci
qadının boğazından asılıb ən dərin yerə, Didibeh
vadisinə diyirlənsin !
Hətta xristian olmayan üləma Mirzə Şəfi belə
müqəddəs Davidin möcüzəli qüvvəsini qiymətləndirir,
belə ki, o, ölümündən sonra belə gözəl xanımları canlı
həyata qaytarır.
Bütün dünyada – deyə Mirzə mənimlə evin
damında və ya eyvanında ruhlanmış halda qəlyan
çəkərkən, yanımızdan rəğbət dolu baxışlarla ötüb
keçən möminləri seyr edə-edə dedi: - Dünyanın
harasında gözlər belə sevimli tosqun baldırları görə
bilər və harada çılpaq ayaqlar burdakı kimi görünə
bilər?
Yəqin bu qədim dini bir adətdir ki, xüsusilə,
gözəl ayaqları olan sahibələr vicdanı qüvvədə
saxlamaq ki, duaçılar ziyarətdən əvvəl öz corab və
ayaqqabılarını soyunaraq, müqəddəs Davidin kilsəsinə
Dostları ilə paylaş: |