MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə39/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

    Nəzakət Əliyeva 
 
 
160 
ayaqyalın  yuxarı  dırmaşırlar.  Başlarına  taca  bənzər 
bəzək  taxırlar  ki,  onun  da  arxasından  uzun,  hörülmüş 
saçların büstündən ağ örpək sallanır. 
Gürcü xalqının bir çox qadınları hələ də çadrada 
gəzirlər,  bu,  qar  kimi  ağ,  bütün  bədənlərini  örtən 
bürüncəkdir,  ancaq  bəzi  gözəllər  bunu  elə  ustalıqla 
edirlər  ki,  onların  bütün  surəti,  hətta  onun  içində  də 
seçilir. Ziyarət zamanı kiçik kilsəyə gedən yol gözəllik 
qurşağı kimi dağın gövdəsinə dolanır.  
Şəhər  öz  sarayları,  gümbəzləri,  qala  və  yeraltı 
komaları ilə, sıx kölgəli hər cür meyvələr, şaftalı, əncir, 
nar,  tut,  üzüm  tənəkləri,  heyva  bitən  bağları  ilə  sanki 
bizim ayağımızın altında idi. Uzaqdan ilanvari qaçışla 
axaraq  şəhəri  tərk  edən  Kür  çayı  yaşıla  bürünmüş 
təpələrin  arxasında  itirdi  və  bizim  başımız  üzərində 
qalın buludlu Gürcüstan səması qübbəyə bənzəyirdi. 
Biz  David  dağına  qalxaraq,  diqqətlə  onun 
ayağında  pillə-pillə  bir-birinin  üzərində  tikilən 
komaları,  kiçik  yonulmamış  daşlardan  tikilən 
pəncərəsiz  və  hər  cür  xaricdən  və  daxildən  olan 
bəzəklərini  nəzərdən  keçirir  və  təəccüblə  bir-
birimizdən  soruşurduq:  “Bu  o  balıq  qulaqlarımıdır  ki, 
onun içində gürcü gözəlliyinin inciləri gizlənib?”  
Bu  komalara  işıq  yuxarıdan  yastı  damların 
açılması  ilə  düşürdü  və  pis  hava  olduqda,  bu  açılan 
yerlər  bağlı  qalanda,  içəridə  gecə  qaranlığı  hökm 
sürürdü.  Biz  komaları  çətinliklə  yuxarı  qalxanda 
qorxaq  itlər  hürürdülər,  lakin  ən  böyük  təhlükə  səhv 
addımda hər hansı gürcü ailəsinin çağırılmamış qonaq 
kimi üstünə yıxılmaq idi. Biz təmiz bir döngəyə çatdıq, 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
161 
o  isə  bizi  boş  cığırla  Tiflis  gimnaziyası  yerləşən  yerə 
apardı  və  bu  bizə  ölkənin  mağara  adamlarının 
avropalıları necə sakin etmələrini xatırlatdı. Aleksandr 
və  gimnaziya  meydanını  ayıran  küçə  Tiflisin  əsas 
küçələrindən  biri  sayılır.  Qori  şəhəri  tərəfdən  gələn 
yolda  darvazanın  solunda  Tiflisin  qalereyaya  bənzər 
evlərinin  gözəl  mənzərəsi  açılır.  Sağ  tərəf  isə  bizi 
şəhərin  daxilinə  aparır.  Burada  yaxın  məsafədə 
gimnaziya  ilə  maili  istiqamətdə  yerləşən  çox  köhnə 
Tision kilsəsi bizim diqqətimizi cəlb etdi: onun sağında 
isə  Qafqaz  valisinin  pillə-pillə  tikilmiş  sarayı  gözəl 
Asiya  cah-cəlalı  ilə  parıldayan,  ancaq  avropalı  əlinin 
səliqəsi  ilə  salınmış  bağ  görünürdü.  Bu  saray 
Gürcüstan  şahının  köhnə  Rostom  tərəfindən  tikilmiş 
qalasının qırıntılarından tikilmişdir.  
Bir  neçə  addım  irəli  getdikdən  sonra  biz  Erivan 
meydanına,  Tiflisin  mərkəzi  nöqtəsinə  çatdıq.  Burada 
Avropa Asiya ilə birləşir. Rusların böyük, tam müasir 
tipli  tac  evləri  ilə  üzbəüz  ermənilərin  yastı  damlı, 
qalereyaya  bənzər  evləri  və  ordan  birbaşa  yarısı  yerin 
altında olan gürcü, fars və tatar komaları dayanmışdı. 
Meydanda  çadralı  gürcü  qadınları  ilə  yanaşı,  rus 
məmur  qadınları  da  gəzişirdilər.  Araratdan  atla  gələn 
vəhşi kürdün yanında Don kazakı da var idi, Moskvalı 
boz  pencəklilərə  tərəf    imerçili,  osetin  və  ləzgilər, 
cırılmış  paltarlı  “yükdaşıyanlar”  sıxlaşırdılar.  Biz 
boğaza tərəf addımladıq, uzun, əyri, döşəməsiz küçələr 
bizi  qılınc  və  tüfəng  düzəldənlər,  dəmirçi,  dərzi  – 
qısası,  bütün  sənətlərin  nümayəndələri  öz  açıq 
emalatxanalarında  işlədiyi  yerə  aparırdılar.  Burada 


    Nəzakət Əliyeva 
 
 
162 
məşhur  Qafqaz  xəncərlərini,  papaqlarını,  barıt 
qablarını, kəmərləri, yaylıqları, çərkəziləri ucuz almaq 
mümkün idi. 
Bu  canlı  küçələr  bizi  Tiflisin  ən  səs-küylü 
bazarlarından olan erməni bazarına və hündür, böyük, 
özünün çoxlu otaqları, dükanları, qalereya və anbarları 
ilə  kiçik  bir  şəhər  olan  karvansaraya  aparırdı.  Burada 
Şərqin dəyərli malları, şallar, ipək parçalar, xalçalar və 
s.  yığılmış  geniş  otaqlarda  səhərdən  axşama  qədər 
insan sıxlığı, dillərin qarışması, sifətlərin və geyimlərin 
müxtəlifliyi,  eynilə  Almaniyanın  canlı  yarmarka 
şəhərində olduğu kimi, canlanma hökm sürürdü. 
Kişilər  arasında  biz  onların  çoxunun  ucaboylu, 
güclü  və  gözəl  sifətləri  olduğunu  gördük.  Bizim 
karvansarayda  bazarın  yanında  qarşılaşdığımız  gürcü 
və  erməni  qadınları  müqəddəs  David  dağını  ziyarətə 
gələn  gözəl  möminələrdən  fərqli  olaraq,  tam  tərsinə, 
çox çirkin idilər. Çünki bazarda və yarmarkada yalnız 
yaşlı qadınları görmək olardı (Tiflisdə yaşı 30-u keçən 
qadınlar  artıq  qoca  sayılır)  və  öz  gəncliklərində  belə 
xoşagələn və yüksək dəyəri olan bu gürcü qadınlarının 
qocalığı  öz  çirkinliyi  ilə  qorxuncdur.  Onların  belə  tez 
çevrilməsi onlara qarşı soyuq münasibət yaradır, ancaq 
bizdə,  yüksək  təhsillilərdə,  çirkin  və  qoca  qadınlarla 
səmimi  və  xoş  rəftar  edilir.  Ümumiyyətlə,  belə 
çirkinlik  adətən  yaşlı  gürcü  qadınlarında  olduğu  kimi, 
bizdə  nadir  müstəsnalıqdır.  Biz  böyük  karvansarayı 
tərk  etdik,  yüklərlə  dolu  dəvə  karvanı  ilə  Kür  çayının 
iki yerə ayırdığı şəhəri bir –biri ilə birləşdirən körpüyə 
tərəf  yönəldik  və  “Sand”  deyilən  yerə  çatdıq  (yeni 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
163 
Avlabar  şəhərinin  bir  hissəsi)  və  burada  biz  alman 
əhalisinin ortasında idik.  
Burada  köçəri  şvablar  (alman  tayfası)  yaşayırdı, 
bura Tiflisin alman koloniyası və Kür çayının şəhərin o 
biri tayından ayırdığı hissəsi idi. 
Erməni  bazarının  və  fars  karvansarayının 
basabasından,  Şərqin  sərvətlərinin  daşınmasından  – 
yorğun  sifətli,  bir  qədər  zərif  və  günəşdən  yanmış 
sifətli  insanlar,  yüklənmiş  dəvələr  və  qatırlar 
dünyasından  sanki  biz  başqa  bir  dünyaya  düşdük, 
qarşımızda  şvabların  həyatının  bir  hissəsi  canlandı: 
onların danışıqları, evləri, müştükləri və köynəklərinin 
qolları və s.  
Bu 
enlikürəkli, 
dəmir 
yumruqlu 
Nekar 
arqonavtları  (mifik  qəhrəmanlar)  dənizlərdən  üzərək, 
Bosforla Qara dənizə və Kolxid meşələrindən keçərək, 
Kürün  bu  məhsuldar  sahillərinə  gəlmiş  və  üzüm 
bağları yetişdirirlər; indi biz günün uzun gəzintisindən 
bir saatlıq dincəlmək istəyirdik.  
Sağda,  kiçik  qəribə  bir  yerdən  dama  girişi  olan 
bir  evdə  çox  vicdanlı  Zalsman,  Tiflisin  sand  sakini 
yaşayırdı.  İçəri  daxil  olarkən  başını  aşağı  əyməliydin, 
yoxsa  o  alçaq  qapının  dirəyinə  dəyəcəkdi.  Sağda 
bilyard otağı var idi, burada rus zabitləri oynayır və səs 
–  küy  salırdılar.  Solda  isə  sakit  kiçik  bir  otağı  cənab 
Zalsman  hər  hansı  bir  vaxtda  gələn  öz  alman 
həmyerliləri  üçün  hazırlamışdı  və  buraya  rusların  və 
asiyalıların  girişi  yox  idi.  Biz  oraya  yönəldik. 
Balacaboylu, otel qarsonu bizim qarşımıza çıxdı: 
-
 
“Salam, köhnə dost, cənab Zalsman nə edir? 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə