MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə42/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

    Nəzakət Əliyeva 
 
 
172 
«Mirzə  Şəfi,-  deyə  mən  onun  sözünü  kəsdim.  –  Sən 
başından  ayağına  qədər  vurulmusan,  boynuna  al,  mən 
bunu sənin bütün varlığında hiss edirəm!». 
«Sən  haqlısan,  -  gülümsəyərək  dedi  o,  «bütün 
dünya  mənə  yenə  çəhrayı  işıqda  görünür!  Necə 
demişdi  Hafiz».  Mən  yenə  onun  sözünü  kəsdim».  Ay 
Mirzə,  sən  niyə  öz  nəğmələrini  oxumursan?  Hafizin 
gözəl  nəğmələrini  mən  həmişə  oxuya  bilərəm,  ancaq 
mən  nə  qədər  sənin  yanındayam  sənin  səsini  eşitmək 
istəyirəm». O razılıqla başını yırğaladı və xahiş etdi ki, 
qələmdanı hazırlayım və oxumağa başladı: 
              Bir yüksək məqsədə can atırıq biz, 
   Sənin kimi mən də belə. 
              Özümüzü əsirliyə atırıq biz. 
Sənin kimi mən də belə 
Səni öz qəlbimdə gizlədərəm –  
Sən məni özünkündə 
Ayrıca ya da birgə, belə yaşayırıq biz 
Sənin kimi mən də belə. 
«Sən hələ yazmırsan?» - deyə o, qəfildən sözünü 
kəsdi. 
«Əlbəttə yazıram, axı sən mənə demisən!». 
«Ancaq  belə  cəfəngiyyat  yazmamalısan.  Mən 
özümü  bir  az  toparlamaq  istədim;  axı  adam  kiməsə 
vurulanda yaxşı şeirləri qoşmaq çətin deyil». 
 
 
 
 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
173 
ONUNCU FƏSİL: 
Axalsix paşalığında gəzinti 
Güclü öd kisəsi ağrıları və qızdırması məni yayın 
əvvəlində  xəstəxanaya  saldı,  quru-isti  havası  olan 
Tiflisin  həkimləri  onun  burada  müalicəsi  olmadığını 
təkid  edirdilər,  buna  mən  uzun  müddətə  paytaxtı  tərk 
edib güclü dağ havasında müalicəmi  axtarmalı idim. 
Mirzə  Şəfi  mənim  xəstəliyimin  pisləşməsinin  
səbəbini  qəbul  etdiyim  dərmanlarda  görür  və  mənə  
məsləhət    görürdü  ki,  dağlardakı  bağlara  baş  çəkib, 
mədəmi  tut  ağacının  meyvələri  ilə  doldurum  və  bu 
ləzzət  mənim  xəstəliyim  aparacaq.  Sololaki  dağı 
şəhərin ən gözəl  yerində yerləşir, onun geniş çiyinləri 
üzərində  qədim  Narikalın  xarabalıqlarının  qalıqları 
yerləşir  və  burada  uzun  bir  hasar  Sohah  taxtı  sarayını 
birləşdirir,  və  gürcüstanda  zalım  fars  şahlarının 
hökmranlığını xatırladır. Mirzə Şəfi ilə mən bağa çatan 
kimi  bir  az  dincəldik,  sonra  onun  köməyi  ilə  mən  tut 
ağacına çıxdım və əmin idim ki, onun meyvələri məni 
sağaldacaq.  Mən  bu  zəif  bədənimlə  ağaca  çatmaq 
istəmirdim, ancaq Gəncəli alim sözündə durdu ki, mən 
onun meyvələrini öz əlimlə dərib yemləyəm. Ancaq bu 
müalicə mənə kömək etmədi və mənim xəstəliyim lap 
pisləşdi. Mən Priyutinada müalicə üçün yerləşdirildim.  
 
ON  BİRİNCİ  FƏSİL: 
Müdriklər yarısı 
Axalşıx  paşalığı  Paskyeviç  tərəfindən  zəbt 
olunduqdan  sonra  oradakı  türk  sakinləri  paytaxtı  tərk 
etdilər  və  Anadoluya  tərəf  köçdülər  ki,  rusların 


    Nəzakət Əliyeva 
 
 
174 
hakimiyyəti  altında  qalmasınlar.  Erməni  mühacirləri 
türk köçkünlərini iki böyük hissəyə böldü, onlardan bir 
hissəsi ağ çarın hökmranlığındakı xristianların tərəfinə 
keçdilər. 
Axalsixdə  qalan  türklərin  kiçik  bir  hissəsi 
tanınmış  yazı  alimi  Ömər  əfəndi  tərəfində  qaldılar, 
onlar  Adigion  kəndinin  yaxınlığında  rusların 
hökmranlığının vəkalətində yaşayırdılar. 
Əgər  diqqətli  oxucu  xatırlayırsa  Mirzə  şəfi  ilə 
tanışlığın başlanğıcında Ömər əfəndinin müdrikliyi-nin 
şöhrəti  haqqında  hörmətli  Mirzənin  Şərqin  müdrikləri 
üçün söylədiyi yaxşı fikirlər məlum idi. 
Onun müdriklik məktəbi Bakıda Xəzər dənizinin 
sahilində yaşayan Abbasqulu xanın şöhrətlənməsi üçün 
və  yaxud  Ömər  əfəndinin  Adigionun  bülbül  və  qızıl 
gülünü tərənnüm etdiyi üçün heç bir zərər verməmişdi. 
Tiflisin  yazı  alimləri  isə  hörmətdən  salınmışdı, 
çünki  onlar  özlərini  Mirzə  Şəfidən  daha  çox  irəlidə 
hesab edirdilər, çünki burada fikir rəqabətə daha yaxın 
idi.  Mən  bir  dəfə  Gəncəli  alimdən  soruşdum  ki,  o  öz 
əsasları  ilə  onlarla  dostluq  münasibətlərində  birləşə 
bilərmi; həm sünnilərin, həm də şiələrin sektasında – o 
mənə belə cavab verdi: 
«Cəfəngiyyat  danışırsan,  ey  tələbə!  Kilsənin 
sektalarının  və  bölünməsinin  mənə  nə  dəxli  var?  Hər 
qoyun  sürüsünün  öz  çobanı,  hər  icmanın  öz  möcüzəsi 
olmalıdır; hər kəs öz işini bacardığı qədər görür, çünki 
yaşamaq  istəyir.  Müdriklər  ən  çox  dəlilərə  tərəf 
yönəlməli,  nəinki  dəlilər  müdriklərə  doğru,  çünki 
dəlilər çoxdur, müdriklər az. Tacir öz malını tərifləyir 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
175 
və insanlar bundan öz tələbatına görə alanı alırlar; mala 
cənnətin  sularla  dolu  bağlarını  tərifləyir,  insanlar  isə 
buna  öz  tələbatına  görə  inanırlar».  «Əgər  tacir  öz 
mallarını  pisləsəydi,  o,  dilənçiyə  çevrilər  və    bütün 
alıcılarını itirərdi. Müştərilər isə çılpaq gəzəsi deyillər, 
ona görə başqa tacirin mallarını alacaqlar». 
Əgər  molla  desəydi  ki,  mənim  öyrətdiklərim 
səhvdir,  onda  dəlilər  onu  daşlayar  və  onun  yerinə 
başqasını  qoyardılar.  Yalnız  sonra  həqiqət  insanlar 
arasında  yolunu  tapır;  yalnız  sonra  və  sonra  toxum 
buğdası cücərir və məhsul verir». 
«Ancaq  heç  vaxt  işığı  söndürmək  lazım  deyil, 
çünki  günəş  gecə  işıq  saçmır.  Vicdan  susmamalıdır, 
çünki  o  vicdansızlığın  bahasına  yaşayır.  Sədi  necə 
demişdi;  «gözəl  səma  işığından  şikayət  etmək 
lazımdırmı? 
Çünki 
yarasalar 
günəş 
işığına 
dözmürlər!». 
Mirzə  Şəfi  bizim  Ömər  əfəndinin  yanında 
olmadığımızın  ilk  aylarında  yazırdı:  “İndi  Tiflisdə 
Qərbin bir alimi müdriklik dərsi alır, sonra isə o Ömər 
əfəndinin müdrikliyinin kəlamlarını tədqiq etmək üçün 
onu  ziyarət  edəcəkdir.  Mənim  burada  olmağım 
Adigion aliminə çoxdan məlum idi, lakin bir –birimizi 
uzaqdan görmüşdük, ancaq belə bir sözünü eşitmişdim 
ki, guya Qərbin alimləri burada yaradıcılıq etmək üçün 
gəliblər.  
Mən  Axalsixdə  olanda  eşitmişdim  ki,  Ömər 
əfəndi  bir  neçə  həftədir  ki,  şəhəri  tərk  edib 
Adigiondakı yay evinə köçmüşdür. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə