MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə20/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

    Nəzakət Əliyeva 
 
 
82 
Abovyanın  yerinə  gəlmiş  yeni  nəzarətçi  Mirzə  Şəfi 
haqqında  belə  deyirdi:  “Tatar  dili  sahəsindəki 
müvəffəqiyyət lap yaxşıdır; 2-ci və 3-cü sinif şagirdləri 
tatar  dilində  tamam  qayda  ilə  oxuyur  və  yazırlar;  bu 
şagirdlər  arasında  öz  fikrini  hətta  şərh  etməyi 
bacaranlar da vardır”.  
Həmin  məktəbdən  başqa,  Mirzə  Şəfi  qapalı 
xüsusi  orta  məktəblərdə  də  dərs  deyir  və  gözəl 
müvəffəqiyyətlər  qazanırdı.  Özünü  bilikli  hesab  edən 
bir  çox  adamlar  öz  birinciliyini  Mirzə  Şəfiyə  güzəştə 
getməyə məcbur olurdu; belə bir vəziyyət istər-istəməz 
öz  peşə  yoldaşları  içərisində  Mirzə  Şəfiyə  düşmən 
yaradırdı.  Mirzə  Şəfini  görməyə  gözü  olmayanlardan 
biri, özünü “Bağdad müdriki” adlandırmış Mirzə Yusif 
Şahnazarov deyilən bir nəfər idi.  
Mirzə  Şəfi  həqiqətən  istedadlı  alim  olmuşdur. 
Onu Mirzə Yusif kimi kütbeyinlərlə heç cür müqayisə 
etmək olmazdı. Bunu Mirzə Şəfi özü də hiss edirdi. O 
özünün şeirlərindən birində yazır: yox, yox, Mirzə Şəfi 
belə yaratmır, o belə yaratmır. O, qəlbində isti çeşmə, 
döşündə  çiçəklənən  bağ  bəsləyir;  onda  ulduzlar 
səyrişir, ətrafa ətir saçır.  
Mirə  Şəfi  öz  vaxtını  sadə  camaat  arasında 
keçirməyi  sevirdi;  lakin  bunu  o,  camaata  bənzəmək 
üçün  deyil,  özünün  dediyi  kimi,  “varlığın  sirrini 
stəkanda tapmaq”dan ötrü edirdi.  
Mirzə  Şəfi  öz  şagirdlərinə  yanaşmağı  bacaran 
gözəl  pedaqoq  olmuşdur.  O,  olduqca  qəşəng  xətlə 
yazırdı.  Bununla  yanaşı  Mirzə  Şəfi  öz  yazısına 
rəngarənglik  verir,  hərfləri  mətnin  məzmununa 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
83 
uyğunlaşdırırdı.  Adi  şeylər  haqqında  yazmaq  lazım 
gəldikdə,  Mirzə  Şəfi  bunu  sadə  geyimə  salır,  qəşəng 
şeyləri  bayramsayağı  ifadə  edir,  qadınlara  aid  olan 
məktubu isə xüsusi incə xətlə yazırdı.  
M.F.Axundov  Mirzə  Şəfiyə  yüksək  qiymət 
vermişdir. 
O, 
Mirzə 
Şəfini 
böyük 
müdrik 
adlandırmışdır.  Mirzə  Şəfi  Qərbi  Avropa  ədəbiyyatını 
Bakıxanovun  və  Bodenştedtin  vasitəsilə  oxumuşdur. 
Mirzə Şəfi rus ədəbiyyatına da yaxşı bələd idi.  
Mirzə  Şəfinin  fikirləri  ruhaniləri  çox  narahat 
edirdi.  Odur  ki,  onlar  Mirzə  Şəfini  taqsırlandırmaq 
üçün  bəhanə  axtarırdılar.  Ruhanilər  Mirzə  Şəfiyə 
böhtan  ataraq  deyirdilər  ki,  guya  o  öz  nəğmələri  ilə 
gəncliyi  pozur.  Ruhanilər  belə  nəğmə  yazmaqdan 
Mirzə Şəfini uzaqlaşdırmağa çalışır, onu açıqdan-açığa 
hədələyirdilər. Mirzə Şəfi onlara qarşı olan öz qəzəbini 
dönmədən,  axıradək  bildirirdi.  Mirzə  Şəfi  özü  ilə 
ruhani  və  mollalar  arasındakı  münasibətə  dair  deyir: 
ayı ilə onun təlimçisi necə rəftar edirsə, mənimlə də bu 
cür rəftar etmək istəyirlər. Ayının təlimçisi onun dişini 
çıxarır və sonradan onu zəncirləyir.  
Ruhaniliyin  bütün  çürüklüyünü  və  zərərini  başa 
düşən  Mirzə  Şəfi  dinə  qarşı  şeirlər  yazmaqda  davam 
edirdi. O yazırdı: şairin şeirlərindən məscid iyi gəlirsə 
və  o  dəhşətlə  sızıldayırsa,  demək  şairin  başı  boş, 
bilikləri isə dumanlıdır.  
Mirzə  Şəfi  təkcə  bu  şerində  deyil,  bir  sıra  digər 
şeirlərində də məscidə və ona qulluq göstərənlərə qarşı 
hücum edirdi. O özünün “Mirzə Şəfi nəğmə deyir” adlı 
şerində yazır: mənimlə bizim müctəhid arasındakı fərq 


    Nəzakət Əliyeva 
 
 
84 
nədədir?  Bizim  hər  ikimiz  xalq  qarşısında  öyüd-
nəsihətlə  ağlımızın  yükündən  azad  olmağa  çalışırıq: 
mən nəğmə ilə, o-iyrənc ciyilti ilə; onun ürəyi qalın ət 
içərisində elə dərin gizlənmişdir ki, heç zaman heç bir 
şey onun ürəyindən xaricə çıxmır; mən isə öz ürəyimi 
dilimdə  gəzdirirəm.  O  məni  gizlində  dili  ilə  dalamağı 
sevir,  mən  isə  açıqdan-açığa  onu  ifşa  edirəm;  mən 
onun qəzəbindən qorxmaqdansa, o mənim istehzamdan 
daha çox qorxur.  
Mirzə  Şəfinin  müctəhidə  aid  olan  bu  söhbəti 
göstərir  ki,  o,  ruhanilərin  yaltaq,  qorxaq,  başı  boş 
olduğunu cəsarətlə tənqid etmişdir.  
Ruhanilərin  fitnəsi  ilə  Mirzə  Şəfi  Tiflisdən 
uzaqlaşdırılır;  o,  Gəncəyə  gəlir,  yenidən  müəllimlik 
edir,  şairlərlə  durub  oturur  və  “Vazeh”  təxəllüsünü 
daşıyır.  
1850-ci  ildə  Mirzə  Şəfi  yenidən  Tiflisə  qayıdır. 
O,  1850-ci  il  yanvarın  1-dən  Tiflis  gimnaziyasında 
tatar  dili  üzrə  kiçik  müəllim  vəzifəsinə  təyin  edilir. 
Şairin  həyatının  bu  dövrü  onun  əsaslı  əsəri  olan 
“Müntəxəbat”la  əlamətdardır.  Bir  dərslik  olmaq 
etibarilə  bu  müntəxəbat  gimnaziyada  tatar  dili  üçün 
hazırlanmışdır.  Müasirlərinin  rəyinə  görə  bu  kitab 
gözəl dərslik olmaqla bərabər, qiymətli elmi əsər imiş; 
bu kitab haqqında aşağıda ətraflı danışacağıq.  
Mirzə  Şəfi  1852-ci  il  noyabrın  16-da  mədə 
iltihabından vəfat etmişdir.  
Berje  Mirzə  Şəfi  haqqında  yazır:  “Mirzə  Şəfi  öz 
şəxsi  həyatında  yüksək  əxlaq  saflığına  və  qəlbinin 
nadir 
keyfiyyətlərinə 
görə 
onu 
tanıyanların 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
85 
məhəbbətini  qazanmışdır.  Onun  qəbri  Tiflisdədir  və 
çoxdan alaq basmışdır”.  
Azərbaycan xalqının istedadlı oğlu, bütün varlığı 
ilə  hər  cür  istismarçılara,  müftəxorlara  nifrət  etmiş 
müdrik  alim,  müəllim,  şair,  vətəndaş  olan  Mirzə  Şəfi 
öz həyatını belə başa vurmuşdur.  
Mirzə Şəfinin nəğmələrində şənlik səslənir, orada 
adi  həyat  öz  əksini  tapırdı.  Onun  nəğmələri  müxtəlif 
mövzuya:  ruhaniliyin  riyakar  əxlaqına  qarşı  etiraza, 
məmurlar  dairəsinin  əxlaqına  rişxənd  etməyə,  əməyin 
mədhinə, dostluq, sevgi, beynəlmiləlçilik, doğruçuluq, 
namusluluq və düşüncəliliyə həsr edilirdi.  
Rus  tərcüməçilərindən  biri  Mirzə  Şəfinin 
poeziyasına  belə  qiymət  verir:  “Mirzə  Şəfinin  nəğmə 
və fikirləri özünün şairanə, ruhlandırıcı xüsusiyyəti ilə 
müvəffəqiyyətə layiq olmuşdur... Onun şerində həyata 
gümrah və həyəcanlı bir baxış əks olunmuşdur. Lakin 
buradan  o  nəticə  çıxmır  ki,  müəllif  dövrünün 
xəstəliklərinə,  kölgəli  cəhətlərinə  qarşı  laqeyd 
olmuşdur;  əksinə,  o,  bu  cəhətləri  kifayət  qədər  başa 
düşür  və  öz  poeziyasında  onu  tərənnüm  edir;  buna 
baxmayaraq  onun  poeziyasında  gümrah  və  işıqlı  bir 
ahəng hökm sürür”.  
“Mirzə Şəfinin nəğmələri” adlı kitab Bodenştedti 
məşhur  etmiş  və  dünyanın  demək  olar  ki,  bütün 
dillərinə  tərcümə  olunmuşdur;  hətta  o,  qədim  yəhudi 
dilinə də tərcümə edilmişdir.  
Mirzə  Şəfinin  yüksək  ideyaları  ölmədi,  bu 
ideyalar  gələcək  nəslin  inkişafına  təsir  göstərdi  və 
M.F.Axundov  kimi  mütəfəkkirlər  Mirzə  Şəfinin 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə