Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə18/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   79
Mm-d n m hazir l rin kanspekti

Kimyəvi silahlar

Kimyəvi silahların tətbiqinin qadağan və məhv edilməsi haq­qında konvensiyanın təşkil olunması və 160-dan çox dövlətin bu razılığı imzalamasına baxmayaraq, hazırda bu tip silahların tət­bi­qi reallıqdır. Azərbaycan konvensiyaya 9 noyabr 1999- cu ildə qo­şulmuş və 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüv­və­yə minmişdir. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları əldə et­mə­mək və ehtiyatda saxlamamaq, istehsal etməmək, artırmamaq ba­rə­də öhdəlik götürmüşlər. Konvensiyada, həmçinin, 2-10 il dövr ər­zində konvensiya çərçivəsində qadağan olunmayan hallar – sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zə­hərli kimyəvi maddələrin və onların məhsullarının məhv edil­məsi nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kim­yə­vi maddələr mənşəyindən və ya istehsalından asılı olma­ya­raq, (hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər) zəhərli kimyəvi maddələrə aid edilir. Buna görə də bu növ kimyəvi mad­də­lər istehsal edən mülki istehsal imkanları konvensiyanın nə­za­rə­ti altındadır. Bu ləvazimatların fəallığının konvensiyanın öh­də­lik­lə­rinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə əra­zisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və on­la­rın məhsullarını yoxlamaq üçün təqdim edir. Kimyəvi silah küt­ləvi qırğın silahlarından biri olub zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi sila­hı­n əsasını zəhərləyici maddələr (ZM) təşkil edir. ZM – hərbi sə­na­ye və xalq təsərrüfatı obyektlərinə qoşunların, hərbiləşməmiş mül­ki müdafiə dəstələrinin şəxsi heyətlərini, fəhlələri, qulluq­çu­la­rı, əhalini sıradan çıxaran, yaxud onların döyüş və əmək qa­biliy­yət­lərinin zəifləməsinə, heyvanların zədələnməsinə, habelə bit­ki­lə­rin məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən (zə­hər­li maddələrdən) ibarətdir.
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır:
– maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək im­kanı: ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
– geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müd­dət saxlamaq qabiliyyəti;
– zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır ol­ması;
– istehsalın nisbətən ucuz başa gəlməsi. Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə görə (tok­si­ko­loji təsnifatı), döyüş təyinatına və ərazidə zəhərlənmənin da­vam­lığına ­görə (taktiki təsnifatı) qruplara ayrılır.
Zədələyici xüsusiyyətlərinə görə ZM digər döyüş vasitə­lə­rin­dən fərqlənir. Onlar hava ilə müxtəlif tikililərə, zirehli tex­ni­ka­ya və digər döyüş texnikasına daxil olur və onlarda olan insanlara zə­dələyici təsir göstərir; ZM havada, ərazidə və müxtəlif obyekt­lərdə uzun müddətə öz zəhərləyici təsirini saxlaya bilir; böyük həc­mli hava kütlələri ilə iri sahələrə yayılaraq onların təsir sa­hə­sin­də olan bütün mühafizə olunmayan insanlara zədələyici təsir gös­tərir; ZM buxarları külək istiqamətində kimyəvi silahın bi­la­va­sitə tətbiq edildiyi sahədən çox uzaq məsafələrə yayılır. Kimyəvi silahı tətbiq etdikdə ZM döyüş vəziyyətinə gətirilir( buxar, aero­zol, damcı).
Hava yoluxması havanın vahid həcminə düşən ZM-in miq­da­rı ilə xarakterizə olunur. ZM-in zədələyici təsiri toksiki doza - in­san orqanizmində müəyyən zədələnmə törədən ZM-in miqdarı ilə xarakterizə olunur.



Şəkil 2.23. Kimyəvi silahlar

Kimyəvi silahlar aşağıdakı xüsusiyyətlərinə görə təsnif ol­u­nur:


a) taktiki təyinatına görə;
b) təsir sürətinə görə;
c) təsir müddətinə görə;
d) tətbiq vasitələrinə görə;
e) insan orqanizminə təsir xarakterinə görə.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə