Mm-dən mühazirələrin kanspekti


Qıcıqlandırıcı təsirli ZM –



Yüklə 1,17 Mb.
səhifə26/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   79
Mm-d n m hazir l rin kanspekti

Qıcıqlandırıcı təsirli ZM – Si-Es (SS), xlorasetofenon, adam­sit, dibenzoksazepin gözlərin və tənəffüs üzvlərinin qıcıq­lan­ma­sına səbəb olur. Əsas döyüş vəziyyəti – aerozoldur. Bərk mad­də olub, tüstü halında tətbiq edilir. Bu qrup ZM zədələnmə zamanı əmə­lə gələn əlamətlər: asqırma, burunda, burun-boğazda yanma, bu­rundan selik ifrazı, tüpürcək və göz yaşı ifrazı, döş sümüyü ar­xa­sında ağrı, bəzən mədə bulanması və hətta qusmadır.
İlkin tibbi yardım göstərmək üçün zərərçəkmişi ərazidən çı­xar­tmaq kifayətdir. Qıcıqlandırıcı təsirli ZM polis tərəfindən tət­biq edilir, ondan döyüş məqsədilə istifadə məqsədəuyğun deyildir.
Sİ-ES – rəngsiz kristallik maddə olub, bibər iyi verir. Az konsentrasiyalarda gözlərə və yuxarı tənəffüs yolu üzvlərinə güclü qıcıqlandırıcı təsir göstərir, böyük konsentrasiyalarda dərinin açıq nahiyələrində yanığa səbəb olur, bəzi hallarda tənəffüs üzvlərinin və ürəyin iflicinə və ölümə səbəb ola bilər.
Botulizm toksini – ən toksiki ölümcül təsirli ZM-dir. Ağ rəng­li kristallik maddədir. Onu daha uzun müddət təsir göstərən xüsusi reseptur kimi tətbiq edirlər. Xarakterik gizli dövrə malik­dir. Zəhərlənmə 30-60 saat sonra başlayır. Zədələnmə əlamətləri baş ağrısı, zəiflik, gözlərdə ikiləşmə, qusma, qida borusunun ifli­ci­dir. Ölüm mərkəzi sinir sisteminin iflici səbəbindən baş verir.
Paltar və avadanlıqdan toksinlər silkələmə və təmizləməklə kə­narlaşdırılır. Dərinin açıq hissələri, əleyhqazın üst hissəsi fərdi kimya paketinin vasitəsilə təmizlənir. İlkin yardım göstərdikdən sonra zərərçəkmişləri tibb müəssisələrinə göndərirlər.
Kimyəvi zədələnmə ocağı və kimyəvi şəraitin qiymətləndirilməsi

Kimyəvi zədələnmə ocağı – o əraziyə deyilir ki, kimyəvi si­la­hın (ZM) və ya güclü təsirli ZM-in (GTZM) təsiri nəticəsində əra­zidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin iş­lə­dilməsi miqyasından, onların növündən, tətbiqedilmə üsulundan, meteoreoloji şəraitdən və yerin relyefdən asılı olur. Kimyəvi zə­hər­lənmə ocağı iki zonaya – ZM-lə bilavasitə zəhərlənən əsas zo­na­ya, ZM-in buxar və ya aerozolları yayılan zonaya ayrılır. GTZM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xü­susi resperatorlardan istifadə olunur.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə