Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə29/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   79
Mm-d n m hazir l rin kanspekti

Botulizm – toksini hazırda məlum olan bütün zəhərlərdən ən güc­lüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru ha­lında istehsal etmək mümkündür. Botulizm toksini istiyə da­vam­lı­dır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, bu da toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir. Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zə­hər­lənməsi əksər hallarda (90-100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.
Taun – kəskin infeksion xəstəlikdir. İnkubasion dövrü 1-3 gündür. Xəstəlik kəskin başlayır: ümumi zəiflik, titrətmə, baş ağrı­sı, yüksək hərarət, huşun aydın olmaması ilə qeyd olunur. Xəs­tə­li­yin ağciyər forması daha ağırdır. Bu zaman ağır ümumi əlamətlərə döş qəfəsində ağrı, bəlğəmli öskürək qoşulur. Xəstə tez zamanda gü­­­cünü və huşunu itirir. Artan kəskin ürək-damar çatışmazlığı nə­tucəsində ölüm baş verir. Xəstəlik 2 gündən 4 günədək davam edir.
Vəba ağir gedişli, tez yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi vəba vibrionları xarici mühit amillərinə qarşı davamlıdır, suda bir neçə ay qala bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1-3 gündür. Əsas əlamətləri – qus­ma, ishal, qıcolmadır. Orqanizm sürətlə mayesini və çəkisini iti­rir, temperatur 35°-dən aşağı düşür. Ağır hallarda ölüm baş ve­rir.
Sibir xorası - əsasən kənd təsərrüfatı heyvanlarının yolux­du­ğu kəskin infeksion xəstəlikdir. Xəstə heyvanlardan insanlar dəri, tənəffüs yolları, mədə-bağırsaq yolu ilə yoluxur və müvafiq olaraq xəstəliyin dəri, ağciyər və bağırsaq formaları ayırd edilir. Si­­bir xorasının ağciyər forması ağciyərlərin spesifik iltihabı, hə­ra­rə­tin yüksəlməsi, qanlı bəlğəmli öskürək ilə xarakterizə olu­nur. Ürək fəaliyyəti zəifləyir və müalicə olunmadıqda 2-3 gündən son­ra ölüm baş verir. Sibir xorasının bağırsaq formasında bağır­saq­da xoralar əmələ gəlir, qarında kəskin ağrılar, qanlı qusma, i­shal qeyd olunur. 3-4 gündən sonra ağır hallarda ölüm baş verir. Də­ri formasında, əsasən, dərinin açıq hissələri (əl, üz, boyun, ayaq­lar) zədələnir. Mikrobların düşdüyü yerdə qaşınan ləkələr əmə­lə gəlir. Bu ləkələr 12- 15 saatdan sonra içərisində bulanıq və ya qanlı möhtəviyyat olan suluqlara çevrilir. Bu suluqlar partlayır və onla­rın yerində dərin qara xoralar əmələ gəlir. Bu xoraların dia­metri bəzən 6-9 sm-ə çatır. Xoralar çox ağrılı olur, ətrafında ödem əmə­lə gəlir. Əlverişli hallarda 5-6 gündən sonra sağalma baş verir, hə­rarət aşağı düşür.
Bakterioloji silahın əsas xüsusiyyətləri:
- qısa müddət ərzində infeksion xəstəlik törədicilərinin küt­lə­vi şəkildə yayılması, epidemiya əmələ gətirməsi;
- inkubasiya (gizli) dövrünün olması;
- xarici mühitdə mikroblar və onların toksinlərinin çətin təyin olunması (müxtəlif mikroorqanizmlərin təyini yalnız labora­tor şəraitdə mümkündür);
- seçıci və məqsədyönlü təsir etməsi. Yalnız bitkilərin yo­lux­ması məqsədilə (fitoftoraz), heyvanların yoluxması məqsədilə (iri­buynuzlu heyvanların taunu), yalnız insanların yoluxması məq­sə­di­lə (təbii çiçək, vəba) istifadə olunan bakteriyalar mövcuddur. Düşmən öldürücü təsirə malik (taun, təbii çiçək, sibir yarası) və ya canlı qüvvəni müvəqqəti sıradançıxarma (tulyaremiya) qüvvəsinə malik törədicilər istifadə edə bilər;
- güclü psixoloji təsiri insanlar arasında təşviş yaradır;
- bakterioloji silahın nüvə və kimyəvi silahlara nisbətən ucuz başa gəlməsi;
- bioloji törədicilərin çox müxtəlif olması – eyni zamanda bir neçə xəstəliktörədicisi istifadə oluna bilər;
- təsirinin uzun müddət davam etməsi (məsələn, sibir yarası sporları xəstəliktörətmə təsirini bir neçə il saxlaya bilir);
- xəstəliktörədicilərin və onların toksinlərinin hava vasitəsilə hermetik olmayan yerlərə daxil olub insanları yoluxdurmaq qabi­liy­yətinin olması.
Sadalananlara əsaslanaraq bakterioloji silahın tətbiqi zamanı əmələ gələn fəsadların sərhədlərinin olmamasını təsdiq edə bil­ə­rik.
Xəstəliktörədicilər insan orqanizminə müxtəlif yollarla düşə bilər. Ən geniş yayılmış üsul hava vasitəsidir. Su və qida, açıq ya­ra və yanıq yerlərinə mikrob düşməsi, yolxucu həşəratların diş­lə­məsi, kontakt yolu ilə, bioloji vasitələrlə yoluxdurulmuş hərbi su­rsatlar vasitəsilə yoluxma mümkündür. Qansoran həşəratlar xəs­tə­liyi xəstə insan və heyvanlardan sağlam fərdlərə ötürür. Bit, bi­rə, ağcaqanadlar, gənələr, çe-çe milçəkləri və s. səpkili yatalaq, he­mor­ragik qızdırma kimi xəstəliklərin ötürücüsüdür. Xəstə hey­van­lardan insana keçən xəstəliklərə zoonozlar deyilir (brusellyoz, si­bir yarası). Xəstəliklərin yayılma yollarından biri də qida yo­lu­dur. Yoluxmuş ət və ət məhsullarından sibir yarası, tulyaremiya, sal­monellyoz və parazit xəstəlikləri, tərəvəzlərdən vəba, di­zen­te­ri­ya, qarın yatalağı və s. ötürülür. Epidemik təhlükəliliyinə görə bak­teriya və viruslar yoluxdurucu olmayan, zəif yoluxdurucu və güclü yoluxdurucu olmaqla 3 qrupa bölünür. İstifadə olunan mik­ro­orqanizmlərin hansı qrupa aid olmasından asılı olaraq zə­də­lən­mə ocağının epidemioloji xüsusiyyətləri və epidemiya əleyhinə təd­birlərin xarakteri dəyişir. Epidemiya – ümumi infeksiya mən­bə­yi, ümumi yoluxma yolu olan bir infeksion xəstəliyin müəyyən ərazidə geniş yayılmasına deyilir. Pandemiya – bir ölkə və qitənin sərhədlərini aşan, böyük insan kütləsini əhatə edən güclü epi­de­mi­ya­dır. Hər hansı bir xəstəliyin müəyyən ərazidə daimi rast gəl­mə­si­nə endemiyalar deyilir. Heyvanlar arasında yoluxucu xəs­tə­lik­lə­ri­n yayılması – epizootiya, bitkilər arasında yayılması – epi­fi­to­ti­ya adlanır. Heyvanlar arasında Sibir xorası, tulyaremiya, taun, iribuynuzlu heyvanların taunu və s. kimi xəstəliklər yayıla bilər.






Şəkil 2.26. Bakterioloji silahlar



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə