Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə32/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   79
Mm-d n m hazir l rin kanspekti

Yandırıcı silahlar – adi qırğın vasitələri içərisində xüsusi yer tutur. Bu silahların əsasında yandırıcı vasitələrin istifadəsi du­rur və bu zaman ayrılan yüksək hərarətin insanlara, texnikaya, bi­na­lara, qurğulara, meşələrə, kənd təsərrüfatına birbaşa yandırıcı tə­si­rinə əsaslanır. Amerika klassifikasiyasına əsasən yandırıcı si­lahlar kütləvi qırğın silahlarına aiddir və bu silahların istifadəsi güc­lü psixoloji təsir yaradır. Yandırıcı silahların əsasını təşkil edən yandırıcı maddələr 3 qrupa bölünür:
- neft məhsulları əsaslı yandırıcı maddələr;
- metallar əlavə edilmiş yandırıcı maddələr;
- termit və termit əsaslı yandırıcı maddələr.
Yandırıcı maddələrin xüsusi qrupuna adi və plastik fosfor, qə­ləvi metallar və öz-özünə alışan trietilen alüminium aiddir.
Neft əsaslı yandırıcı maddələrin ən geniş yayılmış novü na­pal­mdır. Napalm jeleyəbənzər, özlü, güclü yapışqanlığı olan yük­sək temperaturla yanan yandırıcı maddədir. Napalm benzinə xü­su­si qatılaşdırıcı əlavə etməklə alınır. Napalm adətən 3-10% qatılaş­dı­rıcıdan, 90-97% benzindən ibarətdir. Havada asan alışır və ya­nar­kən 1000-1200°C temperatur yaranır, yanma müddəti 5-10 də­qi­qədir, müxtəlif səthlərə asan yapışır və çətin söndürülür. Na­palm B daha effektivdir, asan alışır, hətta nəm səthlərə yapışır, su­dan yüngüldür, ona görə suyun üzərində üzür və çətin sönür. Ya­nar­kən əriyib sığınacaqlara və texnikanın içərisinə axır, açıq də­ri­nin üzərinə düşən 1q napalm B ağır yanıqlara səbəb olur. Açıqda yer­ləşən canlı qüvvənı tamamilə məhv etmək üçün lazım olan na­pal­mın ümumi miqdarı qəlpəli fuqas döyüş sursatının miqdarından 4-5 dəfə azdir.
Napalma toz və ya qırıntı şəklində maqnezium, həmçinin kö­mür, asphalt və ya başqa maddələr qatılarsa piroqellər alınar. Pi­roqellərin yanma hərarəti 1600°C çatır. Piroqellər başqa yandı­rı­cı maddələrdən fərqli olaraq sudan ağırdır, 1-3 dəqiqə ərzində ya­nır, insanların nəinki açıq nahiyələrinə eyni zamanda paltarların üzə­rinə düşdükdə belə dərin yanıqlar əmələ gətirir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə