Mm-dən mühazirələrin kanspekti


Komplektin işə hazırlanması və işlədilməsi



Yüklə 1,17 Mb.
səhifə40/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   79
Mm-d n m hazir l rin kanspekti

Komplektin işə hazırlanması və işlədilməsi. Komplektin işə hazırlanması – onu həm nəzərdən keçirməklə, həm də komp­lek­tliyini yoxlamaqdan və DKP-50A dozimetrlərini doldurmaqdan ibarətdir. Nəzərdən keçirməklə yoxlayarkən, dozimetrlərin məhz bu komplektə aid olduğunu və texniki sazlığını yəqin etmək lazımdır.
DKP-50A dozimetrini işə hazırlamaq üçün onun toz­dan­qo­ru­yu­cu kolpakını və doldurucu pultu ’’Zaryad’’(doldurma) yu­va­sı­nın kolpakını burub açırlar. ’’Zaryad’’ dəstəyini saat əqrəbinin əks istiqamətində sonadək çevirir, dozimetri yuvaya yerləşdirir yün­gülcə mətndə sonadək çevirir, dozimetri yuvaya yerləşdirib yün­gülcə aşağı basırlar. Operator dozimetri okulyarından mü­şa­hi­də etməklə ’’Zaryad’’ dəstəyini saat əqrəbi istiqamətində tədricən fır­ladaraq telin kölgəsini dozimetr şkalasının sıfır bölgüsü üzərinə gətirir, sonda dozimetrin tozdanqoruyucu kolpakı öz yerinə gey­d­i­ri­lir. Dozimetrin göstəricisi onu işığa tərəf tutmaqla telin şaquli vəziyyətində hesablanır. İşlədilməyən dövrdə dozimetrlər dol­du­rul­muş halda quru binada +200°C temperaturda, şaquli vəziyyətdə saxlanılmalıdır.
DP-24 dozimetrlər komplekti 3D-5 doldurucu pultdan və beş ədəd DKP-50A dozimetrdən ibarətdir. Komplekt az heyətli mül­ki müdafiə dəstələri və müəssisələri üçündür. Cihazın işə ha­zırlanması və işlədilməsi qaydası DP-22V cihazında olduğu kimi­dir.


Mühazirə 8 Fövqəladə hadisə ərazilərində kəşfiyyatın təşkili
Kəşfiyyat MM quvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir.
Fövqəladə hadisənin baş verdiyi ərazidəki vəziyyəti düzgün qiymətləndirmək yaranmış problemlərin həlli deməkdir. Fövqə­la­də hadisənin düzgün qiymətləndirilməsi üçün kəşfiyyatı düzgün təş­kil etmək bütün mülki müdafiə rəhbərlərinin, qərargahların və komandirlərin vacib vəzifəsidir. Kəşfiyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini, bu­nun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri mü­əy­yənləşdirir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün mülki müdafiə qərar­ga­hının rəisi tam məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazır­la­yır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət rayonlarında və ya zə­­dələnmə ocaqlarında vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin ta­be­likdəki qərargahlara, dəstə komandirlərinə çatdırılır.
MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə:
- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bit­ki­çi­lik məhsullarının radiaktiv, kimyəvi, bakterial maddələrlə çirk­lən­məsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epi­zo­tik vəziyyətə müntəzəm nəzarət etmək;
- güclu istehsalat qəzası və ya təbii fəlakət baş vermiş ra­yon­larda yaranan vəziyyətləri aşkar etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra isə kəş­fiy­ya­tın vəzifələri aşağıdakı məlumatları əldə etməkdir:
− işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya en­di­ril­diyi, nüvə partlayışının gücü və koordinatları;
− radiasiyanın səviyyəsi, zəhərləyici maddənin konsen­trasi­ya­sı, zəhərli hava buludunun yayılma istiqaməti;
− zədələnmə ocağının hüdudları;
− xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şə­rai­tinin necə dəyişdiyi;
− mühafizə qurğularının, oradakı adamların vəziyyəti, on­la­ra yardım göstərmənin yolları;
− kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların və­zi­y­yəti;
− yanğın yerləri, onların yayılma istiqaməti;
− hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli su­basma və daşqın zonaları yaranıb-yaranmadığı və s.
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparıl­ma­lı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəş­fiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət labo­ra­to­riyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq, on­la­rın fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəş­fiy­yatın müxtəlif novlərindən, üsullarından, qüvvə və vasitələrdən is­ti­fadə etmək lazımdır.
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yer­üs­tü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə