Mm-dən mühazirələrin kanspekti


Mühazirə 6. Fövqəladə hallarda yaranmış şəraitin aşkar



Yüklə 1,17 Mb.
səhifə36/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   79
Mm-d n m hazir l rin kanspekti

Mühazirə 6. Fövqəladə hallarda yaranmış şəraitin aşkar
olunması və qiymətləndirilməsı


İonlaşdırıcı şüaların aşkarı və ölçülməsi üsulları


Müasir kütləvi qırğın silahlarının tətbiqi və ya radioaktiv təh­lükəli obyektlərdəki hər hansı bir texnogen qəza ionlaşdırıcı şüa­ların ətrafa yayılmasına səbəb olur. Həmçinin ölkəmizdə mü­a­sir texnologiyalardan istifadənin artması ilə əlaqədar olaraq, tibb və sənaye obyektlərində, habelə elmi-tədqiqat və təhsil ocaq­la­rın­da ionlaşdırıcı şüalanma mənbələrindən istifadə halları artır.
İonlaşdırıcı şüalanma mənbələrinin yaydığı şüalar (radia­si­ya) insan orqanizmi və ətraf mühit üçün təhlükəli ola bilər. Hiss üzv­lərimizin təsbit edə bilmədiyi bu şüaları ancaq xüsusi cihazlar va­sitəsilə aşkar etmək mümkündür. Təhlükəsizlik texnikası, ra­di­a­­siya təhlükəsizliyə və avadanlıqların istismar qaydalarına ciddi şəkildə riayət edilməsi şüalanmanın insan orqanizmi üçün təh­lü­kə­siz hədd səviyyəsində saxlanmasına yardım göstərir. Buna bax­ma­y­a­raq, hər hansı bir qəza baş verdikdə və ya hər hansı bir səbəb­dən (məsuliyyətsizlik və təhlükəsizlik texnikası qaydalarına riayət



Şəkil 2.36. İonlaşdırıcı şüalanma məkanları


edilməməsi, mənbələrin itirilməsi, dağıdılması, oğurlanması və s.) ionlaşdırıcı şüalanma təhlükəsi yaranarsa, bu təhlükədən qorun­ma tədbirlərini hər bir vətəndaş bilməli, radiasiya təhlükəsini bil­di­rən işarələri tanımalı və üzərində bu işarələrin olduğu hər hansı bir nəzarətsiz əşya ilə qarşılaşarsa, o əşyaya toxunmamalı, əşyanı sök­məməli, özü ilə götürməməli, dərhal o əşyadan uzaqlaşmalı, o əş­ya barədə "112" qaynar xəttinə zəng edərək məlumat verməli və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər şüb­hə­li əşyanı uzaqdan nəzarətdə saxlamalı, həmin ərazidə olan kənar şəxs­ləri də məlumatlandıraraq, onların ərazidən uzaqlaşmalarına ça­lış­malıdır.





Şəkil 2.37. Radiasiya təhlükəli nişanlar



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə