Kimyəvi kəşfiyyat cihazları haqqında
ümumi məlumatlar
Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki, zəhərləyici maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud problar nümunə götürüb onları kimya laboratoriyasında təhlildən, analizdən keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə orqanoletik üsulla aşkar etmək heç də həmişə mümkün deyil; əvvəla onların bir çoxunun heç bir iyi, rəngi, qıcıqlandırıcı xassələri yoxdur, başlıcası isə, bir sıra ZM-nin zəhərliliyi o dərəcədə yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aşkar edilməsi cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun rənginə, zəhərlənmiş bitki yarpaqlarının rənginin dəyişməsinə görə ancaq bəzi zəhərləyici maddələri təxmini olaraq aşkar etmək mümkündür.
Zəhərləyici maddələri çöl şəraitində aşkar və təyin etmək üçün ən çox kimyəvi metoddan istifadə edilir; bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi maddənin qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in olduğuna dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barədə müəyyən qənaətə gəlmək mümkündür.
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri məsaməli maddəyə yaxır, yaxud şüşə ampulaya yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni və müvafiq miqdar ampulları şüşə borucuğa yerləşdirir və ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə borucuqlar indikator borucuğu adlanır.
İndikator borucuğunu işlədərkən onun uclarını kəsir, daxilindəki ampulu sındırmaq və zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirirlər: bu zaman havanın tərkibindəki ZM buxarları reaktivlə reaksiyaya qoşularaq məsaməli maddənin rəngini müvafiq surətdə dəyişir. Bu rəngə və onun tündlüyünə görə ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir.
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının; qoşun kimyəvi kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSA-12 və QSP-11 avtomat qaz siqnalizatorları və s. növləri olur.
MD-1 dozaölçən cihaz komplekti – udulan qamma-neytron şüalarını ölçmək üçün istifadə olunur.
Tərkibi: İD-1 fərdi dozimetrlər – 10 ədəd, ZD-6 doldurucu pult – 1 ədəd, futlyar – 1 ədəd, pasport və texniki sənədlər – 1 komplekt.
DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür.
Qamma şüalanma dozalarının gücü 0,5-dən 200R/san-dək dəyişərkən dozimetrlərin ölçmə diapazonu 2-dən 50 rentgenədəkdir. Ölçmələrin orta xətası +10%-dir. Dozimetrlərin öz-özünə boşalması bir sutka ərzində 4 R-dən artıq olmur. Dozimetrlər havanın nisbi rütubəti 98% olan hallarda işləyə bilir; bir komplekt qidalandırma mənbəyi ilə (1,6PMS-U-8 tipli iki element) fasiləsiz iş müddəti 30 saat, dozimetrin kütləsi 50 qram, komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultu işə hazırlamaq müddəti 1-2 dəqiqədir. DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən DKP-50A dozimetrindən, 3D-5 doldurucu pultdan, futlyardan (qutu) və texniki sənədlərdən ibarətdir.
Dostları ilə paylaş: |