Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə35/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   79
Mm-d n m hazir l rin kanspekti

Kumulyativ döyüş sursatı – zirehli səthləri dağıtmaq üçün istifadə olunur. Bu silahların təsir mexanizmi yüksək sıxlıqlı qaz­la­rın 6000-7000°C temperaturda səthləri yandırmasına əsaslanır. Partlayış zamanı əmələ gələn sıxılmış hava enerjisi sürətlə bir nöq­təyə yığılır və qalınlığı bir neçə on santimetr olan zirehli səth­lə­ri dağıdır və yanğınlar törədir.Kumulyativ döyüş sursatlarından müdafiə olunmaq üçün müxtəlif materiallı ekranlardan istifadə olu­nur. Belə olan halda axının enerjisi ekranın dağıdılmasına sərf olunur, əsas konstruksiya isə salamat qalır.
Betondağıdan silahlar – dəmir-beton tikililərin və həmçi­nin aerodromların uçuşetmə zolaqlarının, təyyarə anqarlarının, aero­dromların uçuş zolaqlarınin beton örtüyünü dağıtmaq üçün tət­biq edilir.Betondağıdan bombalar, zədələyici elementləri möh­kəm və ağır qatışıqdan hazırlanmış özəkdən ibarətdir. Sursatın da­xi­lində 2 bomba, kumulyativ və füqas bombası və 2 detanator yer­ləş­dirilir. Beton səthə dəydikdə kumulyativ sursat detanator vasi­tə­silə partladılır və bombanın gövdəsi xaricdə qalır, özək isə be­to­na keçir müəyyən gecikmə ilə ikinci detanator vasitəsilə füqas bom­bası partladılır.
Yüksəkdəqiqli silahlar – kəşfiyyat-zərbə kompleksləri şək­lində təqdim olunur. Hərbi mütəxəssislər bu silahları yara­dar­kən kiçik ölçülü yaxşı müdafiə olunan möhkəm obyektlərin təmi­na­tlı zədələnməsinə nail olmağa çalışırdılar. Bu komplekslər 2 əsas elementdən ibarətdir: zədələyici vasitələr (təyyarələr, ra­ket­lər) və texniki vasitələr. İdarəolunan aviasiya bombaları adi bom­ba­lara oxşayır, onlardan idarəolunma sistemi və kiçik qanadlarının olması ilə fərqlənir. Kiçik ölçülü obyektlərə dəqiq zərbə endirmək üçün istifadə olunur. İdarəolunan aviasiya bombaları beto­n­da­ğı­dan, zirehdeşən, tank əleyhinə, kasset və s.olur. Dəqiq silahlara idarə olunan aviasiya bombaları da aiddir. Xarici görünüşündən onlar adi aviasiya bombalarına oxşayır və idarəetmə sisteminin və kişik qanadların olması ilə fərqlənir.
Hazırda Azərbaycanın milli ordusu yüksəkdəqiqli silahlar qru­pundan olan yeni ballastik raket sistemləri ilə (İsrail hərbi sə­na­ye istehsalı olan “Ekstra” və Pakistan ballastik raketləri ) ilə tə­min olunub. "Ekstra" raketlərinin uçuş məsafəsi 130 kilometrdir.



Şəkil 2.33. Müasir silahlar


Şəkil 2.34. Ballastik raketlər


Bu raketlər 306 millimetr kalibrə malikdir, uzunluğu isə 3,97 metr­­dir. Pakistan raketi isə "Xatf-4" "Şahin-1" raketinin tək­mil­ləş­di­ril­miş variantıdır və hərəkət məsafəsinə görə, İsrail ra­ketlərini 20 də­fə ötür. Yeni raketlər nüvə başlıqları daşımağa qa­dirdir. Qeyd edək ki, Rusiya nə Azərbaycana, nə də Ermənistana belə si­lah nö­vü satmır. Ancaq Rusiya Ermənistandakı hərbi bazasında
"İsgəndər" operativ-taktiki raket komplekslərini yerləşdirib. Adi qırğın vasitələrindən mühafizə tədbirləri aşağıdakı­lar­dır:
- mühafizə qurğularında daldalanmaq;
- fərdi mühafizə vasitələrindən istifadə etmək;
- iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdən­kə­­nar təhlükəsiz zonaya köçürmək və s.

.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə