Mm-dən mühazirələrin kanspekti


Qəlpəli, diyircəkli, fuqas döyüş sursatları



Yüklə 1,17 Mb.
səhifə34/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   79
Mm-d n m hazir l rin kanspekti

Qəlpəli, diyircəkli, fuqas döyüş sursatları. Hazırda bütün dünya ölkələrində adi qəlpəlı-fuqas döyüş sursatının təkmilləş­di­ril­məsi üzrə intensiv işlər aparılır. Bu silahların özəlliyi içərisində külli miqdarda (bir neçə yüzdən bir neçə minə qədər) müxtəlif ağır­lıqlı qəlpələrin (diyircək, iynə, ox) olmasıdır. Diyircəkli pi­ya­da əleyhinə bombalar tennis topundan futbol topuna qədər bö­yük­lük­də olur və içərisində 300-ə qədər diametri 5-6 mm olan metal, ya da plastik diyircəklər olur. Belə bombanın təsir radiusu ka­lib­rin­dən asılı olaraq 1,5-15 m ola bilər. Təyyarədən diyircəkli bom­ba­lar içərisundə 90-650 bomba olan kassetlərdə atılır. Kasset yer sət­hində dağılır, ətrafa səpələnən diyircəkli bombalar 25000 m² sahədə partlayır. Belə döyüş sursatı böyük ərazidə insanları məhv edir, zədələyir. Diyircəkli və qəlpəli bombalardan qorunmaq üçün mü­dafiə qurğularından istifadə etmək lazımdır. İçərisində iynələr olan döyüş sursatı partlayarkən 300 tona qədər polad iynə və ya ox (28 mm) qarmaq şəklində əyilərək insanlara öldürücü təsir göstərir.
Fuqas döyüş sursatı – zərbə dalğası və qəlpələrlə bütün yerüstü obyektləri (sənaye, administrativ binalar, dəmir yol xətləri və s.) dağıdır. Bombanın çəkisi 50-200 kq ola bilər.Füqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tul­la­maq­­la qıf şəkilli çuxur əmələ gətirir.
Həcmli döyüş sursatı – zərbə dalğası və yanğın vasitəsilə insanları, texnikanı və obyektləri məhv etmək üçün istifadə olu­nur. Kasset şəklində olan həcmli bombalar ilk dəfə 1969-cu il­də ame­rikanlar tərəfindən Vyetnamda istifadə edilib. Bu döyüş sur­sa­tın­da xüsusi qaz-hava qarışığından istifadə olunur. Bu silah atı­lar­kən qaz-hava qarışığı ətrafa çilənir və diametri 15 m, hündürlüyü 2,5 m olan aerozol buludu əmələ gətirir. Partlayış zamanı 2000- 3000 kPa izafi təzyiq yaranır. Bu izafi təzyiq insanları məhv edir, binaları və çox möhkəm mühafizə qurğularını dağıdır. Bu silah­la­rın əsas zədələyici amilləri zərbə dalğası, isti və toksik təsirdir. Bi­na­lar, qurğular və digər obyektlər zərbə dalğasının və qaz- hava qa­rışığının binalara, hava borusu və kommunikasiya kanallarına daxil olub təkrar detonasiyaya uğrayır. Qapalı yerlərdə olan par­t­la­yış daha böyük dağıntılara səbəb olur. Mühafizə qurğuları insan­lar­ı bu silahların zədələyici təsirindən qoruyur.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə