Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə28/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   79
Mm-d n m hazir l rin kanspekti

6. Bakterioloji silahlar

Bakterioloji silah kütləvi qırğın silahlarından biri olub insan, heyvan və bitkilərə xəstəliktörədici mikroorqanizmlərin zədələyici təsirinə əsaslanır. İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen mikroorqanizmlər və onların toksinləri istifadə olunur. Patogen mikroorqanizmlər quruluşu, ölçuləri və bioloji təsirinə görə bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər, spiroxetlər və ibtidailər sinfinə bölünür.


Bakteriyalar – birhüceyrəli orqanizmlərdir. Ölçüləri 0,3-0,5 mkm-dən 8-10 mkm-ə qədərdir. 1ml mayedə 550 milyard bak­te­riya ola bilər. Bakteriyaların çoxalması bölünmə yolu ilə olur. Əl­ve­rişli şəraitdə hər 20-30 dəq-də bakteriyalar ikiyə bölünür. Bak­te­riyaların tipik nümayəndələri- Sibir xorası, tulyaremiya, vəba, taun və s. törədiciləridir. Bakteriyalar yüksək temperatur, işıq şüa­la­rı, rütubət və dezinfeksiyaedici maddələrin təsirinə həssasdır. Bə­zi bakteriyalar xüsusi kapsula ilə örtülür və spor əmələ gətirir. Sporlar yüksək və aşağı temperatura, qurumaya, dezinfeksiyaedici maddələrin təsirinə çox davamlıdır. Viruslar – mikroorqanizmlərin xüsusi sinifidir. Ölçüləri çox kiçikdir, canlı toxumadan kənarda yaşaya bilmirlər, buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultra­bə­növ­şəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici mad­də­lə­rin təsirinə həssasdırlar. Viruslar 200-dən artıq xəstəliyın səbəbi ola bilir.
Rikketsiyalar – mikroorqanizmlərin xüsusi qrupudur, virus­lar və bakteriyalar arasında yer tutur.Quruluşuna, xarici görü­nü­şü­nə və ölçülərinə görə bakteriyalara, hüceyrədaxili parazit olma­sı­na, yalnız canlı toxumalarda çoxalmasına görə viruslara oxşayır. Qarın yatalağı, Ku – qızdırması kimi xəstəliklərin törədicisidir.
Göbələklər – çox müxtəlif və geniş çeşiddə olan mikro­or­qa­nizm­lərdir. Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fizi­ki, kimyəvi təsirlərə və günəş şüalarının təsirinə, qurumağa da­vam­lı­dır­lar. Koksidioidomikoz, kriptokokkoz və s. kimi xəstəlik­lə­ri törədir.
Toksinlər – bir sıra mikroorqanizmlərin həyat fəaliyyəti nə­ti­cəsində əmələ gələn, canlılara yüksək toksiki təsir göstərən, bəzi hallarda ölümə səbəb olan zülali maddələrdir. Botulizm, difteriya, tetanus toksinləri təmiz halda alınmışdır. Hərbi məqsədlə ən çox botulizm toksini və stafilokok enterotoksini diqqəti cəlb edir, bun­lar kimyəvi silah növünə daxildir. Toksinlər yüksək bioloji ak­tivliyə malikdir, belə ki, botulizm toksininin 0,005 – 0,008 mq do­za­sı ölümə səbəb olur. Bakterioloji silah kimi kənd təsərrüfatı bit­ki­lərinə zərər vuran həşəratlardan istifadə olunur. Kolorada böcə­yi, sarança, hessen milçəyi belə həşəratlardandır. Kolorada böcəyi kartof, pomidor, kələm və s. kimi kənd təsərrüfatı məhsullarına zi­yan vurur. Sarança böyük ərazilərdə bitki örtüyünə zərər vurma qa­biliyyətinə malikdir. Hessen milçəyi buğda, arpa, çovdar kimi dənli bitkilərə ziyan vurur. Bakterioloji silah məqsədilə taun, və­ba, Sibir xorası, botulizm, təbii çiçək, tulyaremiya kimi xəs­tə­lik­lərin törədicilərindən istifadə olunur.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə