Vulkanın püskürməsi ilə mübarizə üsulları:
- vulkanın vəziyyətini daim müşahidə etmək;
- təhlükəli ərazidən əhalini vaxtında köçürmək;
- müdafiə bəndlərini qurmaq;
- lava və lil daşlı axınların axması üçün xüsusi kanallar tikilmək;
- lavanı su ilə soyutmaq;
- yaralanmış insanlara ilk yardım göstərmək.
.
Torpaq sürüşməsi. Azərbaycan Respublikası ərazisinin ayrı-ayrı bölgələrində təbii və texnogen amillərdən asılı olaraq bu və ya digər ekzogen geoloji proseslər geniş inkişaf etmişdir. Respublikanın dağlıq və dağətəyi zonalarında qeyd edilən amillərin birgə təsiri ilə, fəal inkişaf etmiş və təsərrüfat obyektlərinə təhlükə törədən proseslərdən başlıcası sürüşmələrdir.
Şəkil 2.5. Sürüşmə prosesi
Sürüşmə - dağ yamaclarında və yarğanlarda, dənizlərin, göllərin və çayların sıldırım sahillərində seysmik təkandan, sürüşən kütlənin öz ağırlığından, yamacın altının yuyulmasından, ifrat nəmişlikdən və digər proseslərdən dağ süxur kütlələrinin ağırlıq qüvvəsinin təsiri altında yamac boyu yerdəyişməsidir. Sürüşmə zamanı qruntun həcmi 10-larla və 100 minlərlə kubmetr, ayrı-ayrı hallarda isə hətta daha çoxdur. Sürüşmənin ən böyük sürəti zəlzələ zamanı yaranan sürüşmələrdə müşayiət olunur. Sürüşmələr əmələgəlmə vaxtına görə - qədim və müasir; fəaliyyətinə görə - fəaliyyətdə olan, potensial, stabilləşmiş növlərə ayrılır.
.
- sürüşmədən qaça bilmirsinizsə, əllərinizlə üz və başınızı tutaraq zərbədən qorunun. Sürüşmənin hərəkət istiqamətinə tabe olun və hər zaman üst qata doğru üzə çıxmağa çalışın;
- əgər torpaq qalağı altında qalmısınızsa, təşvişə düşməyin. Sürüşmə nəticəsində uçqun altında qalan insanı bir neçə sutkadan sonra da sağ çıxarmaq mümkündür. Xilasetmə işlərində sükut dəqiqələri təyin olunduğundan vaxtaşırı səs siqnalları verin, yatmamağa çalışın;
- əgər siz sükan arxasındasınızsa, yol boyu rast gəldiyiniz çökmüş səki, palçıq, yola düşmüş qaya parçaları, yumşalmış və ya boşalmış torpaq sizə sürüşmə təhlükəsindən xəbər verə bilər. Bu halda dərhal yolunuzu başqa səmtə dəyişin;
- körpü və tunellər torpaq sürüşməsi nəticəsində zədələnə bildiyindən onlardan istifadə etməyin;
- əgər sürüşmə zonasındasınızsa və hərəkət etmək mümkün deyilsə, üzərinizə elektrik naqili, yol nişanı, ağac, daş parçası və digər ağır əşyaların düşməməsi üçün titrəyiş bitənə kimi avtomobildə qalıb təhlükəsizlik kəmərindən tutun.
Dostları ilə paylaş: |