Monqolların gizli tarixi
32
E.Haenischin göstərdiyi kimi, əsərin mətni Rusiyada 1878-ci
ildə, Yaponiyada 1907, Monqolustan və Çində 1908, Fransada 1918
və Almaniyada isə ancaq 1929-cu ildə tanındığı halda, transkripsiya
ilk olaraq 1935-37-ci ildə Almaniyada nəşr edilmiş və beləliklə E.
Haenischin əsəri, bəzi nöqsanlarına baxmayaraq, digər bilginlərin bu
mövzuda çalışmalarını təşviq etmişdir. E.Haenisch həmin mövzuda
yazdığı son məqalələrindən birində belə deyir
1
: «Əsas məsələ bunun
nəşr edilməsi idi. Beləliklə, çalışmamdan gözlənən məqsəd hasil
olmuşdur: buz qırılmış, Yüan-chao pi-shi araşdırmaları üzməyə baş-
lamış və artıq yola çıxa biləcək vəziyyətə gəlmişdir. Monqolistlər,
sinoloq, filoloq, fonetist, tarixçi və etnoqraflar hamısı birlikdə çalış-
mağa dəvətlidir. Gəmi hansi bayraq altında üzürsə-üzsün, nəticə eti-
barilə hamısı birdir. Əgər mütləq bir ad vermək lazımdırsa, bunu Pa
∞ Ye, Palladius ∞ Ye-Teh-hui deyə adlandırmaq ən doğru bir iş
olardı».
C) S.Kozinin nəşri
Kozin bu əsəri mətn, lüğət və tərcüməsi bir cilddə olmaq üzrə
1941-ci ildə nəşr etmişdir
2
. E.Haenisch Kozinin çalışmasına ancaq
1941-ci ildə vaqif olduğu halda, Kozin 1936-ci ildə Haenisch tərə-
findən nəşr edilən mətni, sonra isə lüğəti əldə etməklə onun çalışma-
sını yaxından təqib edə bilmişdir. N.Poppenin Kozin üçün yazdığı
müqəddiməsindən
3
Kozinin bu əsər üzərində 15 il çalışdığı və Kozi-
nin öz müqəddiməsindən isə
4
əsəri 1935-ci ildə tamamladığı anla-
şılır. Lakin bununla bərabər Kozinin bilxassə transkripsiya əsnasın-
da Haenischin əsərindən geniş miqyasda istifadə etdiyi görünür. A.
1
Der Stand der Yüan-chao pi-shi = Forschung, ZDMG, 1944, Bd. 98 (N. F.
23), s. 119-120.
2
S.A.Kozin. Sokrovennoye skazanie, monqolskaya xronika 1240 q. pod nazva-
niem Monqğol-un niğuça tobçiyan, Yuan çao bi şi, Monqolskiy obıdennıy iz-
bornik, tom I, vvedenie i izuçenie pamyatnika, perevod, tekst, qlossariy, Mos-
kva-Leninqrad, 1941, 620 s.
3
Kozin, s. 6.
4
Kozin, s. 12.
Мonqolların gizli tarixи
33
von Gabainin göstərdiyi kimi
1
: «Kozinin əsəri Haenischin əsaslı
tədqiqatına istinad etmişə bənzəyir» desək, mübaliğə etlmiş olma-
rıq
2
.
Kozinin lüğətinə gəlincə, bu xüsusda Palladiusun yazma nüsxəsi-
ni əsas olaraq almış və bunu bəzi izahlarla genişləndirmişdir. Lakin
bu lüğət əsərdəki bütün sözləri əhatə etmədiyi kimi, sözlərin çincə
tərcümələri də verilməmişdir. Bu xüsusiyyət əsərin elmi dəyərini bir
qat daha azaldır
3
. Belə anlaşılır ki, Kozin filoloji baxımdan ziyadə
əsərin ədəbi cəhətdən işlənməsinə qiymət vermiş və müqəddimədə
bunu bu sözlərlə özü də açıqca ifadə etmişdir: «Mənə gəlincə, P.Qa-
farovun SSRİ Elmlər Akademiyası Asiya muzeyi qismində olan
yazma nüsxələrini yaxından tədqiq edib, Çin, Fransa və Almaniyada
bu əsərlə bağlı aparılan araşdırmalar haqqında məlumat topladıqdan
sonra öncə əsərin yalnız mənzum qisimlərini tədqiq etməyi düşün-
müşdüm. Çünki bu qisimlər çinli mütərcimlər tərəfindən və nəticə
etibarıyla P.Qafarov tərəfindən də nəzəri-diqqətə alınmadan keçil-
mişdir. Bunun kimi, yuxarıda adlarını zikr etdiyim alimlər də bun-
ları xüsusi surətdə işləməmişlər. İrəlidə də görünəcəyi kimi, mən bu
əsərin daha ziyadə ədəbi cəhətinə maraq göstərmişəm. Eyni zaman-
da bəzi kəlmələrin mənaları hələ verilə bilmədiyindən bu cəhətə qiy-
mət verməklə daha az xətaya düşəcəyimi sandım…»
4
Sonra Kozin
əsərdə öz fikrinə görə önəmli saydığı (məsələn, topraq mülkiyyəti
kimi) bəzi sosial məsələlərə də təmas etdiyini yazır və sözünə belə
davam edir: «Çox təbii olaraq, vəzifəmi yerinə yetirərkən bütün
mətni tədqiq etdim və bu əsnada P.Qafarovun əlyazmalarını, Ye
Teh-hui nüsxəsini, Li Wen-tien tərəfindən nəşr edilən şərhli nüs-
xəni, Altan Tobçi novanın monqolca yazma nüsxəsini, YP-nin A. de
1
A. von Gabain, Die geheime Geschichte der Mongolen (Haenisch nəşrinin
tənqidi), Historische Zeitschrift, Bd. 165, 1943, s. 593.
2
Kozinin mətn qismi etimad edilərək istifadə olunacaq bir vəziyyətdə deyildir.
Hər səhifədə əskik və ya yanlış hərf, heca, söz və hətta cümlələrlə qarşılaşırıq.
Bunların çoxunu çap xətası olaraq qəbul etsək belə, əsər təmizə çıxarılmış ol-
maz.
3
Bax: A.v.Gabain, op.cit., s.593; E.Haenisch.ZDMG, bd. 98, 1944, s.117.
4
Kozin, s. 11-12.
Monqolların gizli tarixi
34
Smedt və A. Mostaert tərəfindən yenidən tərtib edilən mətnini (Le
dialecte Monguor, III) də gözdən keçirdim. Mətn, tərcümə və lüğəti
1935-ci ilin sentyabrında tamamladım və 1936-cı ilin fevralında
bunları nəşr üçün hazırlamağa başladım. 1936-cı ilin aprelində Ye
Teh-hui nüsxəsinin E.Haenisch tərəfindən hazırlanan transkripsiyası
da əlimə keçdi ki, əsərin son işlənməsində bu da eyni şəkildə nəzəri-
etibara alınmışdır».
N.Poppe bu əsərə yazdığı ön sözdə Kozini gen-bol tərifləsə də,
bu cümlələr daha ziyadə tərcüməyə aid və qismən də rejim icabı ol-
malıdır. Kozin mətn və lüğətə nəzərən tərcümədə daha çox müvəf-
fəq olmuşdur. O, monqolca mətndəki mənzum qisimləri təbarüz et-
dirməyə çalışdığı kimi, bunların ruscaya mənzum olaraq tərcümə-
sinə də çox əmək sərf etmişdir. Kozinin monqol danışıq dilinə yaxşı
bələd olduğu və şübhəsiz ki, N. Poppedən də çox istifadə etdiyi gözə
çarpır.
Kozin bu əsəri on fəsil halında işləməyi düşünmüş, nəşr etdiyi
birinci cild bu on fəsildən I-VI fəsilləri, yəni bunları əhatə edir:
N.Poppe və S.Kozinin ön sözü (s.5-47), mətnin tərcüməsi (s.79-
109), mətnin transliterasiyası (s.203-320), Altan Tobçinin Monqol-
ların gizli tarixinə uyan qisimləri (s.321-397), mətnin uyğur yazı-
sına çevrilə biləcək şəkildə hazırlanmış transliterasiyası (s.399-519),
lüğət (s.523-619).
Digər qisimlər tarixi, filoloji və ədəbi qeydləri, çincə nüsxənin fak-
similesini, indeks və biblioqrafiya kimi xüsusları ehtiva edəcəkdir ki,
bunların nəşri də elm dünyası üçün böyük bir qazanc olacaqdır.
4. Əsərin Türkiyədə tanınması və türkcəyə çevrilməsi
Türk tarixçiləri və dilciləri tərəfindən də bilinən
1
bu əsər haqqın-
da 1939-cu ildə Türkiyat məcmuəsində qısa bir məqalə yazmış
2
və
1
Müq. et: Prof. Fuat Köprülü. Türk Edebiyatı Tarihi, İstanbul, 1928, s. 263,
278.
2
Moğolların Gizli Tarihi, Haenisch tarafından neşredilen metin ve lugatin tas-
viri, Türkiyat mecmuası, VII-VIII, İstanbul, 1942, s. 349-351.
Dostları ilə paylaş: |