Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə11/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   7   8   9   10   11   12   13   14   ...   109

Monqolların gizli tarixi 
 
 
32
 
E.Haenischin göstərdiyi kimi, əsərin mətni Rusiyada 1878-ci 
ildə, Yaponiyada 1907, Monqolustan və Çində 1908, Fransada 1918 
və Almaniyada isə ancaq 1929-cu ildə tanındığı halda, transkripsiya 
ilk olaraq 1935-37-ci ildə Almaniyada nəşr edilmiş  və beləliklə E. 
Haenischin əsəri, bəzi nöqsanlarına baxmayaraq, digər bilginlərin bu 
mövzuda çalışmalarını təşviq etmişdir. E.Haenisch həmin mövzuda 
yazdığı son məqalələrindən birində belə deyir
1
: «Əsas məsələ bunun 
nəşr edilməsi idi. Beləliklə, çalışmamdan gözlənən məqsəd hasil 
olmuşdur: buz qırılmış, Yüan-chao pi-shi araşdırmaları üzməyə baş-
lamış  və artıq yola çıxa biləcək vəziyyətə  gəlmişdir. Monqolistlər, 
sinoloq, filoloq, fonetist, tarixçi və etnoqraflar hamısı birlikdə çalış-
mağa dəvətlidir. Gəmi hansi bayraq altında üzürsə-üzsün, nəticə eti-
barilə hamısı birdir. Əgər mütləq bir ad vermək lazımdırsa, bunu Pa 
∞ Ye, Palladius ∞ Ye-Teh-hui deyə adlandırmaq  ən doğru bir iş 
olardı».  
 
 C) S.Kozinin nəşri 
 
Kozin bu əsəri mətn, lüğət və  tərcüməsi bir cilddə olmaq üzrə 
1941-ci ildə  nəşr etmişdir
2
. E.Haenisch Kozinin çalışmasına ancaq 
1941-ci ildə vaqif olduğu halda, Kozin 1936-ci ildə Haenisch tərə-
findən nəşr edilən mətni, sonra isə lüğəti əldə etməklə onun çalışma-
sını yaxından təqib edə bilmişdir. N.Poppenin Kozin üçün yazdığı 
müqəddiməsindən
3
 Kozinin bu əsər üzərində 15 il çalışdığı və Kozi-
nin öz müqəddiməsindən isə
4
  əsəri 1935-ci ildə tamamladığı anla-
şılır. Lakin bununla bərabər Kozinin bilxassə transkripsiya əsnasın-
da Haenischin əsərindən geniş miqyasda istifadə etdiyi görünür. A. 
                                                           
1
  Der Stand der Yüan-chao pi-shi = Forschung, ZDMG, 1944, Bd. 98 (N. F. 
23), s. 119-120. 
2
 S.A.Kozin. Sokrovennoye skazanie, monqolskaya xronika 1240 q. pod nazva-
niem Monqğol-un niğuça tobçiyan, Yuan çao bi şi, Monqolskiy obıdennıy iz-
bornik, tom I, vvedenie i izuçenie pamyatnika, perevod, tekst, qlossariy, Mos-
kva-Leninqrad, 1941, 620 s. 
3
  Kozin, s. 6. 
4
  Kozin, s. 12. 


Мonqolların gizli tarixи 
 
33
 
von Gabainin göstərdiyi kimi
1
: «Kozinin əsəri Haenischin əsaslı 
tədqiqatına istinad etmişə  bənzəyir» desək, mübaliğə etlmiş olma-
rıq
2

Kozinin lüğətinə gəlincə, bu xüsusda Palladiusun yazma nüsxəsi-
ni əsas olaraq almış və bunu bəzi izahlarla genişləndirmişdir. Lakin 
bu lüğət  əsərdəki bütün sözləri  əhatə etmədiyi kimi, sözlərin çincə 
tərcümələri də verilməmişdir. Bu xüsusiyyət əsərin elmi dəyərini bir 
qat daha azaldır
3
. Belə anlaşılır ki, Kozin filoloji baxımdan ziyadə 
əsərin  ədəbi cəhətdən işlənməsinə qiymət vermiş  və müqəddimədə 
bunu bu sözlərlə özü də açıqca ifadə etmişdir: «Mənə gəlincə, P.Qa-
farovun SSRİ Elmlər Akademiyası Asiya muzeyi qismində olan 
yazma nüsxələrini yaxından tədqiq edib, Çin, Fransa və Almaniyada 
bu əsərlə bağlı aparılan araşdırmalar haqqında məlumat topladıqdan 
sonra öncə  əsərin yalnız mənzum qisimlərini tədqiq etməyi düşün-
müşdüm. Çünki bu qisimlər çinli mütərcimlər tərəfindən və  nəticə 
etibarıyla P.Qafarov tərəfindən də  nəzəri-diqqətə alınmadan keçil-
mişdir. Bunun kimi, yuxarıda adlarını zikr etdiyim alimlər də bun-
ları xüsusi surətdə işləməmişlər. İrəlidə də görünəcəyi kimi, mən bu 
əsərin daha ziyadə ədəbi cəhətinə maraq göstərmişəm. Eyni zaman-
da bəzi kəlmələrin mənaları hələ verilə bilmədiyindən bu cəhətə qiy-
mət verməklə daha az xətaya düşəcəyimi sandım…»
4
 Sonra Kozin 
əsərdə öz fikrinə görə önəmli saydığı (məsələn, topraq mülkiyyəti 
kimi) bəzi sosial məsələlərə də təmas etdiyini yazır və sözünə belə 
davam edir: «Çox təbii olaraq, vəzifəmi yerinə yetirərkən bütün 
mətni tədqiq etdim və bu əsnada P.Qafarovun əlyazmalarını, Ye 
Teh-hui nüsxəsini, Li Wen-tien tərəfindən nəşr edilən  şərhli nüs-
xəni, Altan Tobçi novanın monqolca yazma nüsxəsini, YP-nin A. de 
                                                           
1
  A. von Gabain, Die geheime Geschichte der Mongolen (Haenisch nəşrinin 
tənqidi), Historische Zeitschrift, Bd. 165, 1943,  s. 593.  
2
  Kozinin mətn qismi etimad edilərək istifadə olunacaq bir vəziyyətdə deyildir. 
Hər səhifədə əskik və ya yanlış hərf, heca, söz və hətta cümlələrlə qarşılaşırıq. 
Bunların çoxunu çap xətası olaraq qəbul etsək belə, əsər təmizə çıxarılmış ol-
maz. 
3
  Bax: A.v.Gabain, op.cit., s.593; E.Haenisch.ZDMG, bd. 98, 1944, s.117.  
4
  Kozin, s. 11-12. 


Monqolların gizli tarixi 
 
 
34
 
Smedt və A. Mostaert tərəfindən yenidən tərtib edilən mətnini (Le 
dialecte Monguor, III) də gözdən keçirdim. Mətn, tərcümə və lüğəti 
1935-ci ilin sentyabrında tamamladım və 1936-cı ilin fevralında 
bunları nəşr  üçün hazırlamağa başladım. 1936-cı ilin aprelində Ye 
Teh-hui nüsxəsinin E.Haenisch tərəfindən hazırlanan transkripsiyası 
da əlimə keçdi ki, əsərin son işlənməsində bu da eyni şəkildə nəzəri-
etibara alınmışdır». 
N.Poppe bu əsərə yazdığı ön sözdə Kozini gen-bol tərifləsə  də, 
bu cümlələr daha ziyadə tərcüməyə aid və qismən də rejim icabı ol-
malıdır. Kozin mətn və lüğətə nəzərən tərcümədə daha çox müvəf-
fəq olmuşdur. O, monqolca mətndəki mənzum qisimləri təbarüz et-
dirməyə çalışdığı kimi, bunların ruscaya mənzum olaraq tərcümə-
sinə də çox əmək sərf etmişdir. Kozinin monqol danışıq dilinə yaxşı 
bələd olduğu və şübhəsiz ki, N. Poppedən də çox istifadə etdiyi gözə 
çarpır. 
Kozin bu əsəri on fəsil halında işləməyi düşünmüş, nəşr etdiyi 
birinci cild bu on fəsildən I-VI fəsilləri, yəni bunları  əhatə edir: 
N.Poppe və S.Kozinin ön sözü (s.5-47), mətnin tərcüməsi (s.79-
109), mətnin transliterasiyası (s.203-320), Altan Tobçinin  Monqol-
ların gizli tarixinə uyan qisimləri (s.321-397), mətnin uyğur yazı-
sına çevrilə biləcək şəkildə hazırlanmış transliterasiyası (s.399-519), 
lüğət (s.523-619). 
Digər qisimlər tarixi, filoloji və ədəbi qeydləri, çincə nüsxənin fak-
similesini, indeks və biblioqrafiya kimi xüsusları ehtiva edəcəkdir ki, 
bunların nəşri də elm dünyası üçün böyük bir qazanc olacaqdır. 
 
4. Əsərin Türkiyədə tanınması və türkcəyə çevrilməsi 
 
Türk tarixçiləri və dilciləri tərəfindən də bilinən
1
 bu əsər haqqın-
da 1939-cu ildə Türkiyat məcmuəsində qısa bir məqalə yazmış
2
 və 
                                                           
1
 Müq. et: Prof. Fuat Köprülü. Türk Edebiyatı Tarihi, İstanbul, 1928, s. 263, 
278. 
2
  Moğolların Gizli Tarihi, Haenisch tarafından neşredilen metin ve lugatin tas-
viri, Türkiyat mecmuası, VII-VIII, İstanbul, 1942, s. 349-351.  


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə