Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə12/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   8   9   10   11   12   13   14   15   ...   109

Мonqolların gizli tarixи 
 
35
 
bununla Türkiyədəki maraqlılara E.Haenischin çalışması haqqında 
xəbər vermək istəmişdik. Sonra Prof. Əbdülqədir  İnan S.Kozinin 
tərcüməsi haqqında Türk Tarix Qurumunun Belletenində nəşr etdiyi 
məqalə ilə Rusiyadakı çalışma haqqında məlumat vermişdir
1
. Nəha-
yət, Prof. Əqdəs Nemət Kurat Dil və Tarix-Coğrafya Fakültesi Der-
gisində  həm E.Haenischin, həm də S.Kozinin çapları haqqında  ət-
raflı bir tənqid yazıb durumu bir qat daha aydınlatmış və bu vəsilə 
ilə türk-monqol dövrü üçün bu əsərin önəmini və monqol dilinin lü-
zumunu təbarüz etdirmişdir
2

1943-cü ilin sonlannda Monqolların gizli tarixinin işlənməsi 
Türk Tarix Qurumu tərəfindən bizə verildi. Əsəri türkcəyə çevirər-
kən yalnız almanca tərcüməsinə  əsaslanmayıb  əlimizdəki mövcud 
vasitələrə görə müqayisəli tərcümə yolunu seçdik. Lakin bununla 
bərabər hələlik filoloji və tarixi mövzuların mübahisəsinə girişilmə-
mişdir. Tərcümədən başqa, mətni müqayisəli və tənqidi bir şəkildə 
işləməyi düşündüyümüz kimi, o əsərdə keçən sözlər üçün monqol-
ca-çincə-almanca-türkcə etimoloji bir lüğət üzərində də çalışırıq. 
Bugün Türk Tarix Qurumu tərəfindən əsərin tərcüməsi nəşr edil-
məklə planın bir qismi tamamlanmış olur. Tərcümə əsnasında E.Ha-
enisch tərəfindən hazırlanan transkripsiya, monqolca-çincə-almanca 
sözlük və almanca tərcümə əsas olaraq alınmış və Haenischin məz-
kur əsərləri S.Kozinin transkripsiyası ilə, monqolca-rusca lüğət, rus-
ca tərcümə  və Ye Teh-huinin çincə nüsxəsi ilə qarşılaşdırılmışdır. 
Bundan başqa, imkan daxilində P.Pelliot, Vladimirtsev və başqala-
rının məqalə və əsərlərindən də faydalandıq. İstifadə etdiyimiz digər 
yardımçı  əsərlər kitabın sonundakı biblioqrafiya siyahısında göstə-
rilmişdir. Lakin P.Pelliotun ölümündən sonra nəşr olunacağı  vəd 
edilən  əsərindən və  Şiratorinin araşdırmalarından istifadə edilmə-
məsi tərcümə üçün böyük bir nöqsan təşkil edir və çevirən də bu 
                                                           
1
 Moğolların Gizli Tarihi, S.A.Kozin. Sokrovennoye skazanie (Yuan-çao bi-şi, 
I), Moskova-Leninqrad, 1941, 619 s. Türk Tarih Kurumu Belleteni,  sayı 21-
22, Ankara, 1942, s. 121-126. 
2
 Yüan-chao pi-şi, yahut Yuan-çao bi-şi (Moğolların Gizli Tarihi), Dil və Tarih-
Coğrafya Fakültesi Dergisi, cild II, sayı 3, Ankara, 1944, s. 469-474. 


Monqolların gizli tarixi 
 
 
36
 
çatışmazlığın ancaq gələcəkdə aradan qaldırıla biləcəyini ümid edir. 
Bu mövzu üzrə son sözün yenə P.Pelliotda qaldığını etiraf etmək la-
zımdır. 
Sözlərin izah və etimologiyası başqa bir cildə təxsis edilmiş ol-
maqla bərabər, tərcüməni daha açıq bir şəklə salmaq arzusu ilə bu 
cilddə  də  bəzi sözləri izaha çalışdıq. Tərəfimizdən yazılan qeydlər 
hər səhifənin altında verilmişdir. Haenischin qeydləri kitabın sonun-
dadır. Tərcümə  əsnasında imkan daxilində monqolca mətnə sadiq 
qalmağa çalışdıq. Mənzum qisimləri S. Kozinə görə misra-misra çe-
virdik. Bu üzdən oxucularımız həm mənsur, həm də mənzum türkcə 
ifadələrdə bəzi xətalarla qarşılaşacaqlar. Əsərin türkcə ilk nəşrindən 
güdülən məqsəd mövzunun özünü meydana qoymaq olduğu üçün 
oxucularımızın bu kimi nöqsanları bağışlayacaqlarını ümid edirik. 
Hələ çözülməmiş bir çox probləmlərlə dolu olan bu kitab yalnız 
tarixi cəhətdən deyil, ədəbiyyat, etnoqrafya, filologiya, fonetika və 
hərb tarixi baxımından da böyük önəmə sahibdir. E.Haenischin de-
diyi kımi, monqolistlər, sinoloq, türkoloq, fonetist, tarixçi və etno-
qraflar hamısı birlikdə çalışmağa dəvətlidir. Ancaq bu mövzular öz 
mütəxəssisləri tərəfindən işləndikdən sonra əsər tam dəyəri ilə orta-
ya qoyula biləcəkdir. 
Əsərin işlənməsini mənə  həvalə edən və  hər cür şərait yaradan 
Türk Tarix Qurumuna, çalışmalarımı ilgi ilə təqib və təşviq edən 47-
ci dağ alay komandanı general Xeyri Aytəpə ilə əmr zabiti yüzbaşı 
Nahid Soleyə, elmi baxımdan tövsiyələrini əsirgəməyən Prof. Wol-
fram Eberhard, Prof. Əqdəs N. Kurat, Prof. Əbdülqadir İnan və Dr. 
Bəhaəddin Ögələ  və  nəhayət, təshih işlərində kömək edən dostum 
Hüseyin Özvarnalıya burada təşəkkür etməyi borc bilirəm. 
 
Pozantı, 30 sentyabr 1946. 
Dr. Phil. Əhməd TEMİR. 
 
 
 
 


Мonqolların gizli tarixи 
 
37
 
 
 
 
 
TÜRKCƏ TƏRCÜMƏYƏ DAİR 
İŞARƏLƏR VƏ QISALTMALAR 
 
Tərcümədə verilən monqolca sözlər indilik Haenischə
1
 və Türki-
yədə  işlədilən transkripsiya əsasına görə yazılmışdır. Transkripsiya 
və fonetika məsələləri başqa bir cilddə tədqiq edildiyi üçün burada 
yalnız bəzi nöqtələrə toxunacağıq. 
1. Bəzi hərflərin oxunuşu: ğ hərfi monqol əlifbasındakı xeth hər-
finin qarşılığıdır, təqribən  ərəbcə  غ-yə uyğundur, x hərfi təqribən 
ərəbcə  خ-yə uyğundur, ñ səsi monqolca nq hərflərinin səsini verir, 
almanca  lang  kəlməsindəki ñ kimidir. Bir vokaldan sonra gələn i 
hərfi y kimi oxunur, məsələn: Belqutai (oxunuşu: Belqutay), Baday 
(oxunuşu: Baday) və s. Digər hərflərin oxunuşu türkcədə olduğu ki-
midir. 
2. İki vokal arasındakı ' işarəsi ümumiyyətlə monqol yazı dilin-
dəki g, ğ yerini tutur, məsələn: Ça'aday (oxunuşu: Çağaday), ui'ur 
(oxunuşu: uyğur) və s. 
3. Sözlərin yazılışında səs ahənginə də əhəmiyyət vermədik, çün-
ki bu məsələ  hələ  qəti olaraq çözülmüş deyildir, misallar: murən 
(bugün: mürən), mərgan (bugün: mərgən), bolek (bugün: bölək) və 
s. 
4. Dağ, çay, göl, yer, şəhər, şəxs, xalq və qəbilə adları bugünkü 
tələffüzə uydurulmadan, Haenischin transkripsiyasına görə yazılmış, 
ancaq bir qisminin tələffüz şəkli indeksdə [] içində göstərilmişdir.  
5. Mürəkkəb isimlər bir-birinə - ilə birləşdirilmiş və ikinci qisim 
kiçik hərflərlə yazılmışdır, məsələn: Caxa-qambu, Müñgetü-kıyan, 
Dayir-usun, Çilgər-bökö, Börtə-ücin və s. 
                                                           
1
  E.Haenischin transkripsiyaşındakı bu üç işarəni dəyişdirməklə ondan çox da 
ayrılmış olmuruq: Haenischdə c (bizim tərcümədə=ç), Haenischdə j (bizim 
tərcümədə = c); Haenischdə š (bizim tərcümədə = ş). 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə