Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə20/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   16   17   18   19   20   21   22   23   ...   109

Мonqolların gizli tarixи 
 
59
 
xaldun civarındakı ovlaqlar ova əlverişlidir, oradakı ölkələr daha 
yaxşıdır» deyərək, Burhan-xaldun (dağının) sahibləri olan Burxan-
bosxahsan
1
  və  Şinçi-bayan-uryañ-xaya
2
 müraciət etmək üzrə köç 
edirdi. Xoritumadlardan Xorilartay-mərgənin qızı olan və Arih-usun 
civarında doğulan Alan-ho'aya elçi düşərək, Dobun-mərgən bax bu 
şəkildə evlənmişdi. 
§ 10. Alan-hoanın Dabun-mərgəndən Bügünötay və Belgünötay 
adlı iki oğlu oldu. 
§11. (Dobun-mərgənm) böyük qardaşı Duva-soxorun dörd oğlu 
vardı. Beləcə yaşayıb gedərkən böyük qardaşları Duva-soxor öldü. 
Duva-soxorun ölümündən sonra dörd oğlu, əmiləri Dobun-mərgəni 
xorlayaraq qohumdan saymadılar və ondan ayrılıb köç etdilər. (Köç 
edən dörd qəbilədən) bu surətlə dörd
3
 oymaq təşəkkül etdi və 
dörben xalqı meydana gəldi. 
§ 12. Bundan sonra bir gün Dobun-mərgən Toxoçah-ündür (da-
ğına) ova çıxmışdı. Ormanda uryañxatlardan bir adamın üç yaşında 
bir geyiyi kəsərək qabırğa və içalatını qızartmaqla məşğul olduğunu 
gördü. 
§ 13. Dobun-mərgən ona «Dostum
4
, qızartmandan
5
  mənə  də 
ver!» deyincə, o «verim!» deyərək, heyvanın dərisini  və ciyərləri ilə 
                                                                                                                                                          
tərcümə edir. «Qan qohumlarının özünəməxsus birliyi» olan oboh əski mon-
qol cəmiyyətinin əsas ünsürü idi. Vladimirtsova görə bu söz əski oboğ şəklin-
dən gəlmişdir. türkcə omağ, omak, obak, oba sözləri ilə qardaşdır (Vlad. İct., § 
46). (Müq. et: irgən, § 5, qeyd). 
1
    Bu  təbiri Haenisch bir şəxs adı kimi alır, Kozin isə burxan «Allah, büt», 
bosxahsan «dikilmiş» (san «büt dikilmiş, qonmuş» deyə tərcümə edir. (Aşağıdakı qeydə bax). 
2
  Haenisch bu təbiri də bir şəxs adı sayır. Kozinin fikrincə, bu bir dağ adı olub, 
yuxarıdakı qeyddə zikr etdiyimiz cümlə ilə bu şəkildə bağlanır: Burhan bos-
xahsan  Şinçi-bayan-uriyañxay «üzərinə büt dikilmiş    Şinçi-bayan-uriyañxay 
dağı». 
3
  NT: dorben, monq. yazı dilində dörben «dörd». 
4
  NT: nokor, monq. yazı dilində: nökör. Bu söz «arxadaş, yoldaş, dost» mə-
nalarına gəlib, anda (bax: § 96 qeyd) təbirindən olduqca fərqlidir. Biz bunu 
hər yerdə dost deyə çevirdik. 
5
    NT:  şirol xada. Haenisch xada sözünü yanlış sayaraq, nada «mənə» olması 


Monqolların gizli tarixi 
 
 
60
 
döşünün yarısını alıb üç yaşındakı geyiyin (geri qalan) ətini Dobun-
mərgənə verdi. 
§ 14. Dobun-mərgən bu üç yaşındakı geyiyi dalına alıb gedərkən
oğlunu əlindən tutaraq gələn kasıb bir adama rast gəldi. 
§ 15. Dobun-mərgən «Sən kimsən?» deyə soruşdu, bu adam 
«Mən ma'alih bayağutlarındanam
1
, səfil bir vəziyyətdəyəm. Bu ge-
yik ətini mənə ver, mən də oğlumu sənə verim» dedi. 
§ 16. Bu söz üzərinə Dobun-mərgən üç yaşındakı geyiyin bir bu-
dunu kəsib ona verdi, sonra onun oğlunu öz xidmətinə alaraq evinə 
apardı. 
§ 17. Beləcə yaşayıb gedərkən Dobun-mərgən öldü. Dobun-
mərgənin ölümündən sonra Alan-ho'anın ərsiz olduğu halda üç oğlu 
oldu. Bunların adları Buxu-xadagi, Buxatu-salci və Bodonçar-
muñxah idi. 
§ 18. Bundan əvvəl Dobun-mərgəndən olan Belgünötay və 
Bügünötay adlı  uşaqlar isə anaları Alan-ho'a haqqında dedi-qodu 
edərək «Bizim anamız  əri və kişi qohumları
2
 olmadığı halda üç 
oğlan doğdu» Evdəki yeganə kişi bu Ma'alih bayağutlardan olan 
kimsədir. Bu üç uşaq ondan olmalıdır» dedilər. Bu dedi-qoduları 
anaları Alan-ho'a eşitdi. 
§ 19. (Anaları Alan-ho'a) bir ilkbahar günü qışdan qalmış
3
 bir 
qoyunu bişirərək Belgünötay, Bügünötay, Buxu-xatagi, Buxatu-salci 
və Bodonçar-müñxah adlı beş  oğluna ziyafət verdi. (Ziyafət  əsna-
sında) onlara birər ox verərək qırmalarını söylədi. Onlar bu oxları 
çətinlik çəkmədən qırıb atdılar. Sonra (başqa) beş oxu bir dəstə ha-
                                                                                                                                                          
lazım gəldiyini yazır (Haenisch. NT, qeyd). P.Pelliot Ulan-bator nüsxəsində -
de hecasının olmadığını göstərir və bu iki sözü birləşdirərək  şirolxa,  şirolğa 
deyə oxuyur (TP, vol. XXXII, 1936, s.357). Müq. et: çağ.  şirolğa (Wb., IV, 
s.1071) «ov heyvanlarının başına yaxın olan qismi». 
1
  NT: ma'alih-baya'uday, Haenisch bunu bir xalq adı olaraq alır, Kozin isə 
ma'alih sözünü şəxs adı sayır və baya'uday təbirini də bayan «zəngin» sözü ilə 
qarşılaşdıraraq, buranı «Mən zəngin Ma'alihəm» deyə tərcümə edir. 
2
 NT:  üyexaya.  Bu  söz üçün Haenischin qeydlərinə  bax.  
3
  NT: koñşilemel xonin, İnt.: «qışın sonuncu ayından qalan bir qoyun». Kozin 
bunu «günəşdə qurudulmuş və duzlanmış qoyun əti» kimi çevirir.  


Мonqolların gizli tarixи 
 
61
 
lında bağlayaraq hamısını birdən qırmalarını söylədi. Beş uşaq bir-
biri ardından bir araya bağlanmış beş oxu sıra ilə
1
 əllərinə alıb qır-
maq istədilər, lakin qıra bilmədilər. 
 § 20. Belə olduqda anaları Alan-ho'a (Dobun-mərgəndən olan 
uşaqlarına) bunları söylədi: «Oğlum Belgünütay və Bügünötay! Siz 
bu üç uşaq haqqında ananızdan şübhə edərək əleyhimdə dedi-qodu 
etdiniz. Şübhənizdə haqlısınız. 
§ 21. Lakin hər gecə sarışın
2
 bir adam evin (çadırın) bacasından
3
 
sızan işıq vasitəsilə
4
 girərək qarnımı oxşayır və onun nuru bədənimə 
keçirdi. Çıxanada isə günəş (və ya) ayın şüaları üzərindən
5
 sarı bir 
köpək kimi sürünərək çıxırdı. Siz düşünmədən necə belə danışır-
sınız? Bu (hadisə) üzərində fikir yürüdülsə, onların tanrı oğlu oldu-
ğu meydana çıxar. (Qardaşlarınızı) qarabaşlı (adi) insanlarla müqa-
yisə edərək necə elə danışa bilirsiniz? Onlar bütün insanların xanı 
olduqları zaman, sadə xalq
6
 (həqiqəti) anlayacaqdır». 
                                                           
1
  NT: bitü'ülcü və ya bitü'ülün, İnt.: «sıra ilə» (bitügü «boyunca getmək»). 
Kozin bunu monq.  bitügülekü «tutmaq,  qucaqlamaq» ilə qarşılaşdıraraq buna 
görə tərcümə edir. 
2
  NT: çaogen şira, İnt.: «parlaq (açıq) sarı». Heanisch bu təbiri. «altın kimi par-
laq», Kozin isə  «sarışın» deyə tərcümə edir. 
3
  NT:  erüge, bu soz  üçün Haenischin qeydinə bax. 
4
  NT: ger-ün erüge dotoxa-yin gege'er orocu. Haenisch bu cümləni «çadırın 
bacasından girərək» deyə qısaldıb tərcümə edir, halbuki  lüğətində dotoxa-yin 
gege'er «mit dem Lichtschein der Türfront» şəklində vermişdir. Kozin isə bu-
ranı tam sərbəst bir tərzdə «içəridə  işıq söndüyü zaman» deyə  tərcümə edir, 
buna bir də «günəş batmış, lakin ay hələ doğmamışdır» cümləsi ilə qeyd əlavə 
edir. 
5
  NT: naran sara-yin kil-iyer «günəş (və) ayın nuru ilə» təbiri də bir sıra 
gücüklər yaradır. Biz Haenischin tərcüməsindən nəql etdik. Lakin Kozin 
buranı yuxarıdakı cümləyə müvazi sayaraq: «günəşlə ayın birləşdiyi zaman» 
şəklində tərcümə edir, bunun üçün yazdığı qeydində isə «ay batmış, lakin gü-
nəş hələ doğmamışdır» deyir. 
6
    NT:  haraçus,  təki: haraca. Bu təbirlə yalnız avam deyil, bəzən xan və xa-
nədana nisbətdə digər içtimai kütlələr dəxi ifadə olunurdu1 (Vlad. İçt., § 118). 
Sözün etimologiyası üçün bax: Velyaminov-Zernov. İssledovaniya o Kasi-
movskix tsaryax i tsarevitsax, SPB, 1864, II, s. 414-417. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə